Planlaşdırma
1. Planlaşdırma funksiyası, onun məqsədi və vəzifələri.
2. Strateji planlaşdırma.
3. Taktiki planlaşdırma.
4. Cari planlaşdırma.
Planlaşdırma funksiyası menecmentin ən zəruri funksiyalarından biridir.
Menecmentin bütün sahələri üçün aşağıdakı 3 planlaşdırma funksiyası xarakterikdir:
1. İstehsalın planlaşdırılması.
2. İşçi qüvvəsinin (kadrların) planlaşdırılması.
3. Maliyyənin planlaşdırılması.
Ardı
- ?
- 22 mart 2012, 20:39
- kotler
- şərh əlavə et
9.1 Nəyi proqnozlaşdırırıq?
Bazar tələbinin qiymətləndirilməsi uyğun bazarın strukturunu bilməyi tələb edir. Bazar – bu məhsul və ya xidmətlərin bütün potensial və real alıcılarının məcmusudur. Bazar – alıcıların məcmusu olduğu halda, sahə — satıcıların məcmusudur. Bazarın həcmi, konkret bazar təklifində mümkün sayda mövcud alıcıların sayından asılıdır. Potensial alıcını maraq, gəlir və əlverişlilik xarakterizə edir.
Ardı
- ?
- 13 oktyabr 2011, 20:11
- marketoloq
- şərh əlavə et
Biznesin stratejı planlaşdırılması: Nədən başlamalı?
Strategiya – mövcud imkanlarla qarşıya qoyulmuş məqsədlərə nail olmaqdan ötrü firmaya zəruri olan uzunmüddətli hərəkətlərin ümumiləşdirici modellərdir. İqtisadi təşkilata şamil edildikdə, bu, onun başlıca məqsədlərinin və bu məqsədlərə nail olmanın əsas üsullarının məcmusudur. Firma fəaliyyət strategiyasını işləyib hazırlayarkən, fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir. «Strategiya» termini yunan dilindən tərcümədə «stratos» – ordu və «ado» aparıram sözlərini bildirir. Hərbi terminologiyanın idarə edilməsində görünür, sahibkarlığın döyüş xarakterini bir daha təsdiq edir.
Strategiya – çoxcəhətli anlayışdır. Onun ən mühüm xüsusiyyətləri kimi aşağıdakı tərifləri vermək olar ki, bunlar bu anlayışın mahiyyətinə tamamilə cavab verirlər:
• son nəticənin əldə edilməsi vasitəsi;
• təşkilatın bütün hissələrinin vahid tamda birləşməsi;
• firmanın fəaliyyətinin bütün əsas aspektlərinin əhatə edilməsi;
• firmanın bütün planlarının bir-birinə uyğunluğununun təmin edilməsi;
• hərəkət planı;
• mühafizə, yəni rəqabət mübarizəsində qələbəyə yönəldilmiş hərəkətlər kimi nəzərdən keçirilir;
• hərəkətlərin ardıcıllığı, yəni plan reallaşmaya bilər, lakin hərəkətlərin ardıcıllığı hər halda təmin edilməlidir;
• ətraf mühitdə mövqe, bu, öz əhatəsi ilə əlaqə deməkdir;
• perspektiv, yəni cəhd etdiyi vəziyyəti qabaqcadan görmək;
• firmada işin təşkilinin güclü və zəif tərəflərinin analizinin nəticəsi və onun inkişafının imkan və əngəllərinin müəyyən edilməsi;
• ətraf mühitin dəyişikliklərinə qarşı firmanın qabaqcadan hazırladığı reaksiya.
Ardı
- +1
- 13 mart 2010, 17:49
- təpəgöz
- şərh əlavə et
