Pol Stinin palma böcəklərindən ilhamlanaraq ixtira etdiyi mikro elektrik açar

Bu gün bir çox elm adamı və tədqiqat-təkmilləşdirmə (ARGE) mütəxəssisi layihələrinə başlamazdan əvvəl canlılardakı nümunələri araşdırır, onlardakı sistemləri və dizaynları təqlid edirlər. Başqa sözlə, elm adamları Allahın təbiətdə yaratdığı sistemləri tədqiq edir və bunlardan ilham alaraq yeni texnologiya məhsulları icad edirlər.Palmaböcəkləri də elm adamlarına ilham verən minlərlə canlıdan biridir.

Xüsusilə son illərdə təbiətdəki üstün yaradılış dəlilləri elm adamlarına texnoloji irəliləyişdə ilham mənbəyi olur. Kornel Universitetində Kimya və Biomolekulyar Mühəndislik fakültəsindən professor Pol Stin (Paul Steen) tərəfindən dizayn olunan mikro elektrik açarları bu nümunələrdən biridir.Palmaböcəklərindən ilham alaraq son texnologiya ilə istehsal olunmuş bu elektrik açarları mikron səviyyəsi adlandırılan metrin milyonda birinə bərabər ölçüdə öz-özünə işləyə bilir.

Palmaböcəklərinin hansı xüsusiyyəti açar istehsalına ilham mənbəyi olub?

Palmaböcəyi hücuma məruz qaldıqda düşmən canlı gedənə qədər özünü yarpağa yapışdıraraq qoruyur. Dərhal sonra hər biri sadəcə bir neçə mikron ölçüdə təqribən 120 min yağ damcısı ifraz edir. Bu yağ damcıları böcəyin ayaqları ilə yarpaq arasında təmas quran körpü funksiyası yerinə yetirir.Palmaböcəyi yağ vasitəsilə yarpağa təması mexaniki tənzimləyir. Pol Stinin böcəkdən ilham alaraq icad etdiyi elektrik açarı isə su və elektrikdən istifadə edir.


Ardı →