Zeigarnik effekti

Zeigarnik effekti – materialın (yaxud hərəkətin) yadda saxlanılmasının hərəkətin bitmə dərəcəsindən asılı olaraq dəyişdiyini əks etdirən mnemonik effektdir.

Bu effekt 1827-ci ildə onu yaradan K.Levinin tələbəsi B.V. Zeigarnikin şərəfinə belə adlandırılmışdır.

Fenomenin əsas mahiyyəti ondan ibarətdir ki, insan tamamlanmamış, yəni yarımçıq qalmış işi daha yaxşı yadda saxlayır. Bu işin və yaxud fəaliyyətin əvvəlində yaranan və iş başa çatmadığı üçün unudulmayan gərginlikdir.

Qeyd edək ki, Zeigarnik effekti pedaqogika və incəsənətdə geniş istifadə olunur.

Pigmalion effekti

«Mifologiyaya görə, Piqmalion bir qadın heykəli yaratdı və ona elə bir sevgi göstərdi ki, Afroditin müdaxiləsi ilə, heykəl bir canlıya çevrildi və onun sevgisinə cavab verdi. Özünü reallaşdırma kəhanətinə görə də, nəyi gözləsək, onun reallaşma ehtimalı daha yüksəkdir (Rosenthal və Jacobson, 1968).»

Termin Jorc Bernard Şounun pyesindən götürülüb. "Öz-özünə peyğəmbərliyin" sinonimi kimi işlənir. Bu anlayış ilk dəfə Robert Rosenthal və Lenor Jekobson tərəfindən, müəllimlərin şagird davranışına olan gözləntilərinin təsirini təsvir edən kitabında istifadə olunmuşdur.

Orijinal araşdırma, müəllimlərin gözləntilərinin və şagirdlərin İQ göstəricilərinin qiymətləndirilməsinin manipulyasiyasından ibarət idi. Müəllimlər 18 müxtəlif sinifdən təsadüfi seçilmiş şagirdlərin 20%-inin təhsil nəaliyyətlərində qeyri-adi yüksək potensiala malik olduqlarını təsvir etmişdilər.
Davamı →

Halo effekti

İlk təəssürat hər vaxt əhəmiyyətlidir. İş görüşmələrində də. Bəlkə də qapıdan girdiyimiz ilk anda, o bir neçə saniyədə insan qaynaqları mütəxəssisləri bizimlə əlaqədar qərarlarını verir. Jestlər, mimikalar, bədən hərəkəti, əli necə sıxdığınız ilk təəssüratların meydana gəlməsinə köməkçi olur.

Bir adamı ilk gördüyünüzdə əldə etdiyiniz anlıq təəssüratın, o adamı qiymətləndirməmizdə daha sonrakı mühakimə təməlini meydana gətirməsinə də «halo təsiri» deyilir. Yəni qarşınızda bu təsirin altında qalan birisi varsa ən başda təsir etdiniz, etdiniz. Yoxsa işiniz çətindir. 
Davamı →

Natamamlıq effekti

Nə üçün biz bir neçə gündən sonra vacib bir hadisəni yada sala bilmirik, ancaq hansısa əhəmiyyətsiz bir vaqiə daim fikrimizi məşğul edir? Yaddaşın seçmə qabiliyyətinə ilk dəfə ciddi olaraq alman psixoloq Kurt Levin və onun rusiyalı tələbəsi Blyuma Zeyqarnik 1920-ci illərin əvvəllərində diqqət yetirmişdir.

Problemi həll etmə fikri tədqiqatçılarda təsadüfən yaranır. Bir dəfə tədqiqatçılar qəlyanaltı etmək üçün işlədikləri Berlin Universitetinin yaxılığındakı izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar verdikləri sifarişə ofisiantın heç bir qeyd aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və Zeyqarnik ofisiantın hansısa sifarişi unuda biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar, cavabında isə ofisiant heç bir sifarişi səhv salmadığını bildirir.

Onlar buna inanmırlar və qonşu stolların nə sifariş etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar. Və bu zaman pərtlik: ofisiant doğurdan da hər stolun nə sifariş verdiyi xırdalığına kimi xatırlayırdı, ancaq… yalnız hesabı ödənməmiş stolların. Lakin 1 dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı.
Ardı →

Psixoloji effektlər


“Romeo və Culyetta” effekti

Valideynlərin və ya başqalarının-klassik dildə desək əğyarın-iki sevən adamı ayırmağa cəhd göstərməsi nəticəsində onların bir-birinə məhəbbətinin artması. Bu fenomeni özümünkiləşdirsək “Leyli və Məcnun” effekti də demək olar.
Ardı →