Ruslan Mollayev “ Tədarük “

Yaşadıqlarından təngə gələn qadın, müdrik qocanın huzuruna gəlib soruşur:

-        ...heç kimə  pislik etmirəm axı, niyə  dualarım eşidilmir?

Müdrik soruşur:

-         Necə dua edirsən?

Əllərimi açıram göyə və deyirəm: Ey Uca Allahım, yeri, göyü səhmana saldığın kimi bizim də həyatımızı səhmana sal.  – deyə qadın bildirir.

Müdrik:

-         Diqqət etsən görərsən, Allah dualarını gerçəkləşdirir. Yaşamaq üçün tədarük gör, uyğunlaş: yer üzünün dörd fəsli var.

 

 

                                                                                                              


Davamı →

Ruslan Mollayev "Qoca müdrik və kənd əhli "



            
                Bütün kənd əhli susuzluqdan əziyyət çəkdiyi üçün, yığışıb  yamacda yaşayan qoca müdrikin evinə məsləhətə gəlirlər.
— Salam olsun, ay ev yiyəsi… — kənd əhlindən bir nəfər səslənir.
-   ...çaylarımız quruyub, tarlalarımız yanır, heyvan-qara,   uşaq — qadın, hamımız susuzluqdan əziyyət çəkirik, bilmirik köç edək, nə edək, bəlkə  bizim üçün dua edəsən və ya bir çıxış yolu göstərəsən?! 
Qoca müdrik qapıdan çölə çıxıb hamının bir bir üzünə baxır, sonra şaxələnən dağı göstərib,  dağlara qalxmalarını tövsiyyə edir: Çayların mənbəyi dağlardı, başınız yaşam tərzinizə o qədər qarışıb, dağlara qalxmağı unutmusunuz,  odur ki, axan çayların qarşısını nə kəsdiyindən bixəbərsiniz. İnsan da elədir, iman da… — deyərək qoca müdrik bildirdi.

Ruslan Mollaye 16.08.2019


audio - https://www.youtube.com/watch?v=QlT41BUjH0s&t=5s
Davamı →

İki qardaş haqqında pritça

Çox-çox əvvəllər kəndlərin birində iki əkiz qardaş dünyaya göz açdı. Baxmayaraq ki, doğumları arasında fərq dəqiqələr idi, qalan bütün həyatı boyu ilk doğulan qardaş özünü böyük və deməli daha ağıllı hesab edirdi. Qardaşlar artıq böyüyəndə elə oldu ki, bir yolçu  gecələmək üçün onların evlərində qaldı. Bəlli oldu ki, o Ruh adamıdır və Müdrikdir. Bu vaxt kəndin insanları qonşu camaatla müharibə aparırdı. Bu müharibə insanlara artıq çoxlu qəm-qüssə gətirmişdi. Amma heç kim bilmirdi ki bu müharibədən və ölümdən necə yaxa qurtarsınlar. Və qardaşlar Müdrikdən nəsihət istədilər.
Davamı →

Yaxşı insan | Yuhan Borgen

Beş sığırçın albalı ağacında əyləşib nahar edirdi. “Ay səni, şeytan! Odur ey insan gəlir!”, – onlardan ən kiçiyi dilləndi. “Neçə dəfə sənə deyərlər ki, şeytanı çağırma?”- sığırçınların ən böyüyü, bəlkə də ataları, ona təpindi. “Axı, mən xəbərdar elədim, dedim ki, insan gəlir,”- kiçik sığırçın özünə haqq qazandırmağa çalışdı. Böyük sığırçın cavab verdi: “Fərq eləməz. Onsuz da uçmaq vaxtımızdır!”

Sığırçınların beşi də uçub buradan uzaqlaşdı. Ağaca yaxınlaşan insan yuxarı boylandı: “Sizi lənətə gələsiniz, sığırçınlar! Bu il yenə albalı olmayacaq!” Sonra o, evə qayıtdı və pal-paltardan müqəvva düzəldərək ağacdan asdı.
Davamı →

Qızılgül və tikanlar | Yuhan Borgen

1
Uşaq qızılgül koluna yaxınlaşaraq: “Mənə qızılgül hədiyyə verərsənmi?”- soruşdu.
– “Özün dər”, – qızılgül kolu ona cavab verdi, – “Lap iki-üç gül dər, mən xəsis deyiləm!”.

Uşaq sevincindən əllərini qızılgül kolunun budaqlarının arasına saldı və qışqıraraq dərhal geri çəkildi.
“Vay-vay-vay! Bu nə olan işdir? Necə də tikanlısan? Məndə heç nə alınmır”.
“Sən narahat olma, oğul bala, əvvəl-axır alınar. Onsuz da bu həyatda tikansız gül olmur”, – qızılgül kolu uşağa ürək-dirək verdi.

“Olmur-olmasın, mənə heç lazım da deyil” – uşaq zınqırov çalmağa yollandı.
Davamı →

Üç zaman | Yuhan Borgen

Bir dəfə şir ilə quzu yan-yana talada gəzişirdi. Qəfildən quzu şiri sorğu-suala tutmağa başladı: “Ay şir, sənin fikrincə, hazırda biz hansı zamanda yaşayırıq?”

