Konstitusiya anomaliyaları və diatezlər

Konstitusiya anomaliyaları - erkən yaş dövrü üçün səciy­yəvi olan,insan genotipinə əsaslanan, morfoloji və funksional xarakter daşıyan bir haldır.

Diatez — yunanca «diathesis» sözündən olub «meyillik» deməkdir. Diatezlər ədəbiyyatda daha çox «konstitusional ano- maliya» adı ilə açıqlanır. Uşaqlarda dörd formada konstitusional anomaliyaya rast gəlinir:

  • ekssudativ-kataral
  • limfatik-hipoplastik
  • sinir-artritik
  • allergik diatez

Davamı →

Sepsis

Sepsis — şərti-patogen bakterial flora tərəfindən törədilən, generalizə olunmuş (yayılmış) irinli-iltihabi xəstəlikdir. Tran- zitor və ya birincili immundefisit fonunda güclü iltihabi reak­siyanın inkişafı nəticəsində müşahidə olunur.

Etiologiya

Sepsisin yaranmasında 30-dan çox mikroorqanizmlərin rol oynadığı göstərilir. Bunların içərisində ən çox təsir göstərən amillərə aşağıdakılar aiddir:


Davamı →

Yenidoğulanların tranzitor-keçid vəziyyətləri

Yenidoğulanın həyatının ilk günlərində xarici mühit amillərinə qarşı uyğunlaşması zamanı baş vermiş dəyişikliklərə tranzitor — keçid vəziyyətlər deyilir. Bu vəziyyətlərə aşağıdakılar aid edilir:

  • Milia — burun pərdələrinin üzərində, üzdə, alında və bə­dənin müxtəlif nahiyələrində 1-2 mm ölçüdə sarıya çalan vezi- kulanı xatırladan səpgilərlə səciyələnir. Bu səpgilər piy vəzi­lərinin çıxacağının tutulması nəticəsində əmələ gəlir.
  • Doğuş şişi — dərialtı toxumaların ödemləşməsinə deyi­lir. Ödemlər müxtəlif həcmdə müşahidə edilə bilər. Müalicə tələb etmədən kecib gedir.
  • Sadə eritema — uşaq doğulduqdan sonra bədənin səthində olan ilkin yaxmanın təmizlənməsindən sonra dərinin qızarması qeyd olunur. Bu qızarma 2 — ci sutkada artır, ancaq 1 həftəyə kecib gedir.

Davamı →

Yarımçıq doğulan uşaqlar

Yarımçıq doğulan uşaqların fizioloji xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

  • kütlənin və boyun inkişafdan geri qalması
  • bədən quruluşunun qeyri proporsional olması — başın böyük olması (bədənin 1/3 hissəsi), boynun qısa olması,ətrafların gödək olması və s.
  • qulaq seyvanının yumşaq olması və aşağıda yerləşməsi
  • kiçik əmgək və kəllə tikişlərinin açıq qalması
  • dərialtı piy təbəqəsinin nəzərə çarpmaması

Davamı →

Neonatologiya

Neonatologiya - latın sözü olub, neo - yeni,təzə; natus — doğuş; loqos- elm deməkdir. Yenidoğulanın doğulduğu gündən başlayaraq 28 sutkanı əhatə edən müddət neonatal dövr adlanır və 2 dövrə bölünür:

  • erkən neonatal dövr — həyatın ilk 6 sutkasını əhatə edir
  • gec neonatal dövr — həyatın 7 günündən başlayaraq 28­29 gününə qədər davam edir.

Hestasiya yaşı - bioloji yaş sayılaraq, mayalanma anından başlayıb doğuş qurtaran vaxta qədər hesablanan dövrdür. 40-42 həftənin sonunda doğulan uşaq normal, vaxtında doğulmuş uşaq hesab edilir. Hamiləlik bu dövrün axrına çatmadıqda, hansı həftədə doğuş baş verirsə, doğulmuş dölün hestasiya yaşı həmən həftəyə görə müəyyənləşdirilir.


Davamı →

Tibbi deontologiya

Tibbi deontologiya (yunanca deon, deontos — borc, müva­fiq + logos — elm) tibb işçilərinin öz peşə vəzifələrini yerinə yeti­rən zaman riayət etməli olduqları mənəvi-etik normalar toplu­sudur.

