Hər insanın ağlından keçər bir gün çəkib getmək olduğu diyarlardan. Baş götürüb getmək inadına bütün tərsliklərin, problemlərin, göz yaşlarının, qırğınlıqların. Bütün səni həbs edən zəncirlərin acığına çıxıb getmək ürəyinin apardığı yerlərə....
Hər insanın ağlından keçər bir gün Xəyanət etmək, ən çox sevdiyinə. Ən çox can yandırdığına,ən çox əmək verdiyinə. Dəyərsiz olduğunu gördüyü o an hər kəsə bir anlıq xəyanət etmək istər beləcə həyat eşqinə...
Yalan danışar hər kəs bir gün ən çox inandığına, ən çox etibar etdiyinə… Ən zərbə aldığına hər kəs bir gün yalan danışmaq istər qisas almaq istərcəsinə...
İnsan psixologiyasında,insan şüuraltısında təhrikedici qüvvələr daima mövcuddur. Bu qüvvələr illərlə yığılıb qalan aqressiya, neqativ hadisələr, incinmiş duyğular, tamamlanmamış arzular, gerçəkləşməmiş xəyallar fonunda formalaşır. İnsan dözür, dözür, hər çətinliyə sinə gərir və nəhayət bir gün… Gücsüz düşdüyün anda bütün organlar və duyğular ayağa qalxır. Üsyan edir…
Onlari məhkum etdiyin vəzifələrdən bir anda imtina edir. Və budur möhtəşəm bir xaos. Azıb qalırsan. İllərlə Özün bahasına qurduğun nizam indi səni məhv etməyə yönəlmiş silaha çevrilir sanki. O an hər şeyi etməyə qadıirdir insan. Ən ağılasığmaz hərəkətləri, ən gözlənilməz çılğınlıqları, geridönülməz peşmanlıqları edə bilərsən o an. Məşhur bir deyim var, “hər dərdi içinizə atarsanız,gün gələr yerinizdən qalxa bilməzsiniz”…
Ardı →