Yaşıl çaylı peçenye

Tərkibi:
3 xörək qaşığı kərə yağı
Yarım stəkan qəhvəyi şəkər tozu
1 ədəd yumurta
Bir paket vanil
2 stəkan un
Bir xörək qaşığı yaşıl çay
Bir paket qabartma tozu
Yarım paket ağ şokolad
Yarım paket südlü şokolad

Hazırlanması:
Otaq temperaturunda əridilmiş kərə yağının içərisinə şəkər tozunu qatıb, krem halına gələnə qədər çırpın. Yumurtaları və vanili əlavə edərək, çırpmağa davam edin. Bu sırada yaşıl çayı, qabartma tozu və unu bir qabın içində yaxşıca qarışdırın.
Davamı →

Badamlı peçenye

İnqridientlər:
1 stəkan yarım un
1 stəkan şəkər tozu
150 qr badam içi
1 stəkan kərə yağı
3 yumurta ağı
1 çay qaşığı qabartma tozu
1 çimdik duz

Hazırlanması:
Soba 180 dərəcə qızdırılır. Badamlar mətbəx robotunda tamam üyüdülür. Otaq istiliyində yumşalmış kərə yağı ilə şəkər tozu krem halına gələnə qədər çırpılır. İçinə yumurta ağı əlavə olunub çırılpmağa davam edilir.
Davamı →

Şampinyon peçenyesi

Tərkibi:
460 q un
200 q kərə yağı
150 q şəkər pudrası
1 ç.q. vanilli şəkər tozu
2 yumurta
40 q nişasta
10 q qabartma tozu
1 x.q. kakao

Hazırlanması:
Yumşaq kərə yağını şəkər pudrası və vanilli şəkər tozu ilə çalın (mikser gərək deyil). Qarışdıraraq bir-bir yumurtaları əlavə edin. Un, nişasta və qabartma tozunu əlavə edin. Yoğurub üzərinə dəsmal, ya da plyonka çəkin, soyuducuda 30 dəqiqə saxlayın. Xəmiri 46-48 kündəyə bölün.
Davamı →

Mandarinli peçenye

Tərkibi:
150 q kərə yağı
1 yumurta
100 q şəkər pudrası
200 q kokos yonqarı
200 q un
1 mandarinin sedrası
1 x.q. mandarin şirəsi
3-4 mandarin şəkər tozu
1 yumurtanın sarısı

Hazırlanması:
Yumşaq yağı yumurta və şəkər pudrası ilə çalın, un, kokos yonqarı, sedra və şirə əlavə edib xəmir yoğurun. Kolbasa formasına salıb soyuducuda 1 saat saxlayın. Mandarinləri 1-2 mm qalınlıqda doğrayın.

Xəmirdən qoz boyda kündələr tutun. Hər birini mandarin dilimi boyda yayın, üzərinə yumurta sarısı çəkin, doğranmış mandarin dilimi qoyub şəkər tozu səpin. 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Nuş olsun!
Davamı →

Kokoslu peçenye

Bu kokoslu peçenyelər həm kövrək, həm yumşaq, həm də ki bir qədər xırt-xırtdırlar. Hazırlanması asan, qurtarması isə ondan da asan bu peçenyeləri çox bəyənəcəksiniz.
Davamı →

Yulaflı peçenye

Yulaf yarması ən xeyirli yarmalardan biridir. Yulaf yarması sıyığı müxtəlif vitaminlər və mikroelementlərlə zəngindir. Sıyıqdan əlavə yulaf yarmasından çox xeyirli və dadlı peşenye bişirmək olar.

Tərkib:
— yulaf lopaları («herkules») — 1,5 stəkan
— yumurta — 2 dənə
— şəkər tozu — 100 qr
— kərə yağı — 150 qr
— qabartma tozu — 1 çay qaşığı
— buğda unu — 100 qr
— kişmiş — 50 qr
— darçın — bir çimdik
— vanil — 1 paket
— duz.

Hazırlanması:
1. Yumşalmış kərə yağı şəkər tozu ilə mikserlə qarışdırın.


Ardı →

Fındıqlı peçenye

fındıqlı pecenyeTərkibi:
1 su stəkanı toz şəkər
1 paket marqarin
2 ədəd yumurta
1 su stəkanı döyülmüş fındıq
Apardığı qədər un
1 paket vanil
1 paket qabartma tozu


Ardı →