Şiddətin qaynaqları nədir? - Erich Fromnun araşdırması

Şiddət psixologiyanın araşdırdığı aktual məsələlərdən biridir. Bu mövzu haqda bir çox fikirlər irəli sürülmüşdür, lakin biz Erich Fromnun bu mövzu haqda araşdırmasını sizə təqdim etmək istəyirik. Erich Fromm sevginin və şiddətin qaynağı adlı kitabında şiddətin qaynaqlandığı səbəblərin bəzi növlərini araşdırmış və qeyd etmişdir. İnsan davranışlarının öyrənilməsində şüuraltının nəzərə alınmasının vacibliyini qeyd edən psixoanaltik, şiddəti öyrənərəkən də şüuraltı məsələsini unutmamışdır.Erich Fromm qeyd edirdi ki, şiddətin ən sadə növü oyun və ya


Davamı →

Ziqmund Freyd | Sənət və sənətçilər haqqında

Böyük rus yazıçısı Fyodor Dostoyevskinin qumar asılılığına tutulmasının avstriyalı Ziqmund Freyd tərəfindən psixoloji analizi
Ölümündən sonra yayımlanan yazıları və yoldaşının yazdığı gündəliklər, Fyodor Dostoyevskinin həyatının bir hissəsini, yəni Paris şəhərində qumar asılılığına düçar olduğu zamanı geniş şəkildə açıqlayır. (Fiilöp-Miller ve Eckstein, 1926).

Ziqmund Freydin psixoanaliz nəzəriyyəsinə görə hər kəsin ümumi olaraq qəbul etdiyi kimi qumar pataloji bağlılıq problemidir. Şübhəsiz ki, bu qeyri adi və xoş olmayan davranışlarına görə Dostoyevski özünə məxsus rasionallaşdırmalardan istifadə edirdi.
Davamı →

Karl Qustav Yunqu necə oxumalı?

Karl Qustav Yunq yaradıcılığının öyrənilməsində bir neçə mübahisəli məqam və versiya mövcuddur. Yunqu oxumağa nədən başlamağı konkret demək çətindir. Bəzilərinə görə, avtobioqrafiyasından, başqa birilərinə görə, «Tavistok mühazirələri»ndən, üçüncülərə görəsə "İnsan və simvolları" kitabından başlamaq lazımdır. Təklif etdiyim oxu sistemi bir neçə dəfə yoxlanıb və oxucunun müəyyən nəticəyə gəlməsinə kömək edəcək. 

Yeni başlayanlara Yunqun özündən deyil, ideyalarını populyarlaşdıranların kitablarından başlamağı tövsiyə edirəm. Bu baxımdan Robin Robertsonun «Yunq psixologiyasına giriş» kitabı oxuculara analitik psixologiya haqqında lazımi baza anlayışı əldə etməyə kömək edəcək.
Davamı →

Karl Qustav Yunq

Analitik nəzəriyyə. Yunqa görə şəxsiyyət 3 ayrı-ayrı, lakin bir-birilə qarşılıqlı əlaqədə olan strukturdan ibarətdir: eqo, şəxsi şüursuzluq və kollektiv şüursuzluq.

Eqo. Şüur sferasının mərkəzində durur. O, özündə fikir, hiss, təəssürat və duyğuları birləşdirən,”psyche” komponenti vasitəsilə çıxış edir. Elə buna görə də biz özümüzü tam, daimi hiss edirik və insan kimi qavrayırıq. Eqonun hesabında biz öz şüur fəaliyyətimizin nəticəsini görə bilirik.

Şəxsi şüursuzluq. Özündə indi unudulmuş, amma vaxtilə baş verən konflikt və təəssüratları birləşdirir. Yunq Freyddən daha irəli gedərək bildirir ki, şəxsi şüursuzluq fərdin keçmiş yaxud anadan gəlmə, nəsli təcrübəsindən gələn kompleksləri, yaxud emosional fikirləri: hiss və təəssüratları birləşdirir. Yunqun təsəvvürlərinə görə bu komplekslər fərdin davranışına güclü təsir göstərə bilər.
Davamı →

Psixoloq, psixiatr, psixoterapevt kimdir?

İnsan, psixoloji narahatlıq yaşadıqda və bununla bağlı mütəxəssisdən yardım almaq qərarına gəldikdə kimə müraciət edəcəyi ilə bağlı müəyyən tərəddüd hissi keçirir. Bu məqaləni oxuyaraq yaranan suallara cavab tapa bilərsiniz.

Psixoloq: psixologiya fakültəsi və psixologiya ixtisasından məzun olan insanlar psixoloq ünvanını qazanırlar. Lakin psixologiya üzrə təhsil alan hər psixoloq konsultasiya aparmaq hüququna malik deyil. Psixologiya elminin bir sahəsi yoxdur. Konsultasiya aparmaq ixtiyarı verilən və bacarığı qazandıran klinik psixologiya, psixologiyanın alt sahələrindən sadəcə biridir. Eksperimental psixologiya, sosial psixologiya, inkişaf psixologiyası, məhkəmə psixologiyası psixoloqların ixtisaslaşaraq fəaliyyət göstərə biləcəkləri psixologiyanın sahələridir.
Davamı →

Yaxşı psixoloqsunuzmu?


1. Acı ədviyyatlı yeməkləri xoşlayırsınızmı?
Bəli-3 xeyr-2
2. Bəzən dişlərinizi yumağı unudursunuzmu?
Bəli-4 xeyr-1
3. Bəzən olurmu ki, sevincdən tavana hoppanmaq istəyirsiniz?
Bəli-4 xeyr-2
4. Yığıncaqda özünüzü yaxşı hiss edirsinizmi?
Bəli-2 xeyr-1
5. Öz qonaqlarınızla məşğul olmağı bacarırsınız?
Bəli-3 xeyr-2
Ardı →

Deyl Karnegi

Deyl Brekendric Karnegi (Dale Breckenridge Carnegey, 1922-ci ildən sonra — Carnegie; 24 noyabr 1888-1 noyabr 1955) — amerika pedaqoqu, yazıçı. Ünsiyyət nəzəriyyəsinin yaradıcısı, bu sahədə psixologiyanın nəticələrini praktikaya tətbiq edib, münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısı. Ünsiyyət təkmilləşdirilməsi üzrə, səmərəli ünsiyyət, natiqlik qabiliyyəti üzrə kurslar təşkil edib.Onun kitabları indi də bütün dünyada çox populyardır.
Ardı →