Pulla xoşbəxtliyi almaq mümkündürmü?

Hər birimiz uşaqlarımızın sadecə xoşbəxt olmağını arzulayırıq. Onların yaxşı qidalanmağını,istədikləri kimi oyun oynaya bilmələrini,həmçinində böyüklərlə rahat ünsiyyət qurmaqlarını istəyirik. Çalışırıq ki,pis zamanlarında hər zaman yanlarında olduğumuzu hiss etdirək. Onlarla vaxt keçirtmək, günü-gündən gözümüzün önündə necə böyüdüklərini görmək üçün hər şeyi edirik.

Digər tərəfdən isə uşaqlarımızın bu günü və gələcəyi üçün bir çox valideyn daha çox işləmək məcburiyyətindədir. Vaxtımızın böyük bir qismini işə ayırmaq, eyni zamanda gün ərzində yaşadığımız yorğunluq enerji itkisinə gətirib çıxarır.
Davamı →

Pulların adları nə deməkdir?

Nə vaxtsa dünya valyutalarının adlarının hansı mənaları ifadə etdiyi barədə düşünmüsünüzmü?
Beləliklə:

Yapon yeni – dünya valyutaları içərisində ən sirli ad kimi təsir bağışlayan yapon yeninin adı kifayət qədər bəsit mənaya sahibdir. Belə ki, valyutanın adı Çin valyutası yuanın adından qaynaqlanır.

Çin yuanı – Bəs o zaman yuan adının mənası nədir? Yuan sözü tərcümədə “dairəvi əşya” və yaxud “dairəvi qəpik” mənasını verir. Bəli, Sin imperiyası dövründə çinlilər məhz bu dərəcədə bəsit düşünürdülər.

Davamı →

Milyonçular haqqında maraqlı faktlar

Harri Potter kitabının müəllifi Coan Roulinq bir müddət Böyük Britaniya kraliçasından da varlı olub. Yeri gəlmişkən bu qadın yazıçı kimi ilk varlanan şəxsdir. Lakin o milyarder «statusunu» xərcləyib. Pulunun yarısını xeyriyyə məqsədilə bağışlayıb.

Keçmiş milyarder Çak Fini (Duty Free-nin yaradıcısı) sərvətinin 99 faizini – 6,3 milyard dolları uşaqların təhsilinə xərcləyib.

Milyarder Pol Qetii İtaliya mafiyası tərəfindən qaçırılan 16 yaşlı nəvəsi üçün tələb olunan 17 milyon dolları ödəməkdən imtina edib. 3 ay sonra nəvəsinin kəsilmiş qulağını poçt zərfində alan milyarder 3 milyon dollar ödəməyə razı olur. Lakin yenə də puluna qıymayıb oğrulara 2,2 milyon dollar verir. Bundan başqa, oğluna illik 4 fazilə 800 min dollar borc verib.
Davamı →

Uşaqlara pulla düzgün rəftarı öyrətməyin yolları


Statistikaya görə büdcəsini planlaşdırmayanlar qazanclarının 1/10 hissəsindən 1/4 hissəsinə qədər gözlənilməyən istəklərə xərcləyirlər: “əhval düzətmək” üçün tort, dostlarla gəzinti, xoşuma gələn don və s.

Əgər övladınızın belə bədxərc olmasını istəmirsinizsə, ona uşaqlıqdan pulla düzgün rəftar etməyi öyrətməlisiniz. Kiçik yaşlarda (2-4 yaş) uşaqlarla pul ilə bağlı oyunlar oynayın. “Xüsusi” pullar vasitəsilə uşaqlar həm saymağı, həm hesablamağı daha asan öyrənəcəklər.
Davamı →

Xarici ölkələrdə hansı biznesi yaratmaq olar

Xaricde biznese nece baslamali
ABŞ:
Çox az büdcə ilə sahiblərinə uğur gətirmiş start-uplar müstəsna olmaqla, 14 min dollar ABŞ-da çox da zəngin olmayan, lakin rahat həyat təmin edə bilər. Bunun üçün isə diqqəti varlı şəhərlərə deyil, nisbətən kənarlara yetirmək lazımdır. ABŞ-da 15 000 dollara öz marketinq agentliyini yaratmış Roman Smolevskiy böyük ofisdən imtina edərək, vəsaiti əsas olaraq əməkdaşlara və istehsalata yatırmışdı. Hazırda agentlik 4 stomatoloji klinika, restoranlar şəbəkəsi və bir neçə orta səviyyəli şirkətin işlərini idarə edir. Onun sözlərinə görə, hər şey biznesi harada yaratmaq istəyinizdən asılıdır. Məsələn, Şimali Dakotada kiçik bir şəhərdə 14-15 min dollara personalı və avadanlığı ilə birlikdə kafe kirayə götürmək mümkündür.
Davamı →

Fırıldaqçılar: Bazarda

8 mart tarixində  Novruz bayramı ilə əlaqədər olaraq, 8-ci km bazarın yaxınlığında yerləşən Göy bazara bazarlığa getdim. Bayram ilə əlaqədər gəlib öz mallarını Bazarda satıb evlərinə pul aparan çoxlu satıcılarla rastlaşdım Çərəz satılan yerdə bazarlıq eləmək qərarına gəldim. Satıcıya mənə lazım olan malların siyahısı üzrə 1kq çəkisində  çərəzlərin  almaq istədiyimi dedim.  Satıcı tərəzinin qabağında qalaraq çərəzləri çəkirdi.Məndə bu şəxsə etibar edib daha özum çəkiyə baxmırdım. Onun neçəkq çəkdiyini görmurdum . Mənə lazım olan bəzi malları aldım. Sonra mənim hesabımın 52 AZN elədiyi dedi məndə ona pulu verəndə o əlimdəki 100 manat birdə 20 manat  əskinzalarını aldı dedi mənə lazımn olur belə pullar. Əvəzində mənə5 manatlıq və 1 manatlıq dəyərində olan əskinazları verdi .120 manat çivarında. Mən saydım 1 manat əskik çıxdı. Sonra pulları təzədən aldı məndən gördu. 
Ardı →

