Pozitiv düşün, pozitiv yaşa

«Necə düşünürsən elə də yaşayırsan » və ya «Nə əkərsən onu da biçərsən », səbəb və nəticə qanunu olan bu fəlsəfi kəlamı çoxları eşidib. Lakin, bunu dərindən dərk edib həyata keçirənlər çox olmayıb. Bu ondan görünür ki, hazırda dünyada xəstə, kasıb və digər neqativ vəziyyətdə yaşayanların sayı daha çoxdur. Tək — tək insanlar düşüncələri ilə yaşadıqları həyat arasındakı qarşılıqlı və bir başa əlaqəni dərk edib, stereotiplərdən azad olaraq, sahib olduqları həyatı xöşbəxt yaşayırlar.
Davamı →

Pozitiv düşünməyi vərdiş edin

Hər günün bir öncəkindən xoşbəxt keçməsini istəyirsən? Kim istəməz ki! Sən də daha xoşbəxt və hər gününü dolu dolu yaşamaq istəyirsənsə müsbət düşünməyi bir vərdiş halına gətirməlisen. Xoşbəxt bir həyat yalnız müsbət düşüncə quruluşuyla əlaqədardır və inanıram ki hər kəs ruhən, romantik mənada və zehni mənada özünü müsbət düşünməyə öyrədə, öz daxili gücünü artırıb daha xoşbəxt yaşamanın yollarını öyrənə bilər. Müsbət düşünmə quruluşunu bir dəfə ələ keçirdikdə həyatı daha enerjili və daha həvəsli yaşamağa başlayacağıq.

Müsbət düşünmə tərzi həyatımıza bir çox gözəllik qatacaq və onlardan bəziləri isə özümüzə olan etibarımızı artırması, streslerimizi, hirslilik və depressiya hallarimizi ən aza endirməkdir. Bu pis hallardan xilas olmaq ve çox daha sağlam yaşamağı bizə təqdim edir deməkdir. Səhv etməkdən qorxmayın, müvəffəqiyyətli hər insanın gün içində etdikləri bir çox səhvləri vardır və o etdikləri onlarla səhvləri onların daha uğurlu olması üçün əslində bir köməkçidirlər.
Davamı →

Pozitiv ruhda qalmağın 28 yolu

1. Bol-bol su için.
2. Bol-bol meyvə-tərəvəz yeyin.
3. İdmanla məşğul olun.
4. Pozitiv mahnılardan ibarət bir playlist hazırlayın və tez-tez dinləyin.
5. Gözəl şəkillərə baxın.
6. Səhər yeməyi yeyin.
7. Gözəl ətirlərin əhatəsində olun.
8. Sağlam qidalanın.
9. Kifayət qədər yatın.
10. Piyada gəzintiyə çıxın.
11. Monotonluqdan qurtulun.
12. Bol-bol kitab oxuyun.
13. Hər fürsətdə canlı ünsiyyətə qatılın.
14. Rəngləri həyatınıza daxil edin.
15. Rəqs edin.
16. Hər gün təmiz və baxımlı olmağa diqqət edin.
17. Hər fürsətdə insanlara kömək edin..yaxşılıq edin..kiçik bir şeylər olsa belə.


Ardı →

Uğurlu insanları fərqləndirən 45 xüsusiyyət

1. Başqaları əllərini yanlarına saldığı və təslim olduğu məqamlarda, onlar yeni fürsətlər axtarır və onu tapırlar.

2. Digərlərinin uğursuzluq hesab etdiyi hadisədən nəticə çıxarmağı, dərs almağı bacarırlar.

3. Onlar düşünülmüş qərarlar qəbul edirlər.

4. Digərlərinin nə vaxtsa uğurun onları tapmasını gözlədiyi halda, bu insanlar özləri məqsədyönlü şəkildə və daima uğura gedəcək yol salırlar.

5. Onlar da digərləri kimi qorxu hissi yaşayır, lakin bu hissin onlara hakim kəsilməyinə icazə vermir, qorxu onları deyil, onlar qorxunu idarə edir. Qorxu sadəcə ehtiyat deməkdir.

6. Onlar düzgün sual verir- bu suallar tam və hər tərəfli cavablandırma tələb edirlər.


Ardı →