Uşaqlara vurulan bir neçə peyvənd bir inyeksiya ilə əvəzlənə bilər
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immunitet sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər.
Peyvəndin mənfi təsirləri təhlükəlidirmi?
Peyvəndlər aşağı temperaturda qızdırma, infeksiya yerində qızartı və şişkinlik kimi təsirlər yarada bilir. Bəzi peyvəndlər müvəqqəti olaraq baş ağrısı, başgicəllənmə, halsızlıq və iştahasızlıq meydana gətirir. Nadir hallarda rast gəlinən bu təsirlər narahatlığa səbəb olsa da, peyvəndlər uşaqları ölümcül xəstəliklərə yaxalanmaqdan qoruyur. Allergiyaya meyilli uşağa peyvənd olmaz.
Peyvənd erkən aparılmalıdır.
Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından və onları bu xəstəliklərdən qorumaq üçün peyvənd erkən yaşlarda aparılmalıdır.
Peyvəndsiz keçinmək yaxşı fikir deyil. Çünki belə halda uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz qalır. Tibbi səbəblər üzündən, eləcə də peyvəndə qarşı allergiyası olan uşaqların dəhşətli xəstəliklərdən qorunması ətrafındakı insanların immunitet sisteminin möhkəm olmasından asılıdır.
Həmçinin bax:
-Uşaqlara peyvənd vurduraqmı? I
-Uşaqlara peyvənd vurduraqmı? II
Uşaqlarda olan infeksion xəstəliklər çox təhlükəli olub, bəzi hallarda çox ağır keçərək hətta ölümlə də nəticələnə bilərlər.Uşaq infeksion xəstəliklərinin profilaktikasında əsas tələbat peyvəndlərin aparılmasıdır. Peyvəndlərin edilməsi çox vacib hesab olunur.Onlar uşaqların sağlamlığını və həyatını xilas edir! Peyvəndlərdən imtina etmək olmaz! Peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidirlər.Əgər uşaqda hər hansı bir xəstəlik və ya fərdi xüsusiyyətlər olarsa, həkim-pediatr onu müayinə edərək, bu və ya başqa peyvəndin oluna bilməsi və vaxtı barədə qərar verir, lazım olduğu hallarda isə uşaq orqanizmini peyvəndin olunmasına hazırlamaq məqsədi ilə xüsusi dərman preparatları təyin edir.
Alimlər müəyyənləşdirmişlər ki,polietilen və azotun sintetik məhsulları olan polietlileniminlər virus əleyhinə vaksinlərin o cümlədən qrip,herpes və İİV əleyhinə peyvəndlərin təsirini artırır.Uzun illər bu iş üzərində tədqiqat aparan mütəxəssislərin PEE seçməsi isə təsadüfi deyil.Beləki onlar diqqət etmişlər ki,gen terapiyası ilə məşğul olan mütəxəssislər məhz yüksək seçicilik xüsusiyyəti olan bu maddələrin təsirlərindən “faydalanırlar”.
Statistik nəticələr buradadır.Dövlət peyvəndlənməni məcburi etdirir