“Soruşursan hansı zamanda?”, – şir quzunun sualını təkrar etdi.
– “Allahına şükür elə ki, biz yaşayırıq, bəyəm bu, səni qane eləmir? Bundan əlavə, yaşadığımız zaman məhz elə bizə məxsusdur. Əgər belə olmasaydı, biz əsla yaşaya bilməzdik”, – şir sözünü yekunlaşdırdı.

Quzu taladakı yağlı otlardan yedikcə şirin dedikləri barədə düşünüb-daşındı və nəhayət dilləndi:

“Sən çox müdriksən, ay şir! Yürütdüyün fikirlərində də haqlısan. Yaşadığımız indiki zaman əlbəttə ki, bizə məxsusdur. Amma məni başqa şey düşündürür. Dəfələrlə eşitmişəm ki, üç növ zaman mövcuddur: gözəl və eyni zamanda qəddarlığı ilə seçilən keçmiş zaman, sadəcə qəddar və amansız olan indiki zaman və bir də özündə tolerantlıq ruhu yaşadan, məsələn şirlə quzunun azad, sərbəst olaraq yan-yana gəzişdikləri gələcək zaman.
Davamı →

Çjuan-çzı və kəpənək

Qədim Çin müdriki Çjuan-çzı bir sə­­hər yuxudan oyanan kimi hönkürməyə başlayır. Başına yığışan tə­ləbələri soruşurlar:
— Nə olub sənə, ustad? Niyə belə zülüm-zülüm ağlayırsan?
Ustad cavab verir:

— Çox çıxılmaz durumdayam. Yuxuda gördüm ki, kəpənəyə çev­­rilmişəm. Tələbələri ona ürək-dirək verməyə girişdilər:
— Eh, adam da bunu özünə dərd eləyər? Hər kəs yuxuda başqa bir şeyə çevrildiyini görə bilər də. Bunda pis nə var axı?

Çjuan-çzı qayğılı halda dedi:
— Məsələ, əlbəttə ki, bunda, yəni çevrilmədə deyil. İndi başım dərd­dən, qayğıdan ayrılmır, içimi şübhə­lər yeyir və üstəlik, bil­mi­rəm ki, bü­tün bunları nəyə və haraya yozum.

Gecə mən, Çjuan-çzı, gördüm ki, bir kəpənəyə çevrilmişəm. Sonra içimi fikir bürü­dü və mən hələ də düşünürəm: bəlkə elə kəpənəyə də elə gəlirmiş ki, o, Çjuan-çzıya çevrilib? Hə?
Davamı →

Quru yarpaqlar

Çin imperatoru üç il ərzində şəxsən özü min bir əziyyət bahasına bir bağ salır və günlərin bir günü bu bağın gözəlliyini görmək, dəyərləndirmək üçün nüfuzlu şəxsləri buraya qonaq çağırır.

Bağı görən-görən heyranlığını bildirir, təriflər sel kimi yağır. Amma bağ salma sənətinin misilsiz ustadı sayılan Lin-çinin fikri imperatoru digər qonaqlarınkından daha çox maraqlandırırdı. Odur ki, qibleyi-aləm rəyini öyrənmək üçün ustada müraciət elədi.
Davamı →

Yoxsulluq və zənginlik

Bir gün Yoxsulluq və Zənginlikbir insanın yanına gəlir və soruşurlar:

Bizdən hansımız daha gözəldir?

İnsanın canına qorxu düşür və fikirləşməyə başlayır ki, əgər desəm Yoxsulluq gözəldir, onda Zənginlik hirslənəcək və çıxıb gedəcək. Desəm zənginlik gözəldir, onda da yoxsulluğun mənə acığı tutacaq və ömür boyu mənə əzab vermək istəyəcək. O, bir az fikirləşərək dedi:

— Başımın üstündə dayanıb baxmayın, belə cavab vermək çətindir. Bir o tərəf-bu tərəf gedib-gəlin, dolanın. Sonra deyərəm.

Elə də edirlər… İnsan onlara baxır və söyləyir:

— Yoxsulluq, sən arxdan baxdıqda, kürək tərəfdən çox gözəlsən, xüsusən də getdiyin anlarda. Zənginlik, sən isə öndən gözəl görünürsən, gəliş anlarında.
Davamı →

Özünüzünkünü özününzə götürün

Bir gün Budda öz şagirdləri ilə bir kənddən keçirmiş. Bu kəndin camaatı Buddistlərin əleyhdarları idi. Onlar Buddanı və tələbələrini əhatəyə alıb buddistləri təhqir etməyə başladılar. Şagirdləri qismən Buddanın yanlarında olması faktı sakitləşdirsə də  onlar da əsəbləşib kənd sakinlərinə cavab verməyə hazırlaşırdılar. Bu vaxt Buddanın özünü aparması həm şagirdlərdə, həm də kənd sakinlərində bir çaşqınlıq yaratdı.

Budda üzünü tələbələrinə tutub dedi:
— Siz məni məyus etdiniz. Bu adamlar öz işlərini görür. Onlar məni öz dinlərinin düşməni kimi görür və ona görə də təhqir edirlər, bu da təbiidir. Amma siz nəyə görə onlara imkan verirsiniz ki, sizi haldan çıxarıb manipulyasiya etsinlər? İndi siz onlardan asılı vəziyyətdəsiniz, azad deyilsiniz…
Davamı →