Niyə qara gündəyik və ağ günə necə çıxaq?
Biraz qara günümüzdən danışaq.
Bu sual ətrafinda illərdir baş sındırıram, cavablar axtarıb tapır və praktik olaraq öz üzərimdə sınamağa çalışıram. Çox irəli getməmiş, bəziləriniz sual verə bilər ki: “Axı biz nə gündəyik ki?” . Xırda bir xatırlatma edib, problemin həlli istiqamətində variantlar üzərində dayanacam. İlk olaraq ondan başlayaq ki, torpaqlarımızın 20 faizi – Qarabağımız işğal altındadır. Əgər bir az da dərindən fikirləşsək, hələ Cənubi Azərbaycanımız, İrəvanımız, Göyçəmiz də əlimizdən çıxıb. Bu yerdə nə romantizm və nə də ağlaşma qurmaq fikrim yoxdur, problemin həlli yolların axtarıram. Nə gündə olmağımızı anlamaq üçün davam edək, torpaq problemindən sonra, ölkədə insanlarımızın maddi vəziyyəti elə də ürəkaçan deyil, sübut kimi 4 milyondan çox həmyerlimizin Rusiya bazarlarına üz tutmasını göstərmək olar. Ölkədə qalan vətəndaşlarımızın da vəziyyəti elə də ürəkaçan deyil, bəzilərimiz ya rüşvət veririk, ya da rüşvət alırıq.
Ardı
- ?
- 02 fevral 2012, 23:07
- thebayramli
- 16
Pul adamı xoşbəxt edir?
Pul xərcləməklə xoşbəxtlik arasında maraqlı bağlılıq tapılıb. Məlum olub ki, adamlar pulu özlərindən çox, başqalarına xərcləməyi xoşlayırlar.
Bu barədə Britaniyanın «Elm» jurnalında çıxan məqalədə danışlır. Məqalənin müəlliflərindən Elizabet Dan Kanadadakı Britaniya-Kolumbiya Universitetində psixologiya elmləri üzrə dosentdir. O və həmkarları müəyyən ediblər ki, adamlar pul xərcləməyi, pul qazanmaq qədər vacib bilirlər. Araşdırma zamanı məlum olub ki, az pul alıb, çox pul xərcləyən adamlar daha xoşbəxt görünürlər, nəinki çox pul alıb, az xərcləyənlər.
Ardı
Loxotron
“Zəng elə, zəng elə, zəng elə; nə gözləyirsən, elə bu dəqiqə zəng elə və milyonlara sahib ol?! Bu sənin şansındır. Gözləyirəm, sizin zənginizi gözləyirəm – bu dörd hərfli sözü tapmaq heç də çətin deyil… Çox, çox, çox asan bir sual verilir və cavabı da çox rahatlıqla tapa bilərsən, indi, bu dəqiqə al telefonu əlinə, bizimlə əlaqə saxla, şansını əldən qaçırma. Unutma ki, sən… məbləğdə pul qazana bilərsən.”
Bla-bla-bla, dır-dır-dır.
Bir gün TV-də kanalları fırladanda belə verlişlərdən birinə rast gəldim. Və pult əlimdə, ilişdim qaldım. Dedim ki, görüm bu nə qədər danışacaq? Sizi inandırım ki, heç 3-4 dəqiqə olmazdı bəlkə də, o danışan aparıcının əvəzinə mənim boğazım qurudu. Dayanmadan, fasiləsiz olaraq eyni sözləri təkrar edir. Özü də verlişin bir mənası ola. Yayım şirkətlərinin belə bir işə imza atmasının nə mənası var axı? Həə, ucunda pul var…
Ardı
Kim pullarına qənaət etmək istəyirsə onlara 7 məsləhət
Qənaət edərək yaşamaq, o demək deyil ki, hər şeydən imtina etməlisən, keyfiyyətsiz əşya almalı və qonaq qəbul etməməlisən. Əslində qənaət etmək – bu incəsənət baxımnan gözəl pul xərcləməkdir.Və hər kəs bundan faydalana bilər.
Ən əsası pulları göyə uçurtmazdan əvvəl özünüzə sual verin: Nəyə mən pul xərcləyirəm və bu pulu xərcləməyə dəyərmi? Xərclədiyiniz pulların hesabından başlayaraq aldiğınız pulların hesabını yoxlayın..Utanmayin zəng eləyib araşdırın ki, niyə sizin telefon abunə haqqını,ya da kommunal xərclərinizi qaldırıblar. Çalışın öz xərclərinizi vaxtında ödəyəsinz. Gözləməyin ki,xərcləriniz artsın.
Yollanın dukana alacağınız ərzaqların siyahısını tərtib edin,amma bundan vaz keçməyin.Aldığınız ərzaqları, kredit kartı ilə yox pulla odəyin. Ödədiyiniz pulların isə çeklərini saxlayın.Bu Sizə keyfiyyətsiz malların geri qaytarılmasına kömək edər.
Ardı
- +1
- 12 mart 2010, 23:10
- təpəgöz
- şərh əlavə et
Var-dövlət yığma vərdişləri
Maliyyə işləri ilə bağlı bütün başlanğıclar çətindir, lakin mürəkkəb şəraitdə sabitliyə görə gələcək mükafat tələb olunan qurbanların xoşagəlməzliyindən daha artıqdır. Mənə diqqətlə qulaq asın: maliyyə başlanğıclarının qaydaları mövcuddur, və siz varlanmağa doğru gedən yolla getməyə başlayırsınızsa,son nəticədə insan kütləsindən seçilərək talenin üzünə güldüyü insanlardan birinə çevrilmək üçün zəruri olan: var-dövlət yığmağın vərdişlərini, fəlsəfi dinamika və maliyyə impulsunu tutub, onları öyrənib istifadə etməlisiniz.
Bu qaydalar üçdür və onlar aşağıda təsvir edilmişdir.
Qayda 1
Qismətinə varlı olmaq çıxmış insan var-dövlət yığma yoluna qədəm qoyarkən, eyni zamanda həm pula, həm də maddi əşyalara malik ola bilməz.
Varlı olmaq üçün pul kisəsini dolduran pullar barədə çətin qərarlar qəbul etmək lazım gəlir. «Yığıb saxlamaq» və «xərcləmək» sözləri yoxsulluqla mübarizədə müttəfiq deyillər. Əgər siz qazandığınız pulların hamısını sadəcə əşyalar almağa sərf edirsinizsə, daim şeylərin bolluğuna sevinəcək, lakin heç vaxt sabit maliyyə müstəqilliyinin nə olduğunu bilməyəcəksiniz.
Ardı
