Puldan daha əhəmiyyətli olan...

    Bir sahibkar başdan-ayağa borcun içində idi və bundan çıxış yolunu tapa bilmirdi. Borc sahibləri onun üstünə çökmüşdülər. Mal verənlər ödəniş etməsini tələb edirdilər. O başını  əllərinin üzərinə salladıb, şirkətinin iflasdan nəyin qurtara biləcəyi haqda xəyala dalaraq, parkda skamyaların birində oturmuşdu. Birdən onun qarşısında naməlum qoca bir kişi peyda oldu. — Görürəm ki, sizi nəsə narahat edir, — dedi. Sahibkarı dinlədikdən sonra qoca dedi, — «Düşünürəm ki, sizə yardım edə bilərəm». O, sahibkardan adını soruşdu, bir çek imzaladı və «Bu pulları götürün. Düz bir ildən sonra burada yenidən görüşərik və siz onları bu vaxt mənə geri qaytara bilərsiz.» deyərək, onu (sahibkarın) əlininin içinə qoydu. Daha sonra arxaya çevrildi və qəfil göründüyü kimi də yoxa çıxdı. Sahibkar əlində o zaman dünyada ən varlı insanlardan biri olan Con Rokfeller tərəfindən imzalanmış 500000$ dəyərində olan çeki gördü.
Ardı →

Uğurlu təbliğat - sağlam cəmiyyət!

İnsan həyatının hər bir  sahəsi haqqında  düzgün yönəldilmiş  təbliğat möhkəm, sağlam  cəmiyyətin təməlidir!

 

Son illər Azərbaycanda fəaliyyət göstərən bankların sayı artıb. İndi öz əmanətini bankda yerləşdirmək istəyən vətəndaşın seçim imkanı da genişdir. Belə ki, ölkədə 40-dan çox bank əhaliyə xidmətlərini təklif edir.
Rəsmi statistika görə, Azərbaycanda son bir ildə banklardakı əmanətlərin həcmi 31 faiz artıb. Ötən ilin III rübünün göstəricilərinə əsasən isə Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunan əmanətlərin həcmi 1 milyard 404 milyon manat olub. Fonda üzv olan banklarda fiziki şəxslərin ümumi əmanətləri 122 milyon manat qorunan əmanətlər 195 milyon manat artıb. Nəticədə, qorunan əmanətlərin artım tempi ümumi əmanətlərin artım tempindən daha yüksək olub. Həmçinin, fiziki şəxslərin 4,4 milyard manat bütün əmanətlərinin 64 faizi yəni 2,8 milyard manatı qorunan əmanətlər, 36 faizi yəni 1,6 milyard manatını isə qorunmayan əmanətlər təşkil edib.
Yeri gəlmişkən xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, 2010-cu ilin 1 iyun tarixindən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunan əmanətlərə aid deyil. Fond tərəfindən qorunmayan əmanətlərə görə kompensasiya ödənilmir. Sığorta hadisəsinə görə hər qorunan əmanətçiyə ödənilməli kompensasiya məbləğinin maksimum həddi 30 min manat məbləğindədir.
Maraqlıdır, görəsən hazırda ölkənin əsas aparıcı bankları əmanətçilərə neçə faizlə dvidend verir? Ümumiyyətlə, bankların ümumi aktivlərində əmənətlərin payı nə qədərdir?
Azərbaycan Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev bildirib ki, bu bank tərəfindən vətəndaşlara «Multivalyuta» və «Klassik», «Yığım», «Avans», «Uşaq» əmanət növü təklif edilir. Bank maksimum 5 illik (60 ay) müddətə yatırılan əmanətə 11.4 faiz dividend verir. Yatırılan əmanətə görə verilən dividend müddətdən asılı olaraq minimum 6.4 faiz təşkil edir.
Bankın ümumi aktivlərində əmanətlərin payının nə qədər olmasına gəlincə, Rauf Ağayev ötən ilin yekunlarının hələlik sistemləşdirilmədiyini deyib. O bildirib ki, yekun hesabat hazır olmadan bu barədə məlumat vermək qeyri-mümkündür.
“Muğanbank”dan isə bildiriblər ki, maksimal 2 illik (24 ay) müddətə yatırılan əmanətə hər il üçün 12 faiz dividend verilir. Aylıq göstəriciyə gəldikdə isə 1 aydan yuxarı yatırılan əmanətə 2 faiz verilir, müqavilə vaxtından tez pozularsa bu, 1 faizə düşür.
Sözügedən bankın ümumi aktivlərində əmanətlərin payının nə qədər olması barədə sualımız isə cavabsız qalıb.
“Bank of Baku”dan isə “Həftə içi”nə deyiblər ki, korporativ əmanət 2 aydan 36 ayadək müddətə qoyula bilər. Hər aya uyğun olaraq faizlər dəyişilir. Müddətin sonunda götürüldükdə dividend 10.73 faizlə verilir. “Dinamik” əmanətin müddəti 1 aydan 60 ayadəkdir. Faizlərin ödənilməsi aylıq və müddətin sonunda olur. İllik faiz dərəcəsi 1-16 faiz təşkil edir. “Çevik” əmanət 18 aya yatırıla bilər. Faizlərin ödənilməsi əmanət çıxarılarkən və ya müddətin sonunda gerçəkləşir. Əmanət 2 aydan tez çıxarılarsa, əmanətçiyə heç bir faiz ödənilmir.
Bu bankda da ümumi aktivlərdə əmənətlərin payının nə qədər olması barədə sualımız əməkdaşlar tərəfindən cavabsız qalıb.
“Kapital Bank”dan da vətəndaşlara müxtəlif əmanət növü təklif edildiyini bildiriblər. Qurumdan verilən məlumata görə, “VİP” əmanəti üçün əmanətçilərə 12 ay 7.5 faiz, 24ay 8.5 faiz, 36 ay 9.5 faiz dərəcələrilə dividend verilir. “Müddətli seçim” əmanətinin müddəti 10 ildir. Faizlər müddətin sonunda 17 faizlə ödənilir. “Uşaq yığımı” əmanəti 16 yaşadək uşaqlar üçün açılır. Əmanətin müddətinə görə dividend 12 ay üçün 6 faiz, 24 ay üçün 7 faiz, 36 ay üçün 8 faiz təşkil edir. “Pensiyaçı” əmanəti 6 ay və 12 ay müddətinə qəbul olunur. 6 aya 3 faiz, 12 aya 6 faiz dividend verilir. “Müddətsiz” əmanət 12 ay müddətinə qəbul edilir və hər ay üçün 2 faiz odənilir.
“Unibank”dan isə bildiriblər ki, maksimal 2 illik müddətinə qoyulan əmanətə 13 faiz dividend verilir. “Müddətli” əmanət 3 aydan 12 ayadək yatırıla bilər. 3 ay üçün 5 faiz, 6 ay üçün 6.5 faiz, 12 ay üçün 7.5 faiz dividend verilir. “Proqressiv” əmanət 12 aya qədər yatırılır. 3 aya qədər 3.5 faiz, 3 aydan 6 aya qədər 4.5 faiz, 6 aydan 9 aya qədər 6 faiz, 9 aydan 12 aya qədər 6.5 faiz, 12 ay üçün isə 7 faiz dividend ödənilir.


