Uşaqlar niyə yalan danışır?

Uşağa yalan danışmağı qadağa qoymaq, yalan danışdığı üçün döymək, cəzalandırmaq heç bir effekt verməyəcək

Hesab olunur ki, uşaqlar saf olduğundan hər şeyin düzünü deyir. Amma onlar da tez-tez yalan danışırlar. Mütəxəssislər bildirir ki, yalan danışmaq uşağın təxəyyül dünyası ilə bağlı olsa da, psixoloji problemlər üzündən də olur.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, bəzi valideynlərin uşaqları o qədər yalan danışırlar ki, ətrafdakılar bu haqda bilirlər: «Valideynlər övladlarının bu cür hərəkətinə görə çox utanırlar. Onlar əksər hallarda uşağın niyə yalan danışdığını başa düşmürlər. Bəzi valideynlər isə uşağın nə vaxt yalan, nə vaxt düz danışdığını anlaya bilmirlər. Səbəbindən asılı olmayaraq, valideynlər uşaqların yalan danışmağına mənfi baxırlar».

A.Qurbanova bildirib ki, övladına diqqətli olan valideyn hər cür uşağını yalan danışmaqdan tərgitməyə çalışır: «Elə də olur ki, valideyn hər cür üsula əl atsa da, uşaq yenə də yalan danışır. Elə təəssürat yaranır ki, uşaq yalan danışmasa, yaşaya bilmir. Nə cəzalar, nə söhbət uşağın yalan danışmağının qarşısını alır».

Uşağa səmimi olmağa kömək etmək üçün nə üçün yalan danışdığını başa düşmək lazımdır. Uşağın yalan danışması onun problem yaşamasına da işarə edir. Uşaqlar arasında yalanın ən geniş yayılmış səbəblərindən biri cəzalanmadan qorxmaqdır. Uşaq düzünü dedikdə döyüləcəyindən, cəza alacağından və ya sevgidən məhrum olacağından qorxduğu üçün yalan danışmağa başlayır. Misal üçün, uşaq yeni oyuncağını qırıb. Cəzalanacağından qorxduğu üçün oyuncağı gizlədir.
Ardı →

Uşaqlar leyləklərə inanmır

Uşaqlar əvvəlki kimi «səni leyləklər gətirdi» yalanına inanmır!… Mütəxəssislər, ailələrdən cinsi təhsili uşaqlarının anlaya biləcəklərisəviyyədə evdə verməyə başlamalarının əhəmiyyətinə diqqət çəkir.

Cinsəlliyin həyatımızın ən əhəmiyyətli parçalarından biri olduğunu söyləyən Cinsi Sağlamlıq İnstitutu Dərnəyi (CİSED) Ümumi Başçısı Dr. Cem Keçə; «Bu səbəblə adamın cinsəlliklə əlaqədar məlumatlarını, düşüncələrini, dəyər mühakimələrini, tutumlarını və bacarıqlarını necə, hansı şərtlərdə və kimlərin təsirləriylə öyrənmiş olduğu çox əhəmiyyətlidir. Cinsəlliklə əhəmiyyətli olan 4 mövzu vardır. Bunlar; ayıb, qadağan, günah və maraq duyğusudur. Biz bunlara cinsəllikdə məhşərin 4 atlısı adını veririk.

Məhşərin 4 atlısı, adamın içində olduğu ailədə başlayan və ictimai ətrafıyla davam edən bir şəbəkə tərəfindən adam fərqinə belə çatmadan ona öyrədilə bilər. Adam yetkinlik çağına gəldiyində artıq yalnız öz impulslarıyla deyil bu öyrənilmiş ictimai dəyər mühakimələriylə birlikdə ilk cinsi yaxınlaşmalarına başlar. Bu baxımdan baxıldığında cinsəllik hər kəsin doğulduğu andan etibarən həyatında özünəməxsus yer etməyə başladığı üçün ilk cinsi təhsil ailədə yəni evdə başlamalıdır.

Cinsi orqanların əl, qol, qıç, ağız kimi adama aid görülmədiyi, baxılmaması, toxunulmaması lazım olan qadağanlı sahələr olduğu mesajını alan bir uşaq; cinsəlliylə bağlı maraq duyğusuyla ayıb, qadağan, günah və pis mesajını öyrənə bilər; bədənini kəşf etmə yerinə bədəninə xariciləşə bilər və irəlidəki cinsi həyatında vajinismus, orgazm ola bilməmə, erkən boşalma və ya sərtləşmə pozuqluqları kimi cinsi problemlər yaşaya bilər. Həyatın ən kefli yanlarından biri olan cinsəllik, bir qayğı və stress qaynağı halına çevrilə bilər» dedi.
Ardı →

Uşaqlarınızı daha yaxından tanıyın

Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz fikir, duyğu və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir.

Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların duyğu və düşüncələrinin də əlavə olunduğu əsla unudulmamalıdır.

Əslində uşaqların belə təqlidi davranışları onların "şəxsiyyətlərinin" üzə çıxmasına kömək edir. Uşaq oyun zamanı sözləri, reaksiyaları, səs tonu, mimikaları ilə duyğularını canlandırır. Yəni oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir.

