Gözəl görünmək istəyənlər

Cazibədar olmalarıyla məşhur olan qadınların gözəl görünüşlərinin arxasındakı sirrlə heç maraqlanmısınızmı?
Hollivudun cazibədar ulduzları hər zaman gözəllikləriylə kişilərin diqqətini cəlb edir. Qadınların əksəriyyəti də «Ah, kaş ki, mən də onlar qədər gözəl görünə bilsəm» deməyə məcbur olurlar. 
Onlar kimi görünmək əslində çox da çətin deyil.

İşin sirri dəriyə qulluqda və sonra da makiyaj stilindədir. 

Bu da Hollivud gözəllərinin kiçik, amma effektli sirləri: 

Ardı

Gözəlliyiniz üçün müxtəlif məsləhətlər

Əgər harasa tələsirsinizsə, vacib görüşünüz varsa və xarici görüşünüzdən narazısınızsa onda dərinizi gözəlləşdirmək üçün ardıcıl olaraq pilinq, kompres, maska prosesindən keçməli olacaqsınız. Həmçinin sizlərə təqdim edəcəklərimiz sizin daha da gözəl görünməniz üçün bəzi məsləhətlərdir.  

Pilinq -Ölmüş dəri hüceyrələrinin təmizlədiyi üçün dəriniz daha da hamar görünəcək. Hazır alınmış skrabınız yoxdursa, narahat olmağa dəyməz. Üzünüzü təmizləyin, sabunla yuyun ya da kosmetik südlə silin, sonra nəm pambığa yarım çay qaşığı soda əlavə edin. Pambığın köməyi ilə üzünüzün əsas T-zonasını təmizləyin. (alın, burun, çənə) 



Ardı

Xanımlara məsləhət!

Yaşadıqımız zəmanədə mənim üçün xüsusən təəssüf hissi yaradan bir səbəb var.Bu xanimlarımızın nigaha girdikdən sonra özlərinə az diqqət etmələri,artıq çəki yığmaqla yanaşı xarici görkəmdə yaşla bağlı yaranan dəyişikliklərə biganə yanaşmalarıdır.Bu,bildiyim çərçivədə insanların əksər qisminin qiciq aldığı və nəzərə çarpacaq dərəcədə sinirləndiyi mövzudur

Ardı

Qadın gözəlliyi rəssamın gözü və fırçasında

Cazibədar qadın gözəlliyi rəssamların fırçasında tablolarda belə əks olunur:

əsrarəngsiz qadın gözəlliyi



Ardı

Qadın cazibəsi və onun sirləri - 2

Gözəllik ondursa, onun doqquzu cazibə, yalnız biri dondur.
Zahirən çox gözəl olan bir qadın cazibəsinin olmaması səbəbindən xoşa gəlməyə, bəyənilməyə və ya mənfi bio-dalğalar yayması səbəbindən özünə qarşı acıq, nifrət, qəzəb, hətta ikrah doğura bilər. Bunlar çox incə məqamlardır. Təəssüf ki, əksər qadınlar zahiri gözəlliyin qayğısına çox qalsalar da, buna bir elə əhəmiyyət vermirlər. Bu isə incə olduğu qədər də çətin və mühüm məsələdir.
Kimsədə güclü müsbət cazibənin mövcudluğu fitrət məsələsi ola bilər. Lakin istədiyi, arzuladığı və çalışdığı halda bu üstünlüyə hər bir qadının da malik olması mümkündür. Təbii ki, bu birinci növbədə xanımların intellekt səviyyəsinin artmasını tələb edir. Yalnız güclü mütaliəsi olan xanımlar zəngin söz ehtiyatına və fikir bazasına malik olur.

Ardı

Qadın cazibəsi və onun sirləri - 1

Qadın gözəllik simvoludur! Heç nahaq yerə qadın gözəlliyi İlahi gözəlliyin əlamətlərindən hesab edilmir və gözəllik mücəssəməsi olan qadınlar heç də təsadüfən İlahə adlandırılmır. Kişiləri valeh, məftun və əsir edən ən böyük gözəllik də məhz qadın gözəlliyidir. Dünyanı fəth edən, xarüqələr yaradan ən qüdrətli kişilər də çox vaxt bir qadın qəlbini fəth etməkdən ötrü aciz qalıb. Gözəllik, xüsusən də qadın gözəlliyi çox qəliz və incə məsələdir. Bunu zövq və hissiyat məsələsi də hesab edirlər. Yəni birinin bəyənmədiyi qadına digəri məftun ola bilər.

Ardı

Qadın gözəlliyi

Sağlam  bədən  hələ  qədim  zamanlardan  pərəstiş  və  ehtiram   obyekti  olmuşdur. Fiziki  məşğələlər, idman  bir  çox  xalqlar arasında  təşviq  edilmişdir. Qədim  Yunanıstanda  fiziki  cəhətdən   zəif  olan oğlanların ali  təhsil  almağa  ixtiyarı  yox  imiş. Gimnasiyaya  ( idman  məktəbi)  yalnız  əla gimnastların  gəlmək  hüququ  varmış.  “Gimnasi”   sözü  tərcümədə  “qısa  tumanla  gəzmək” deməkdir. Məşğələlərə  gimnastlar  qısa  tumanla  və  ya  bel  sarğısı  ilə  gedirmişlər. Olimpiya  yarışları  və  çıxışlarında  isə  çılpaq iştirak  edirdilər.  Çılpaq  atlet  surəti  heykəltəraşlıqda  görkəmli  yer  tutduğu  üçün  hətta  xüsusi  bir  anlayış  –  “qəhrəmanə  çılpaqlıq” məfhumu  yaranmışdır.



Ardı
  • +6
  • 25 sentyabr 2010, 18:16
  • aran