Davamı →

Bismillah

" Cin kimisən " deyirdilər onun haqqında. Cin kimi hiyləgər idi, heç kim onu aldada bilməzdi. Belə tanınmağından çox xoşlanırdı, iş yerində, küçədə və bayırda, hansı dükana girirsə, dükançıların canına vəlvələ düşərdi. Tez onu başdan etmək istəyərdilər.
Adı üstündə; cin kimi idi Əmirxan.
Meyvə-tərəvəz satanlar, qəssablar, baqqallar daha neçə onu tanıyan dükançılar onunla bazarlıq etməkdən bezib usanmışdılar.
— Əmirxan, heç olmasa, bircə gün qiymət öldürmə, bir dəfə heç olmasa bizə inan- deyirdilər, amma Əmirxan söz eşitmirdi.
Ardı →

Ən murdar yer

Bir filosof öz var-dövləti, şan şöhrəti ilə fəxr edən bir varlının evində imiş, söhbət vaxtı tüpürməyi gəlir, sağa -sola baxır, münasib bir yer tapmadığı üçün ağzının yığılmış tüpürcəyini ev sahibinin üzünə tüpürür. Orada olanlar məlamət və məzəmmətə başlayırlar. Filosof deyir:
-Ədəb və nəzakət qaydaları tələb edir ki, tüpürcək ən çirkin və ən murdar yerə tüpürülsün, mən də nə qədər ətrafıma göz gəzdirdimsə, nadanlıqda şöhrət tapmış bu kişinin üzündən  daha murdar və çirkin yer tapmadım. (Əxlaqi Nasiri)
Davamı →

Elektron maliyyə mənbələri

Statistik məlumatlara görə dünyanın ən inkişaf etmiş ölkələrində ən böyük gəlirlər informasiya texnologiyalarından (İT) əldə edilir. Daha böyük gəlirlər isə, internet üzərindən həyata keçirilən reklamlar vasitəsi ilə əldə edilir. Buna əyani misal olaraq, dünyada informasiya-kommunikasiya texnologiayaları sektorunda ən çox gəliri olan şirkət kimi tanınan Google korporasiyasını göstərmək olar. Bu şirkətin yaranma tarixinə qısa nəzər salsaq görərik ki, Google fəaliyyətə başlayanda genişmiqyaslı layihələr həyata keçirmək üçün investisiya yatırmaq iqtidarında olmayıb. Sadə dildə desək, dünyanın nəhəng İT şirkəti hər şeyi sıfırdan başlayıb. Amma çox keçmir şirkət internet üzərindən reklam yaymaqla məşğul olur ki, bu da uğurlu fəaliyyətin başlanğıcı olur.


Ardı →

Pul necə hazırlanır

dollar necə nəşr olunur?



ABŞ-da  Pul nişanlarının və qiymətli kağızların buraxılması üzrə Büronun işçiləri hər gün müasir dünyanın asaslarından birini təşkil edən pulların hazırlanması ilə məşğul olurlar.