Məsələn, uşaq anasının hər hansı bir davranışından əsəbləşmişdirsə, ondan qisas almaq istəyirsə, oyunda özü ata rolunu oynayacaq və ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qısqanclıq edən uşaq əlindəki gəlinciyi qardaşına bənzədərək ona əziyyət verəcək.

Ardı →

Uşaqların yaşına görə boşanmanın yaratdığı təsirlər

Körpəlik (1-3 yaş arası) 
Boşanmanı bu yaşlar arası uşaqlar necə başa düşər?

Ana və atadan birinin evdən getdiyini bilir, amma səbəbini başa düşmürlər.
Bu yaşlar arası uşaqların boşanmaya qarşı münasibətləri:

— Əvvəlkinə baxanda daha tez-tez və çox ağlayırlar.
— Yuxu problemləri;
— Yerini islatmaq və yenidən barmaq əmməyin başlaması;
— Valideynlərindən ayrı qalanda qorxu və narahatlıq hiss etməsi;
— Əsəb gərginliyi;
— Dişləmək və narahat edici hərəkətlər. 

Bu vaxt valideyinlər nə edə bilər?
— Əvvəlki kimi gündəlik yaşayışı pozmadan elə də yaşamağa davam etməlidirlər.
— Hər dəqiqə narahat görünməmək və uşağı inamlı ailə çərçivəsində böyütməlidirlər.
— Ana və ata ayrı-ayrılıqda olsa da uşağa vaxt ayırmalıdır. 
Ardı →

Psixoloji effektlər


“Romeo və Culyetta” effekti

Valideynlərin və ya başqalarının-klassik dildə desək əğyarın-iki sevən adamı ayırmağa cəhd göstərməsi nəticəsində onların bir-birinə məhəbbətinin artması. Bu fenomeni özümünkiləşdirsək “Leyli və Məcnun” effekti də demək olar.
Ardı →

Necə danışaq ki, uşağımız bizi dinləsin?

Necə danışmalıyıq, ki uşaq bizi dinləsin?” və “Necə dinləməliyik ki, uşaq bizə hər bir narahatçılığını anlatsın?”- bu kimi suallar valideynləri çox düşündürür.
Bəzən, biz valideynlər uşağın hisslərinə fikir vermirik. Məslən, ata futbol verilişini izləyir və bu zaman oğlu narazı halda ona müraciət edir:

— Ata, Orxan məni vurdu, məndə onu vurdum, sonar o məni...

Ata gözlərini televizordan çəkməyərək uşağa deyir:

— Davam elə!

— Yox, sən məni dinləmirsən.

— Mən həm səni dinləyirəm, həm də futbola baxıram. Davam elə!

Bu zaman uşaq başını aşağı salır və deyir:

— Yaxşı, bu o qədər də vacib deyil.

Razılaşın ki, bu vəziyyət sizə də tanışdı. Çoxumuz uşaqlıda bununla üzləşmişik. Buna baxmayaraq, uşaqlıqda valideynlərimizin bizi dinləməsinə, dərdimizə şərik olmasına ehtiyacımız olub. Ona görə də hər bir valideyn öz övladına hisslərini anlatmağa imkan yaratmalıdır.
Bunun üçün aşağıdakı qaydalara riayət etmək lazımdır:
Ardı →

Sәn hәlә dә özünü bәdbәxt sayırsan? (Psixoloji motivasiya)



Belә bir optimist hәyat tәrzi vardır. Bu günlә yaşamaq. Ay dostlar, gәlin siz dә, mәn qarışıq bir vәrәq götürәk. Orada sadalayacağım şeylәri yazaq vә әmәl edәk. Әgәr sizdә müәyyәn bir vaxtdan sonra (әn azı 40 gün) hәr hansı bir dәyişiklik olmasa mәnә nә deyirsiz, deyin. Proqramın adı «Mәhz bu gün»dür.

1. Mәhz bu gün mәn xoşbәxt olacağam. Linkolnun sözü olmasın, insanlar xoşbәxt olmaq üçün nә qәdәr qәrarlıdırlarsa, bir o qәdәr xoşbәxtdirlәr. Xoşbәxtlik bizim içimizdәdir. Onu kәnarda axtarmaq lazım deyil.

2. Bu gün mәn hәr şeyi olduğu kimi qәbul edәcәyәm. Yәni hәr şeyi öz arzu vә istәklәrim әsasında olmasını kәnara qoyacam. Ailәmi, dostlarımı olduqları kimi sevәcәyәm.

Ardı →

Ərköyün uşaq olduğunu göstərən 10 əlamət

1. Tez-tez hirslənirlər
Ərköyün uşaqlar çöldə, insan içində və hətta öz evində, tez-tez hirslənər, dayandıq yerdə qışqırmağa və ağlamaya başlar.

