Pəhrizdən sonra formada qalmaq

Bəziləri arıqlamağı özü üçün əməlli-başlı dərd eləyir. Amma arıqlamaq problem deyil. Arıqlayıb, itirilmiş kiloları qaytarmamaq şərti ilə formada qalmaq isə bir az çətin məsələdir. Hər bir pəhriz orqanizm üçün stressdir. Pəhriz saxlayarkən ilk növbədə dietoloqlarla məsləhətləşin. O, sizə düzgün pəhriz rasionunu hazırlayacaq.

1. İlk dəfə pəhriz saxlayırsınız
Pəhrizdən öncə dieta stressindən qaçmaq üçün yeməyinizi səmərələşdirin. Məsələn: hər səhər yediyiniz qidaları daha yüngül məhsullarla əvəz edin. Qəfil səhər yeməyindən imtina etmək səhəttində problemlər yarada bilər. Pəhrizdən bir ay öncə idmana yazılmaq yerinə düşər.

2. Qidalanma
Bu pəhrizdə ən vacib nüansdır. Pəhriz günləri bitdi, bu ərəfədə imtina etdiyiniz məhsulları bərpa etmək üçün yenidən yolunuzu mağazalardan salmağı ağlınızdan belə keçirtməyin. Bilirdiniz ki, pəhrizdən sonra orqanizm ay yarım kilo atmağa daha çox meyilli olur?
Ardı →

Pəhrizsiz arıqlamağın yolları

Bəzi insanlar üçün pəhriz saxlamaq çətin olur. Amma artıq bunun da çarəsi var. Buyurun pəhrizsiz arıqlamanın yolları ilə tanış olun.
— Əvvəlcədən özünüzə çox sevdiyiniz, amma sizə balaca olan bir paltar alın. Bu arıqlama istəyinizi artıracaq.
— Alış-verişə balaca çantalarla gedin. Əsasən təbii qidalar almağa çalışın.
— Aşağı kalorili qidalara üstünlük verin.
— Əti, yağı, pendiri tərəvəzlərlə əvəz edin.
— Mağazaya heç vaxt ac halda getməyin.
— Qəbul etdiyiniz qidaların yağ miqdarını azaldın. Salatlara və yeməklərə yağlı sous, ketçup, mayonez əlavə etmək yerinə quru meyvə, limon şirəsi əlavə edin.
— Az-az, amma tez-tez yeyin.
— Şirniyyatları quru meyvələrlə əvəz edin.
- Mətbəxdə uzun müddət qalmayın.
— Ac qalaraq bir dəfəyə çox yeməkdən çəkinin.
— Yemək zamanı bol-bol göyərti, salatlardan istifadə edin.
— Qaranlıqda, televizorun qarşısında yemək yeməyin.
— “Fast-food ”dan istifadəni azaldın. Istifadə etdiyinizdə isə mütləq göyərti, canlı qidalar əlavə edin.
Ardı →

Çörək pəhrizi


Çörək yeməklə 3 günə 2 kiloqram çəki itirmək mümkündür.
Qida rejimindən yalnız çörəkdən istifadə edərək, üç günə 2 kiloqram arıqlaya bilərsiniz.
Üç günlük pəhrizin hədəfi üç günə 1,5-2 kiloqram çəki itirməkdir.

Bu üç gün boyunca gündə 10-12 dilim qızarmış, üzərinə çox az kərə yağı çəkilmiş qara çörək yemək məqsədə uyğun sayılır. 10-12 dilim çörəkdən əlavə gün boyunca istəndikcə də çörək yeyə bilərsiniz, lakin tez bir zamanda istənilən nəticəni almaq üçün pəhrizdə göstərilən miqdara riayət etmək daha doğru sayılır.
 Bu pəhrizdə istədiyiniz qədər şəkərsiz çay və ya qəhvə içə bilərsiniz.

 Pəhrizin gündəlik menyusu:

3 gün boyunca

Səhər: 2-3 dilim çörək.

Günorta: 3-4 dilim çörək.

Axşam: 3-4 dilim çörək.

Həmçinin baxın:
-Alma pəhrizi 
-Süd pəhrizi
-Qrabaşaq pəhrizi
Davamı →

Süd pəhrizi

Süd pəhrizinin ikinci adı ağ pəhrizdir. Çünki bu pəhriz ağartı məhsullarından (süd, kefir, xama, evdə hazırlanan kəsmik, yoğurt, hər növ pendir) ibarətdir. Süd məhsulları faydalı maddələrlə, toxluq hissi yaradan zülalla zəngindir. Yalnız kərə yağı və dondurmadan uzaq olmalısınız. Onlar çox yağlı olduğundan yüksək kalorilidir. Su barədə isə unutmaq olmaz. Mütəmadi olaraq su için. Pəhriz zamanı vitamin kompleksi qəbul etmək məsləhətdir. Çünki orqanizmi yalnız süd məhsulları ilə qidalandırmaq olmaz.
Birincisi, həm ərzaqların miqdarında, həm də keyfiyyətində normanı bilmək lazımdır. Ərzaq seçərkən yağlılıq faizi az olanını alın. Bu o demək deyil ki, artıq 1-2 q yağ çəkinizi artıracaq, sadəcə, yüksək yağlılıq ürək-damar sisteminin işini poza bilər. Yağ miqdarının sutkada 50 q, yaşlılarda isə 30 q olmasına diqqət yetirin.
Ardı →