Ardı →

Pulsuz dolanan adam

İngiltərədə yaşayan 31 yaşındakı Mark Boyl 2008-ci ilin noyabr ayından pulsuz dolanır. «Daily Telegraph» qəzeti yazır ki,Mark Boyl Bristol yaxınlığındakı tarlada yaşayır.Yediklərini özü əkib becərir,odun sobası yandırır,elektrik mənbəyi kimi Günəş batareyalarından istifadə edir.Cib telefonu yalnız gələn zənglər üçün açıqdır,bir də Günəş enerjisi ilə işləyən noutbuku var.Mark Boyl 6ildir ki,vegeteriandır. O,deyir ki,günlərin bir günü öz dostu ilə sahibkarların adamları ucuz işçi kimi işlətməsindən,ətraf mühitin belə çirklənməsindən,müharibələr və dünyadakı başqa problemlər haqqında danışırmış:«Onda bütün bunların kökündə pulun dayandığı qənaətinə gəldim.Elə həmin andan puldan əl çəkmək qərarını verdim».
Mark Boyl bundan sonra Bristoldakı evini satır və işdən çıxır.Pulla aldığı hər şeyin siyahısını tutur.Bunların yerinə nədən istifadə edəcəyini düşünür.Axtarır və tapır.Dişlərini yumaq üçün razyana toxumlarından və diş fırçası kimi balığın kiçik sümüklərindən istifadə edir.İPod kimi şeyləri yadından çıxarıb,onun yerinə quş səslərini dinləyir.
Amma razılaşaq ki,indiki zəmanədə pulsuz dolanmaq hər adamın işi deyil.
Həmçinin bax: Pul adamı xoşbəxt edirmi?
Davamı →

Pula qul.

“Millət necə tarac olur-olsun nə işim var?!” (M.Ə.Sabir)


Bir dəfə bir səfərdən qayıdanda  yol yoldaşı olduğum bir şəxs yemək vaxtı verilən nemətlərə baxıb, öz-özlüyündə, görəsən, bunların saxlanma müddəti keçibmi, təzədirmi, köhnədirmi deyə bir söz işlətdi. Bundan sonra da mənə başına gələn bir əhvalatı danışdı. Bir gün bu dayı aptekə girib, dərman alır. Əczaçı ona lazım olan dərmanı verir və dayı da başlayıb bu dərmanın istehsal və saxlanma müddəti ilə maraqlanmağa. Dərman qutusundan və kağızından məlum oldu ki, dərmanın saxlanma müddətinin bitməsinə 3-4 gün qalıb. Kişi bu zaman əczaçıya deyir: axı dərman köhnədir, vaxtı bitib! Əczaçı da dərmana baxıb, deyir ki,-yox, bitməsinə hələ 3-4 gün var! Halbuki bu dərmanı 15 gün atırlar...

İnsan ha deyir ki, vətənimdir, pis danışmayım, dost var, düşmən var. Amma nə qədər belə desək də, danışılası, ən əsası da ki, həll olunası problemlərimiz çoxdur. Bizdə laqeydsizlik hökm sürür.


Ardı →

Qastarbayter

Təhsili tam olmamış, ali təhsil almamış və ya hətta, belə deyim ki, ali təhsil olsa belə işszilik ucbatından bir çoxlarının qazanc yollarından biri də, məhz xarici ölkəyə getməkdir. 


Qastarbayter – ilk növbədə bu bir biznes-proekt kimi bir şeydir, hansı ki, qarşındakı ilk məqsəd məhz pul qazanmaqdır və xarici ölkələrə bu məqsədlə gedən şəxslər də qastarbayter sayılırlar. Fikir versək görərik ki, xarixi ölkələrdə qastarbayter adlandırılacaq şəxslərin çoxu məhz elə Qafqaz ölklərindən olanlardır.


İnsan böyüdükcə, illərin üstünə illər qalandıqca öz maraq dairəsini daha da artırır, həyatda daha çox şeylər görür və götürür… Mən əvvəllər belə şeylər haqqında düşünməzdim və onu bilirdim ki, bəzi rayonlarımızdan xaricə daha çox da Rusiyaya işləməyə gedən oğlanlar, kişilər var, elələri isə,  hətta ailəli, uşaqlıdılar.  Bizim millətdə də (hamıya aid deyil) nədənsə belə bir xüsusiyyət var – elə düşünürlər ki, filankəsin oğlu xaricdə işləyirsə, deməli, ailəsinin bir əli balda, digər əli isə yağdadır. Ola bilər, niyə də olmasın?! – yazıq orda soyuğun, qışın günündə daş daşıyıb daşın üstünə qoyub, əziyyət çəkir, bunun haqqını da ailəsinə göndərir… Bizdə isə toy məclislərində “ay dədəm vay, filankəs Rusiyadan gəlib, burda toy edir -deyib, başlayırlar onu soymağa ki, onsuz da cibləri dolu gəlib”. Daha demirlər ki, bu rəhmətliyin oğlu o ciblərini hansı əziyyətlərlə doldurub.




Ardı →