Pirsinq
Pirsing — ingiliscədən tərcümədə body piercings yə`ni bədən pirsingi deməkdir. Əslində pirsing qədim tarixə malikdir.
Hindistanda qadınlar burun deşiklərinə qızıl halqa taxırdılar. Bu onların ərlərinə aid olmasını göstərirdi. Qədim Misirdə isə göbək pirsingi geniş yayılmışdır.
«Müasir Pirsingin Yaradıcıları» — Duq Mallo və Cim Vard hesab olunur. 1975-ci ildə Cim Vard Uest-Hollivud şəhərində (ABŞ) ilk pirsing salonu açdı. Və bununla da pirsing bizim indiki dövrümüzə gəlib çıxdı. Duq Mallo özüdə pirsing daşıyıcısı idi.
Sinə (döş) pirsingi Qədim Romada (inkişaf etmiş dövlətlərdə) yaranmışdır. Yuli Sezarın qoruyucuları, Roma senturionları (qədim Romada 100 nəfərdən ibarət qoşun dəstəsi başçısı) döşlərinə üzük keçirirdilər — bu da şücaət, mərdlik və kişilik əlaməti idi.
Ardı →