Məşhur yazarın sevgidən dəli olan qızı

  • Sevgi
Adel sindromu barədə hər birimiz eşitmişik. Buna sevgi xəstəliyi də deyilir. Hamımız platonik sevgi yaşayan insanlarla qarşılaşmışıq. Bu sevgi realda var olmayan, xəyalda qalan, həyata keçməyən sevgidir. Platonik sevgidə hər şey romantik və ruhi müstəvidə olur. Bu sevgi fiziki doyum üçün deyil, hisslərin doyumu üçündür.

Adel sindromu öz adını məşhur fransız yazıçısı Viktor Hüqonun qızı Adelin adından götürüb. O qeyri-adi sevgisi ilə tarixə düşmüş qadınlardan biridir.
Davamı →

Adel sindromu

Hamımız platonik sevgi yaşayan insanlarla qarşılaşmışıq. Bu sevgi realda var olmayan, xəyalda qalan, həyata keçməyən sevgidir. Platonik sevgidə hər şey romantik və ruhi müstəvidə olur. Bu sevgi fiziki doyum üçün deyil, hisslərin doyumu üçündür.

Çox zaman platonik sevgilər zamanla keçsə də, bəzən keçməyib xəstəliyə çevrilir. Tibb aləmində platonik sevginin yaratdığı xəstəliyə Adel sindromu deyilir. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, Adel sindromu tibbdə geniş tanınmır. Lakin tez-tez platonik, dəlicəsinə sevgi hadisələrindən danışılarkən istifadə edilən termindir.
Davamı →

Platonik sevgi

  • Sevgi
Kiməsə qarşı platonik eşq yaşamaq sevgisi üçün mübarizə aparan ninja olmaq deməkdir. Platonik sevgi yaşayan biri necə davranar? Hər gün müntəzəm olaraq həmin adamın sosial media hesablarını yoxlamaq, 7 nəslinin bütün üzvlərini tanımaq, onlar haqqında hər şeyi bilmək, şəkillərini bəyənən insanların hər birini bir-bir analiz etmək, giriş-çıxış saatlarını hesablamaqdır platonik sevgi.


Platonik eşq yaşayan biri sevdiyinin gözünə hər zaman gözəl görünməyə çalışar. Gözəllik salonlarına tez-tez gedər, güzgüyə çox baxar, saatlarla şkafın qarşısında oturub «nə geyinim?», — deyə düşünər.

Söhbət edərkən anidən gözlərini ona zilləyər, o, baxdığında baxışlarını qaçırar. Yanındaykən belə, onun üçün darıxmaqdır platonik sevgi.

İstər dünyanın ən çirkini olsun,  ancaq o, onun üçün ən gözəl və ən mükəmməl biridir.  


Ardı →