Qan qrupuna görə pəhriz

Son vaxt psixoloq və hematoloqlar temperamentin qan qrupundan birbaşa asılıolduğunu təsdiqləyən nəzəriyyəyə tez-tez müraciət edirlər. Mütəxəssislərin fikrincə, qan xarakterə, davranışa və hətta hisslərə təsir göstərir. Qan qrupları ilə əlaqədar olan araşdırmalar daha çox yapon alimlərinə məxsusdur. Hələ 1931-ci ildə yapon alimi Furukava Takeşi qan qrupu fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponlar bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyar olanı “qan qrupun hansıdır?” sualdır. Onların fikrincə, qan qrupu insan xarekterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.
Ardı →

Arıqlamaq üçün 20 qızıl qayda

1. Yaxşıca qarışdırın və bunu vərdişə çevirin
Ən çox sevdiyiniz meyvə şirəsini adi yaxud da mineral suyla qarışdırın. Bu etmək sizə normalda içdiyiniz meyvə şirəsinin yarısını istifadə edəcəyinizə gətirib çıxaracaq və nəticədə aldığınız kalorini əhəmiyyətli miqdarda azaltmış olacaqsınız. Bunu  xüsusən meyvə sularının daha çox istehlak edildiyi isti yay günlərində edin. 

2. Simsiz telefon istifadə edin
Siz ən yaxın dostlarınızla gündəlik səmimi söhbətlərinizi edərkən eyni zamanda da kalori əridə biləcəksiniz. Paltarlarınızı yuyun (68 kalori), masanı hazırlayın (85 kalori), ya da çiçəkləri sulayın (102 kalori).


Ardı →

Qarabaşaq pəhrizi

Sizlərin diqqətinə yenədə maraqlı bir pəhriz təqdim edirəm. Bu qarabaşaq yarması (qreçka) pəhrizidir. Bu faydalı pəhrizdən istifadə zamanı siz cəmi iki həftəyə 10 kiloqram arıqlaya biləcəksiniz. Lakin bu pəhrizi 2 həftədən artıq saxlamaq olmaz, bu sağlamlığınız ünün zərərli ola bilər. Pəhrizə baxmayaraq əgər siz hələdə istədiyiniz cəkini eldə etməmisinizsə mütləq bir ay fasilə verib sonra yenə saxlamaq lazımdır amma növbəti pəhrizi bir həftə saxlayırsınız.


Qarabaşaq çox xeyirli bir qidadı, onun tərkibində amino turşular və həmçinin də kalium, maqnium var. Yüz qram qarabaşaqda 375 kkal var və bu kaloriya bir xorək qaşığı bitki yağındadır. Yəni bu qədər az. Bəs bu necə hazırlanır?


Ardı →

Faydalı pəhriz

Əziz xanımlar və gözəl qızlar. Sizlinlə sınanılmış və xeyri görülmüş bir diet novü paylaşacam. Bu diet sayəsində üzümüz təravətli olacaq, özumüz isə artıq kalorilərlə vidalaşa biləcəyik və ən əsası sevdiyimiz yeməklərdən və «fastfood» lardan bizi heçnə ayırmayacaq. Necə deyərlər doyana kimi yemək artıq sərbəstdir.


Ardı →

Bir həftədə 15 kilo arıqlayın

Bir həftədə 15 kq arıqlamaq mümkündür.Bunun üçün, həftə ərzində diyetoloqların hazırladığı pəhrizdən kənara çıxmaq olmaz.Beləliklə qeyd edildiyi kimi 7 gün ərzində pəhriz saxlamaq lazımdır, əgər nəfsinizi tuta bilsəniz nəticəsini görəcəksiniz. Onu  da əlavə edək ki, pəhriz əsnasında gün ərzində iki litr su içmək vacibdir.
Ardı →

Yağsız pəhriz düzgündürmü?

Bəziləri arıqlamaq istədikdə bir çox yağlı yeməkləri qida rasionundan çıxarmaq qərarına gəlirlər. Lakin bu düzgündürmü?

Alimlərin bu haqda fikirləri


Əvvəllər yağlı məhsulları yemək məsləhət görülmürdü: hesab edilirdi ki, kərə yağı və donuz piyi zərərli, bitki yağları isə xeyirlidir. Yağlarsız isə daha yaxşıdır: həm yaraşıqlı görkəmə, həm də sağlam olmağa görə.
Lakin son illər dietoloqların bəziləri əvvəllər hökm sürən fikirləri qəbul etmirlər. Alimlər çoxsaylı tədqiqatlara əsaslanaraq artıq bu nəticəyə gəlmişlər ki, qarışıq pəhrizdə olan, yəni rasionunda həm heyvani, həm də bitki yağları olan insanlar daha sağlam və fizik aktiv olurlar.
Davamı →