Azərbaycan Respublikasının Mülki Məcəlləsindən çıxarış:

Maddə 965. Hesabdan pul vəsaitinin silinməsinin növbəliyi

965.1. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.
965.2. Hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir:
965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 


Ardı →

Borc haqda 10 maraqlı fakt

1. Qədim Yunanıstanda borc verən gedib borc götürənin torpağında xüsusi lövhə qoyurdu. Bu lövhə ipoteka adlanırdı. İpotekanın mənası bu idi ki, borclu vaxtında pulu qaytara bilməsəydi, torpaq kreditorun adına keçirdi.

2. 1827-ci ildə Əlcəzair hökmdarı fransız səfiri borcunu ödəmədiyinə görə milçəköldürənlə vurmuşdu. Bu hadisə 3 il sonra Fransanın Əlcəzairi işğal etməsinə bəhanə olmuşdu. 

3. Hindu qəbiləsindəki bir adətə görə, borc götürən girov əvəzinə öz adını qoyur. Borc ödənənəcən qəbilədəkilər həmin ona jestlərlə və anlaşılmazla səslərlə müraciət edirlər. Yəni adını çağırmırlar.

4. Çörçill deyirdi: “Dövlətini reputasiyasını borc götürə bildiyi məbləğ müəyyən edir”.

5. Orta əsrlərdə Roma papaları faizə borc verməyi qadağan edirdilər. İnsanların maddi durumundan istifadə edib varlanmaq qorxunc günah hesab edilirdi. Buna görə 1179-cu ildə III Aleksandr sələmçiləri islaholunmaz günahkarlar elan etmişdi. Belələri hətta öləndə də müqəddəs yerlərdə deyil, kənarda dəfn edilirdi.

6. Orta əsrlərdə İngiltərədə bir qanun var idi ki, borca görə həbs qərarı çıxarılmış adamı evində həbs etmək olmazdı. Onu həbs etmək üçün evdən çölə çıxmağını gözləmək lazım idi.

7. Orta əsrlər fransız komediyasında varlı adam ondan qoyun oğurlamış çobanı məhkəməyə verir. Məhkəmə zamanı varlı adam çobanı unudaraq onun vəkilini danlamağa başlayır. Sən demə vəkil də ona borclu imiş. Hakim mübahisəni kəsərək deyir: “Qayıdaq bizim qoyunlara”.


Ardı →

Pul və Xoşbəxtlik

Xoşbəxtlik anlayışı iqtisadiyyatda geniş mənada  1700cü illərdə araşdırma mövzusu olub. 20ci əsrin ikinci yarısından isə yenidən gündəmə gəlib.  Xoşbəxtlik insanların rifahı ilə əlaqədar olduğu üçün iqtisadçılar fərd və cəmiyyətin xoşbəxtliyini formalaşdıran səbəbləri araşdırmışlar.  Bu mövzuda danışarkən  əksəriyyətimizin ağlına gələn ilk sual budur: " Pul xoşbəxtlik gətirərmi? "   
Cəmiyyət içərisində bu suala müxtəlif cür cavablar verilir:
Pul xoşbəxtlik gətirər, pul varsa hər şey var ; Pul xoşbəxtlik gətirməz; Pulun xoşbəxtlik gətirib gətirməməsi  şəraitə və insanlara görə dəyişir; Pul o halda xoşbəxtlik gətirər ki, məqsədlərə çatmaqda vasitə olsun, məqsəd olmasın ;  Pul xoşbəxtlik gətirər amma doğru xərcləndiyində; Pul xoşbəxtlik gətirməz, amma pulsuz da yaşanmaz .

Əlbəttə hər birimiz bilirik ki,


Ardı →

Pul üçün sirr

Pulu cəzb etmək üçün fikrinizi varlı həyata yönəltməlisiniz. Əgər siz həmişə pul çatışmazlığından şikayət edirsinizsə, varlı ola bilməyəcəksiniz. Çünki, siz ancaq pulun azlığı haqda düşünürsünüz. Fikrinizi pul çatışmazlığında cəmləməklə pulunuzun kifayət etmədiyi hallarla daha çox rastlaşacaqsınız. Bu haqda arzunuza çatmaq üçün yalnız varlı olmaq haqqında düşünmək lazımdır.

Siz öz fikirlərinizlə yeni bir siqnal verməlisiniz və bu fikirlər təsdiq etməlidir ki, sizin hal – hazırda kifayət qədər pulunuz var. Təsəvvürlərinizə müraciət etmək və kifayət qədər pulunuzun olduğunu düşünmək mütləqdir. Bu, belə bir maraqlı məşğuliyyətdir! Çoxlu pula malik olduğunuzu təsəvvür etmək belə, özünüzü yaxşı hiss etməyinizə səbəb olacaq. Əhvalınız da yüksəldiyi üçün pul sanki, həyatınıza axmağa başlayacaq.
Ardı →