Gicitkanla oynaqları müalicə et

Tikanlı gicitkan bitkisi sağlamlığımız üçün çox faydalı olan, amma ayaq altında əzilib, məhv olub gedən bitkidir.
Gicitkan orqanizmdə iltihabi prosesləri azaldır, oynaqlarda ağrı, şişkinlik, iltihab səbəbindən ağrıları çəkir. Gicitkan qan bərpaedici və antibakterial təsirə də malikdir.
Davamı →

Podaqra haqda

Podaqra nədir?
Podaqra sidik turşusu mübadiləsinin pozulması sayəsində yaranan metabolik oynaq xəstəliyidir. Bu zaman sidik turşusunun natrium duzları oynaq yarığındakı sinerial qişaya düşür və nəticədə uratlar onu zədələyir. Beləliklə, iltihabi proses yaranır.

Bu, özünü gecə başlayan möhkəm oynaq ağrıları ilə büruzə verir. Ayağın baş barmağı şişir, qızarır, qeyd etdiyimiz kimi, dözülməz ağrılar verir. Tutmalar 1-4 gün ərzində davam edə bilər.
Əvvəllər effektli vasitələr olmadığından xəstələr çox əzab çəkirdilər, lakin müasir dövrdə iltihab əleyhinə bir çox preparatlar mövcuddur və onların köməkliyi ilə tutmaları aradan qaldırmaq olur.
Davamı →

Podaqra xəstəliyindən qorunmaq - Uralitin çayı

Daha çox ayağın baş barmağında

v  Oynaqlarda ağrı

v  Şişkinliyin artması

v  Qızartı

v  Yerli temperatur



Nisbətən diz və dirsəkdə

v  Oynaq zədələnməsi

v  Oynaqların iltihablaşması

v  Hərəkət məhdudiyyəti

v  Tez yorulma və narahatlıq




Qanda uratları artıran vasitələr

v  Artıq miqdarda spirtli içki qəbulu

v  Uzun müddət aclıq

v  Tez arıqlama pəhrizi

v  Fruktozanın çox qəbulu

URALİTİN çayı:

İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) ilıq şəkildə yeməkdən sonra, saat 19.00-a qədər daxilə qəbul edilir.


Müalicə kursu 2-4 həftədir.




Davamı →

Podaqra

Podaqra maddələr mübadiləsinin pozğunluğu ilə müşayiət olunun xəstəliklər qrupuna daxildir. Bu xəstəlik zamanı orqanizmdə sidik turşusunun mübadiləsi pozulur və nəticədə qanda sidik turşusu yüksəlmiş olur.
Podaqra (yunan dilində podos – ayaq, aqra – tələ deməkdir, yəni ayağın tələsi). Xəstəliyin tarixinin qədim olduğu, hələ b.e.ə. yaşamış Hippokrata məlum olması haqqında məlumatlar vardır. Xəstəliyin sidik turşusunun artması ilə əlaqədar yaranması isə 20-ci əsrin ortalarında sübut edilmişdir.
Podaqra xəstəliyi əsasən 40 yaşdan yuxarı kişilərdə, qadınlarda isə menopauzadan sonra rast gəlinir.


Ardı →