Pəhriz haqqında bilmədiklərimiz

Çəki Korreksiyası Klinikasının rəhbəri Aleksey Kovalkov piylənmənin səbəblərini açıqlayıb.
Qidalanma mütəxəssisinin sözlərinə görə, qış boyunca bir neçə kq kökəlmək obezlik deyil. Obezlik — bədəndə piy toxumasının 20% -dən çox artmasına deyilir:
“Bu xəstəlik tibbi problemlərin təsnifatına daxildir və onu həkim nəzarəti altında müalicə etmək lazımdır. Müntəzəm pəhrizlər sağlam və bir az dolu bədənli insanın forma almasına kömək edə bilər. Ancaq piylənmə varsa, heç bir pəhriz kömək etməyəcək.
Davamı →

Pəhriz zamanı doğru bilinən 6 səhv

Ac qalım, mədəm kiçilsin dieta
Gün ərzində orqanizm üçün ən mühüm olan, lakin ən çox laqeydlik göstərilən məhz qidalanmadır. Yuxu zamanı uzun sürən aclıqdan sonra tezdən səhər yeməyi yemək günə ac-susuz, dəli, gərgin vəziyyətdə başlamaqdan daha yaxşıdır. Heç kim sizə yağlı qidalar yeməyi tövsiyə etmir. Az-az yeyin, gündə 3 dəfə sağlam qidalanın.

Bu gün yeyim, sabahdan pəhrizdəyəm
Bu sözlərlə özünüzü aldatmayın. Kekslər, piroqlar əla növ yağlı kabablar yemək sizin ən azı 1 həftə geri salacaq. «Can boğazdan gəlir» deməyin, eyni can məhz elə boğazdan da gedir. Zarafatlarla iştahınıza haqq qazandırmağa çalışmayın. Heç kim sizə tikənizin hesabını tutun demir. Yazda gözəl bədən quruluşuna sahib olmaq, mağazalarda «S», «M» ölçülərdəki gözəl libaslara yaxınlaşmaq istəyirsinizsə, bu məhsullardan uzaq durun.
Davamı →

Dietoloqdan məsləhətlər

Fransa dietoloqu və həkimi Pyer Dükan ənənəvi rus mətbəxinə üstünlük verməyi və sağlamlıq üçün təhlükəli nəticələrə gətirib çıxara biləcək yeni hollivud pəhrizlərindən çəkinməyi tövsiyə edib.

Rusiyanın qonağı olan dietoloq bu barədə İTAR-TASS-a müsahibəsində danışıb. O, hesab edir ki, Rusiya mətbəxi faydalı inqrediyentlərlə zəngindir: "Ümumiyyətlə, Rusiyada mətbəx mədəniyyəti çox yaxşıdır. Məsələn, mən borşu çox sevirəm, hər dəfə bura gələndə yeyirəm. Həmçinin kiçik küftə ilə bişirilən qarabaşağı da xoşlayıram”.

O bildirib ki, ruslar öz qida mədəniyyətini və öz ənənələrini qoruyub saxlamağa çalışırlar: «Amma digər tərəfdən Amerika təsiri hiss olunur. Pitsa və ya dondurulmuş yarımfabrikatlar alan adam bilmir ki, bu məhsulların tərkibinə nələr daxildir. Müasir insanın həyatı çox ağırdır.
Davamı →

Dietoloqdan 7 məsləhət

Tanınmış rus diyetoloq Lidiya İonovanın sözlərinə görə, əslində sağlam, ən əsası hormonal və maddələr mübadiləsi problemləri olmayan insana artıq çəkidən xilas olunmaq kifayət qədər asandır.

Bunun üçün ilk növbədə qeyd etdiyimiz problemlərin olmadığına əmin olmaq, daha sonra isə çox sadə tövsiyələrə əməl etmək lazımdır. 
Davamı →

Pəhrizdə doğru bilinən yanlışlar

Ac qalaraq arıqlamaq olarmı? Çörək kökəldirmi? Dietik qidalar arıqladırmı? Aç qalaraq arıqlamağın, çörəyin kökəltdiyinin, diyet məhsullarının arıqlatdığının və 18:00-dan sonra yemək yeyilməməsinin əslində doğru olmadığını bilirdinizmi?

Uzun müddət aclıqdan sonra metabolizm enerji sərfiyyatını azaldır və yağ mənbələrini artırmağa başlayır. Yeyilən çox az qida belə yağ olaraq toplanır.

Çörək təməl enerji qaynağımız olan kompleks karbohidratların ən önəmli qaynağıdır. Çörək yeməyən insanların yenə taxıl qrupunda olan taxıl məhsullarını: makaron, plov kimi qidaları yeməkləri daha çox yedikləri də müşahidə edilmişdir.
Davamı →

Kökəltməyən qidalar

Qabaq
Qabağın böyük bir qisminin sudan ibarət olması və çox az kalorili olması onun arıqlamaqda ən təsirli qidalardan biri olmağına şərait yaradır. Qabağı həm rəndələyərək salatlarınıza qatıb, həm də müxtəlif tərəvəz yeməkləri və şorbalarınızın içinə əlavə edərək yeyə bilərsiniz.

Davamı →

Su içməyin arıqlamağa faydaları

Bədənimizin ən vacib ehtiyaclarından biri sudur. Eynilə susuz qalan bir gülün quruması kimi lazımi miqdarda su içməmək həyatımızda mənfi hallar ortaya çıxarır. Artıq çəki problemi yaşayan bir çox insanın lazımi miqdarda su içmədiyi müşahidə edilmişdir.

Bunun səbəbi isə susuz qalan bədənin yağ depolamağa meyilli olmasıdır. Hər saat 1 stəkan olmaqla gündə 15 stəkana yaxın su içmək arıqlamağa kömək edir. Su içmək özünüzə edəcəyiniz ən böyük yaxşılıqlardan biridir.
Davamı →

Akupressura masajı

Akupressura nədir?
Akupressura qədim Çin təcrübəsinə əsaslanan nöqtəvi masaj növüdür. Bu masaj fəal nöqtələrin stimulyasiyasına və maddələr mübadiləsinin sürətlənməsinə kömək edir. Çin təbibləri iddia edir ki, artıq çəki ilə belə asan və xoş bir mübarizə üsulu ağrısız arıqlamağa kömək edir və bədənə günrahlıq bəxş edir. Lakin başlanğıc üçün əsas 5 nöqtəni tapmaq lazımdır.
Davamı →

Arıqlamaq üçün psixoloji məsləhətlər

Arıqlamaq öncəliklə insanın beynində başlayar. Özünüzü arıqlamağa hazırlamaq üçün bir neçə psixoloji məsləhət verəcəyik. Əgər siz də çəki vermək və incəliyinizi qorumaq istəyirsinizsə, buna mane olan psixologiyanızı dəyişdirməlisiniz. Necəmi?

Doyduğunuz an yeməyi kənara qoyun
Bəslənmə davranışlarınız haqqında qərar vermək və yalnış olanları dəyişdirmək, əlsində yalnız sizə qalmışdır. Bu haqda mütləq şüurlu davranmağa çalışın. Bunu ağlınızdan çıxarmayın, doyduqdan sonra yediyiniz hər tikə bədəninizə çəki olaraq yerləşər. Doyduğunuzda çəngəli əlinizdən kənara qoymağı alışqanlıq halına gətirin. Boşqabınıza yeməyinizi kiçik porsiyalar halına gətirin. Zamanla aldığınız kiçik porsiyalarla doymağa başlayacaq və ikinci bir porsiyanı almağa ehtiyac görməyəcəksiniz.
Davamı →