Qısqanclıq həyatın hər dövründə yaşanan bir duyğudur. Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavabdır. Uşaqlıqda bu hislər artıq 2 yaşından etibarən baş qaldırır.
Uşaq, hər kəsin özündən daha yaxşı olduğunu və özünün hər kəsdən daha az sevildiyini düşünməyə başlayır. Amma ailəyə ikinci uşaq gəldiyi zaman bu hislər daha da gərginləşir. Ailəyə yeni bir qardaş və ya bacının gəlməsi, bir uşaq üçün qəbul etməsi həqiqətən çox çətin olan bir vəziyyətdir. Uşağın yeni qardaş və ya bacısını qəbul edə bilməsi uşağın yaşı, ailənin uşaqla münasibəti və uşağın şəxsiyyətinin inkişafı və s. bu kimi bir çox faktorlardan asılıdır. Qardaş-bacı qısqanclığını tamamilə qarşısı alına bilməz. Çünki bu qisaqnclıq bir uşağın psixi inkişafı üçün önəmlidir. Buna görədə də bu qısqanclığı uşağın saglam inkişafı üçün sağlam rəqabətə çevirə bilərsiniz.
Əğər uşağınız yeni doğulmuş körpəyə müraciyətlə “kaş ki hec olmasaydın”, “sənə nifrət edirəm” və s. bu kimi ifadələr işlədirsə deməli artıq qısqanclıq baş qaldırıbdır. Bir çox hallarda uşaqlarda qısqanclıq reqresiya(geriyə dönüş) ilə müşahidə olunur, yəni uşaqlar körpə kimi sosqa əmmək,yatağını islatmaq, tək başına yemək yeməmək və s. kimi davranışlar göstərirlər.
Bəzi hallarda isə uşaqlar sevilmədiyini hiss edərək özlərinə qapanarlar. Heç kəslə ünsiyyətə girməzlər.Tez-tez müşahidə olunan davranış isə böyük uşaqların özlərindən kiçiklərə fiziki ziyan verməsidir(cimdikləmə,vurma, yerə atma və s).Uşağınızda bu cürə halları müşahidə edirsinizsə deməli artıq uşaqlar arasında qısqanclıq başlayıb.
Ardı →