Karl Qustav Yunqu necə oxumalı?

Karl Qustav Yunq yaradıcılığının öyrənilməsində bir neçə mübahisəli məqam və versiya mövcuddur. Yunqu oxumağa nədən başlamağı konkret demək çətindir. Bəzilərinə görə, avtobioqrafiyasından, başqa birilərinə görə, «Tavistok mühazirələri»ndən, üçüncülərə görəsə "İnsan və simvolları" kitabından başlamaq lazımdır. Təklif etdiyim oxu sistemi bir neçə dəfə yoxlanıb və oxucunun müəyyən nəticəyə gəlməsinə kömək edəcək. 

Yeni başlayanlara Yunqun özündən deyil, ideyalarını populyarlaşdıranların kitablarından başlamağı tövsiyə edirəm. Bu baxımdan Robin Robertsonun «Yunq psixologiyasına giriş» kitabı oxuculara analitik psixologiya haqqında lazımi baza anlayışı əldə etməyə kömək edəcək.
Davamı →

Karl Qustav Yunq

Analitik nəzəriyyə. Yunqa görə şəxsiyyət 3 ayrı-ayrı, lakin bir-birilə qarşılıqlı əlaqədə olan strukturdan ibarətdir: eqo, şəxsi şüursuzluq və kollektiv şüursuzluq.

Eqo. Şüur sferasının mərkəzində durur. O, özündə fikir, hiss, təəssürat və duyğuları birləşdirən,”psyche” komponenti vasitəsilə çıxış edir. Elə buna görə də biz özümüzü tam, daimi hiss edirik və insan kimi qavrayırıq. Eqonun hesabında biz öz şüur fəaliyyətimizin nəticəsini görə bilirik.

Şəxsi şüursuzluq. Özündə indi unudulmuş, amma vaxtilə baş verən konflikt və təəssüratları birləşdirir. Yunq Freyddən daha irəli gedərək bildirir ki, şəxsi şüursuzluq fərdin keçmiş yaxud anadan gəlmə, nəsli təcrübəsindən gələn kompleksləri, yaxud emosional fikirləri: hiss və təəssüratları birləşdirir. Yunqun təsəvvürlərinə görə bu komplekslər fərdin davranışına güclü təsir göstərə bilər.
Davamı →