Pifaqor və pifaqorçular

Qədim yunan mütəfəkkiri Pifaqoras (Pythagoras) (e.ə. 580-500) Samos adasında anadan olmuşdur. Sonra o, Cənubi İtaliyaya köçüb, orada Kroton şəhərində dini ittifaq (təriqət) yaratmışdı. Pifaqorasın özündən heç bir əsər qalmamışdır. Buna görə də Pifaqoras və onun ardıcıllarının dünyagörüşü yalnız nisbi təsvir edilə bilər. Onlar tərəfindən hansı fikirlərin irəli sürülməsi haqqında dəqiq məlumat yoxdur. Məlumdur ki, e.ə. V-IV əsrlərdə pifaqorçuluq ideyaları təkmilləşdirilib, yeni keyfiyyət və məzmun almışdı, oraya çoxlu yeni ideyalar daxil olunmuşdu. Yalnız onu demək olar ki, Pifaqorasın yaşadığı dövrdə, onun təliminin ümumi nəzəriyyəsi, ondan sonra isə, pifaqorçuluğun fəlsəfəsi yaranmışdı. Daha sonra isə pifaqorçuluq yeni platonçuların fəlsəfəsi ilə birləşib, onun daxilində ərimişdi.
Davamı →

Pifaqorçular məktəbi

Bu məktəb Samoslu Pifaqor (b. er. əv. 580– 512) tərəfindən yaradılmışdır. O, qədim dünyanın, demək olar ki, bütün ölkələrində olmuşdur. Məsələn, Misirdə 22 il, Babilistanda 12 il yaşamışdır. Onun məktəbində poetika, tibb, musiqi, elm (xüsusilə riyaziyyat) bir– birini əvəz etmişdir. Fəlsəfə sözünü ilk dəfə işlədən Pifaqor özünü də filosof adlandırmışdır. «Hər şey harmoniya və rəqəmlərdən ibarətdir»– Pifaqor fəlsəfəsinin başlanğıc prinsipi budur. F.Engels bu barədə yazırdı: «Rəqəm müəyyən qanunlara tabe olduğu kimi, bütün kainat da onlara tabedir; bununla da ilk dəfə kainatın qanunauyğunluğu haqqında fikir söyləyir».
Ardı →