2. Əsla təmin olmaz
 Ərköyün uşaqlar əsla sahib olduqlarıyla kifayətlənməzlər və əlindəkilərlə əsla yetinməzlər. Əgər bir uşağın əlində başqa bir şey görsələr, mütləq onu istəyərlər.

3. Heç köməkçi deyil
Heç bir uşaq təmizlik etməkdən xoşlanmaz, amma bir uşaq 4-5 yaşına gəldiyində artıq öz oyuncaqlarını yığışdırmağa, öz ayaqqabılarını yerinə qoymağı öyrənməsi lazımdır. Amma ərköyün bir uşaq bu kiçik işləri belə etmək istəməz.

4. Böyüklərin diqqət mərkəzində olmağa çalışarlar
Yaşına baxmadan, bütün böyüklərin davamlı onlarla maraqlanmasını və onları dinləməsini istəyərlər.

5. Sizi insan içində utandırarlar
 Bəzi vəziyyətlərdə uşağınız sizi istəmədən utandıra bilər, amma ərköyün uşaqlar sizi bilərək və istəyərək insan içində utandırar və diqqəti cəlb etmə adına sizi alçaldacaq davranışlara yol verərlər.
Ardı →

Uşaqlar arasında qısqanclıq

Qısqanclıq həyatın hər dövründə yaşanan bir duyğudur. Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavabdır. Uşaqlıqda bu hislər artıq 2 yaşından etibarən baş qaldırır. 

Uşaq, hər kəsin özündən daha yaxşı olduğunu və özünün hər kəsdən daha az sevildiyini düşünməyə başlayır. Amma ailəyə ikinci uşaq gəldiyi zaman bu hislər daha da gərginləşir. Ailəyə yeni bir qardaş və ya bacının gəlməsi, bir uşaq üçün qəbul etməsi həqiqətən çox çətin olan bir vəziyyətdir. Uşağın yeni qardaş və ya bacısını qəbul edə bilməsi uşağın yaşı, ailənin uşaqla münasibəti və uşağın şəxsiyyətinin inkişafı və s. bu kimi bir çox faktorlardan asılıdır. Qardaş-bacı qısqanclığını tamamilə qarşısı alına bilməz. Çünki bu qisaqnclıq bir uşağın psixi inkişafı üçün önəmlidir. Buna görədə də bu qısqanclığı uşağın saglam inkişafı üçün sağlam rəqabətə çevirə bilərsiniz.

Əğər uşağınız yeni doğulmuş körpəyə müraciyətlə “kaş ki hec olmasaydın”, “sənə nifrət edirəm” və s. bu kimi ifadələr işlədirsə deməli artıq qısqanclıq baş qaldırıbdır. Bir çox hallarda uşaqlarda qısqanclıq reqresiya(geriyə dönüş) ilə müşahidə olunur, yəni uşaqlar körpə kimi sosqa əmmək,yatağını islatmaq, tək başına yemək yeməmək və s. kimi davranışlar göstərirlər.

Bəzi hallarda isə uşaqlar sevilmədiyini hiss edərək özlərinə qapanarlar. Heç kəslə ünsiyyətə girməzlər.Tez-tez müşahidə olunan davranış isə böyük uşaqların özlərindən kiçiklərə fiziki ziyan verməsidir(cimdikləmə,vurma, yerə atma və s).Uşağınızda bu cürə halları müşahidə edirsinizsə deməli artıq uşaqlar arasında qısqanclıq başlayıb.
Ardı →

Uşaqlarda depressiya

1. Pis əhval-ruhiyyə
Uşaq və ya yeniyetmə bir neçə həftə ərzində əgər qəmgindirsə və günün müəyyən saatlarında və ya müxtəlif günlərdə bu halı bir qədər dəyişirsə, bu, depressiyanın əlaməti deməkdir. Ümumi olaraq, onu əhatə edən mühitin dəyişməsinə baxmayaraq, onun qəmgin və bədbəxt halı hələ də qalmaqdadır.

Bəzən bu daimi xəstəliyi müəyyən etmək heç də asan olmur. Bəzən bu cür qız və ya oğlanlar onlarda olan bu dəyişikliyi boyunlarına almaq istəmirlər, onu gizlədirlər. Ola bilsin ki, depressiya bu cür oğlan və qızların ruhiyyəsində özünü başqa cür büruzə versin və qəmgin olmaqları çox da hiss edilməsin.

Məsələn, heç kimə yaxınlaşmamaq, heç nəyi bəyənməmək, sözə qulaq asmamaq kimi. Onu da demək lazımdır ki, hər sözə baxmayan və ya problem yaradan uşaq depressiyada deyildir. Ancaq yeniyetmələrin arasında bu xəstəliyə kifayət qədər çox rast gəlinir. Bəzən depressiya nigarançılıqla bir yerdə olur.

Bəzən də tibbin müəyyən edə bilmədiyi baş və ya mədə ağrısı kimi özünü göstərir. Bu zaman valideyn çox nigaran olur. Onlar çalışırlar ki, bu xəstəliyi uşağın orqanizmində axtarsınlar. Amma onun qəmgin olmasını heç nəzərə almırlar.
Ardı →