Qızılla gümüşün qadın orqanizminə təsirləri

  • Qadın
Bu iki metalı heç vaxt birlikdə istifadə etməyin! Qızıl və gümüş əsrlərdir ki, əks enerjilərin təcəssümü sayılır. Hətta bioenerjiylə tanış olmayan adam da bilir ki, qızılla gümüş çox pis uzlaşır.

Bu iki qiymətli metalı birlikdə taxdıqda onların şəfalı xassələri çox vaxt işləyə bilmir. Qızıl və gümüş iki tamamilə müxtəlif enerji axınının bir-biri ilə uzlaşmamasının parlaq nümunəsidir.

Gümüş qızılı dağıdır
Qızıl daha yumşaq materialdır. O, öz fiziki xassələrinə görə gümüşün əksi sayılır. Onların birlikdə istifadəi təhlükəlidir. Məsələn, biri gümüş, digəri isə qızıl boyunbağı taxsanız, gümüş qızılın müsbət təsirini siləcək, çünki gümüş qızıldan daha bərkdir. Parıltısına və gözəlliyinə baxmayaraq, qızıl yumşaq və elastik metaldır. O, yalnız insan dərisi ilə qarşılıqlı təsirə girə bilir.

Əgər dünyanın müxtəlif metallarından hazırlanan bəzək əşyalarını eyni anda taxmağı çox istəyirsinizsə, onda elə edin ki, onlar bədəninizə toxunmasın.
Davamı →

“Qızıl hərisliyinin” tarixçəsi

1848-ci ildə fəhlə Ceyms Marşall və fermer Con Satter su çarxının yanında kiçik qızıl qırıntıları aşkar edirlər. Onlar başa düşürlər ki, keçmişdə San-Fransiskoda American Riverin sahilində çoxlu qızıl gizlədilib.
 
Marşall və Satter bütün bunları sirr kimi saxlamağa çalışsa da, Sem Brennan adlı bir şəxs onların planlarını pozur. Çaydan qızıl tapıldığını təsadüfən öyrənən Brennan əlində bir fincan qızıl tozu San-Fransisko küçələrində gəzə-gəzə bunları qışqırırdı: “Qızıl! Qızıl! American-Riverdə qızıl var!
Davamı →

Qızıl başqa harda var?

 
Doğurdan da qızılı belə bir mötəbər edən nədir? Yer kürəsində bu metalın ehtiyatları çox deyil. Rast gəlmə ehtimalına görə 73-cü elementdir. Lakin nəzərə alın ki, platin daha nadir metaldır və qiyməti qızıldan bahadır.

Bütün dünya dillərində qızıl adı ya “sarı”, ya da “qırmızı” mənasını verir. Onun Latınca adı Aurum da “dan parıltısı” və ya “şəfəq” deməkdir.

Qızılı nəcib metal edən odur ki, o başqa kimyəvi maddələrlə gümüş kimi reaksiyaya girmir. Qızıl həmçinin çox plastikdir və onu döyərək son dərəcə nazik lövhə şəklinə salmaq mümkündür. Məsələn, düyü boyda qızılı döyərək ondan 1 kvadratmetr sahəsi olan lövhə hazırlamaq olar.

Ardı →

Qızılı neçə seçmək lazımdır?

Qızıl həmişə dəbdə olan qiymətli zinət əşyasıdır. O həmişə öz aktuallığını saxlayır. Başqa metallardan fərqli olaraq, rəngini dəyişmir və paslanmır. Qızıl elə bir metaldır ki, ondan müxtəlif formada zinət əşyaları düzəltmək mümkündür.

Bəs qızıl zinət əşyalarını necə seçmək lazımdır? Bu sual çoxlarını maraqlandırır. 

Əvvala, qızılın probuna baxmaq lazımdır. Vaxtaşırı səyahətdə olan şəxslər müxtəlif ölkələrdə qızıla verilən müxtəlif problarla qarşılaşır. Bu cür insanlar özünə sual verir: “Görəsən bu qızıl necə probdur?” Keçmiş SSR-i ölkələrində ocümlədən Azərbaycanda 1000-lik prob sistemdən istifadə edirlər. Qərbdə isə qızılı karat sistemi ilə sayırlar. Bu hesablamaya əsasən təmiz qızıl 24 vahiddən yəni karatdan ibarətdir.

Qızılın karat və prob nisbətləri aşağıda sadalanmışdır:

24k – təmiz qızıl. tərkibi 100% qızıldan ibarətdir.

18k – bizim 750 prob qızıla bərabərdir. 24 vahiddən 18-i qızıl qalanı isə digər matallardır. Tərkibində 75% təmiz qızıl var.

14k – bizim 583 prob qızıldır. Tərkibində 58.3% təmiz qızıl var. Bəzi ölkələrdə 585 prob kimi qəbul olunub.
Ardı →

Qızıl niyə bahadır?

Qızıl korroziyaya uğramır, sürtünməyə davamlıdır, görünüşü gözəl və cəlbedicidir.
Asan emal olunur, kompaktdır və saxtalaşdırılması elə də asan deyil. Bu səbəblərdən də qızıl həmişə hər bir malın dəyərinə ekvivalent hesab edilmişdir, həmçinin pula da.

Lap qədim dövrlərdən insanların maddı rifahının yüksəlməsində də qızılın böyük rolu olduğundan bu metalın qiyməti günbəgün artmaqda davam etmişdir...