Deontologiya özündə üç əsas hissəni birləşdirir:

  • tibb işçisinin cəmiyyət qarşısında borcu;
  • tibb işçisinin xəstə, onun qohumları və yaxınları qarşı­sında borcu;
  • tibb işçisinin öz məsləkdaşları qarşısında borcu — onlara olan münasibəti.

«Tibbi deontologiya» və «Tibbi etika» anlayışları eyni deyildir. «Borc» problemi — tibbi etikanın əsas problemlərindən biridir. Deontologiya etik konsepsiyalar yığımıdır, lakin o, daha praqmatik və konkret xarakterə malikdir. Tibbi etika özündə bu və ya digər tibb sahəsinə aid spesifiklik daşımır. Tibbi deon­tologiya isə bu vəya digər tibb sahəsi ilə əlaqədar olaraq spesifik xüsusiyyətlər daşıyır (terapevtin, pediatrın, cərrahın, onkoloqun və s. deontologiyası ayırd edilir).


Davamı →

Uşaqlarda hərarətin ölçülməsi

Hərarətin ölçülməsi ən sadə tibbi manipulyasiya olsa da bir çox valideynlər bunu düzgün etmir.
Tanınmış ukraynalı pediatr Evgeniy Komarovskiy öz verlişlərinin birində bu haqda çox geniş məlumat verib.

— Hansı nahiyədə ölçmək daha yaxşıdır – qoltuq altında, duz bağırsaqda, dəridə, qulaqda? Qoltuğaltı nahiyəsində ölçmək daha yaxşıdır.

— Hansı termometr daha dəqiqdir?
Belə hesab olunur ki, civəli termometr ən dəqiqdir. Lakin bütün dünya civəli termometrlərdən imtina edir.
Davamı →

Nə üçün 1 yaşına qədər uşaqlara bal vermək olmaz?

Pediatrlar 1 yaşına qədər olan uşaqlara bal verməyi qəti şəkildə tövsiyə etmirlər.
Məsələ burasındadır ki, balda çikroskopik miqdarda olsa da Clostridium botulinum bakteriyasının sporları ola bilər.

Bu bakteriya botulizmin inkişafına səbəb ola bilər. Çox ağır xəstəlik olan botulizm nəfəsalmanın çətinləşməsi, iflic və hətta ölümə gətirib çıxarda bilər.

Daha böyük yaşda uşaqların və böyüklərin orqanizminə baldan düşən sporlar orqanizm tərəfindən zərərsizləşdirir və onların sonrakı inkişafının qarşısı alınır.

Lakin 1 yaşına qədər olan uşaqların immun sistemi hələ çox zəif olur ki, onların orqanizminə düşən sporlar inkişaf edə və çoxala bilər. Bu isə botulizmin inkişafına səbəb olacaq. 
Davamı →

Körpələrdə bişməcə

«Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir». Bu barədə pediatr Gülnar Abdullayeva bildirib.

«Dəridə yanma tərzində qızarıqlıq, bəzən dəridən qabarıq olan, azacıq qaşıntılı, təzyiq olanda solan ləkələrdir. Daha çox göbələk infeksiyasına bağlıdır.

Bəzən isə bu alt bezlərinə bağlı allergik reaksiya və ya həmin nahiyənin nəm olması, sidik yolu infeksiyası, tez-tez nəcis ifrazı, antibiotiklərin istifadəsi da bu problemə gətirib çıxara bilir. Dəri uzun müddət nəm olduqda və bez ilə təmas etdiyi dövrdə dərinin tamlığı pozulur və beləliklə də uşaqda dermatit inkişaf edir.
Davamı →

Körpənin yatağı necə olmalıdır?

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil.

Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir. Çarpayının hansı materialdan hazırlanması da böyük əhəmiyyət kəsb edir.

Dünyaya yeni gələn körpə üçün seçilən mebel funksiyalı olmaqla yanaşı, körpələrin rahatlıq və əqli inkişafını da təmin etməlidir. Körpə otağındakı ən vacib yer onun yatağıdır. Əksər valideynlər yeni doğulmuş uşaq üçün ortopedik yatağın vacib olduğunu bilmirlər.
Davamı →