Vaxtilə bütün dünyanı bürümüş “qızıl qızdırması”, qızıla hərislik, qızılın istifadədə hədsiz dərəcədə çoxalması bu metalın qiymətinə də, iqtisadiyyata da mənfi təsir görtərmişdir. Məsələn: orta əsrlərdə konkistadorların Amerikadan İspaniyaya gətirdikləri külli miqdarda qızıl ölkədə qiymətlərin sürətlə artmasına və uzunmüddətli iqtisadi böhrana səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, ta qədimdən indiyədək qızıl öz dəyərini saxlamış, hal-hazırda da dünya bazarında hər bir mala ekvivalent kimi hesablanmaqdadır. Hal-hazırda qızılın dəyəri daha yüksək, hətta əlçatmaz dərəcədə yüksək ola bilərdi, XX əsrin əvvəllərində dünyəvi valyutaların qızılla dəyərləndirilməsinin qarşısı alınmasaydı.

Qızıl hal-hazırda Maliyyə Bazarının aktivlərindən biri hesab edilir. Maliyyə Bazarında qızılın qiyməti şəraitdən, vəziyyətdən asılı olaraq artıb-azala bilir. Qızılın qiymətinin dəyişməsinə kənar təlabat, yəni – zərgərlik və ya digər istehsalat sahələri təsir göstərə bilir, amma bu çox vaxt hasilatın dəyərinin məhdudlaşdırılması ilə tənzimlənir.

Yer kürəsində ən çox qızıl ehtiyatı dəniz sularındadır. Amma bu hasilat gəlirlilik baxımından, hələ ki, elə də sərfəli deyildir.

azens.az
Davamı →

Qızğin «valyuta müharibəsi» bashladı ???

ABŞ dolları  beynəlxalq icma tərəfindən istifadə olunan valyuta sayılir Bu fakt ABŞ dolları üçün böyük tələbat yaratmışdır. Lakin son vaxtlar dolların  qeyri-sabit olması və onun sıradan çıxma ehtimalıni artırır,və beynəlxalq arenaya Qızılın qayıtması artır.Bu baş versə Dünya İqtisadiyyəti nə ilə üzləşə bilər? Dünyanın media  xəbərləri bildirilər qızğın «valyuta müharibəsi» bashlayıb, və əsas günahkarlardan biri  ABŞ-ın Federal Ehtiyat Sistemi göstərilir, mərkəzi banklar arasında rəqabət ifadə edən «valyuta müharibəsi», ortasında olduğunu göstərilir.Qeyd bu valyutaların devalvasiyasına  çıxarır.

Pekin Hong Kong idxal qızıl almaq davam edir. Bloomberg tərtib BVF məlumatlarına görə, Çin — 570 ton  son on il ərzində ehtiyatlarını artırıb. Başqa sözlə, Çin  gizli olaraq  qızıl eytiyatlarını Beynalxalq Valyuta Fondundunu ötüb yəni 2814 tonu keçib. Yeni ticarət istiqrazlar təhlükəsizlik kimi verilmiş qızıl olması, demək olar, bütün sistemi ticarət istifadə üçün nəzərdə tutulmuşdur, həmçinin gümüş və platin və bəlkə digər qiymətli metallar daxil olan möhkəm qızıla əsasını daşıyacaq.Qızıl gəlir dollar gedir...Kim udacaq bu «valyuta müharibəsini» ???


Davamı →

qızıldan köynək

Hindistanda 32 yaşlı Datta Fuge adlı şəxs özünə 24 əyarlıq qızıldan köynək «tikdirib».

 Köynəyin hazırlanması iki həftə davam edib və bu işdə 15 nəfər iştirak edib. Qeyd edək ki, bu orjinal geyimin çəkisi 3,2 kiloqram, qiyməti isə nə az, nə çox düz 14 min funt sterlinq dəyərindədir. Köynəkdən artıq qalan qızıldan isə qol düyməsi, kəmər və bilərzik hazırlanıb.
Ardı →

Qızıl istehsal edən bakteriyalar

ABŞ-dakı Miçiqan Universitetinin mikrobiologiya və molekulyar genetika fakültəsinin əməkdaşı, professor Kazım Kaşefi ilə elektronika fakültəsinin professoru Adam Braun hazırladıqları kompakt laboratoriyada «Cupriavidus metallidurans» adlı bakteriya ilə təbiətdə olan zəhərli kimyəvi turşu, heç bir maddi dəyəri olmayan qızıl xloridini bir araya gətirərək qarışdırıblar.
Ardı →

Zinət əşyaları

Niyə Avropada çoxlu zinət əşyaları taxmaq qeyri-müasirlik sayılır, Şərqdə isə yox?
Zərgərlik sənəti incəsənətin ən yaşlı növlərindən biridir və onun tarixi çox qədimlərdən başlayır. Tədqiqatlarda bu sənətin yaşı barəsində yekdil fikirlər yoxdur. Zərgərlik əsasən qiymətli metal və daşlardan incə bəzək əşyalarının hazırlanması sənətidir. İndiyədək bu sənətlə bağlı müxtəlif araşdırmalar aparılsa da, hələ onun aşkar olunmayan sirləri çoxdur.  

Zərgərliyin tarixi

Qeyd etdiymiz kimi, zərgərliyin tarixi çox qədim dövrlərə-müasir eramızdan əvvəl insan şüurunun formalaşdığı zamana gedib çıxır. Tədqiqatlar göstərir ki, qiymətli metal və daşlardan hazırlanan zərgərlik məmulatları qədim insanlar üçüq müasir dövrdəki əhəmiyyəti kəsb etməyib, yəni onlardan sadəcə, bəzək əşyası kimi istifadə olnumayıb.
Davamı →