Qadınların düşməni qadınlardır

Ötən il məlum aksiyada “Kimə istəsəm verərəm” məzmunlu plakat qaldırmaqla feministlər özlərinə çox ağır zərbə vurdular. Feministlər o məşhur və məşum plakatla özlərinə elə bir zərbə vurdular ki, heç yüz min adam bir yerə yığışıb, sözü bir yerə qoysaydılar, onlara elə ağır zərbə vura bilməzdilər. O plakat xeyli adamda ikrah hissi oyatdı, xeyli adamı qorxutdu, xeyli adamı diksindirdi. Xeyli adamda müəyyən mənada haqlı olaraq (təbii ki, onların pəncərəsindən baxanda) belə bir fikir, belə bir təəssürat yarandı: bir dəstə əxlaqsız, tərbiyəsiz adam bizim ailə dəyərlərimizi dağıtmaq, qızlarımızı pis, pozğun yola çəkmək istəyir.

Davamı →

Qadın sənin tarlan deyil

Nə yazacağımı bilmirəm. Amma qısa olaraq belə deyim. Evdə sizə nə deyirlərsə desinlər, qadınlar sizin tarlanız zad deyil.

Qadının mövqeyini qazanmaq üçün ilk növbədə qadının özünün rizasını, yəni icazəsini almalısınız. Özü də hər dəfə üçün ayrı-ayrılıqda. Dünən o sizə mehriban baxdısa, bu gün «nastroyennisi» olmaya bilər. Günahı özündə axtar. Xoşuna gəlməsə, sizə üz verməyəcək. Lap əccəb edəcək.

Bu arada, ol qadın sizin öz halalca həyat yoldaşınız da ola bilər. Yoxsa qızın barmağına üzük taxdınız deyə, «seks qaranti» deyə düşündün, zibidi?
Davamı →

Kişilərin xilası da qadınların əlində

  • Qadın
Bir sinif yoldaşım var. Dünyagörüşü var, zahirən müasirdir. Daxilinə təzə bələd oldum. İlin əvvəli evlənib. Dünən rastlaşdıq. Dedi qızım olacaq, yoxlatdırmışıq. Sonra da səsini qısaraq bir az astadan soruşdu ki, qız uşağı necədi yaxşıdı, səndə oğlandır da?

Məncə bu kiçik hadisə Azərbaycanda qız uşaqlarına qarşı münasibətin hansı səviyyədə olmağının bariz nümunəsidir, özü də Manna dövründə yox, Şirvanşahlar dövründə yox, Səfəvilər dövründə yox, XXI əsrdə.

Təəssüf ki, qızlara qarşı bu münasibət təkcə bizim ölkədə deyil, dünyanın bir çox yerində belədir. Yəqin ona görə BMT 2012-ci ildən bu günü Beynəlxalq Qız uşaqları günü edib. Məqsəd diqqəti qız uşaqlarına qarşı ayrı-seçkiliyə, onların yaşadıqları çətinliklərə, diskriminasiyaya yönəltməkdir.
Davamı →

Qadın-kişi bərabərsizliyi

Bu gün yaşadığımız cəmiyyətin ən böyük problemlərindən biri qadın-kişi bərabərsizliyidir. Xüsusilə də əsl ədalətin yaşanmadığı cəmiyyətlərdə bu problem özünü daha çox büruzə verir. Dünyanın bir çox ölkəsində qadına ikinci dərəcəli varlıq kimi baxırlar. Qadınlar zəif və qorunmağa möhtac hesab edildiklərinə görə alçaldılırlar və əzilirlər, yenə bu kimi səbəblərdən qadınların fikirlərinə də hörmətlə yanaşılmır. Ümumi şəkildə desək, bütün dünyanın qadınlarla bağlı təsvirləri belədir: Özünə inamı olmayan, bacarıqsız, qorxaq, zehni baxımdan çox inkişaf etməyən, ağlı dayaz və s. Elə onların bu yanlış təsvirlərinin nəticəsi olaraq da bir qadının etdiyi səhv həmin şəxsin insan olduğu üçün deyil, qadın olduğu üçün etdiyi səhv şəklində qiymətləndirilir. Lakin qəribə olan odur ki, qadınların da bir çoxu cəmiyyətdə ikinci dərəcəli insan olmağı özlərinə yaraşdırırlar, onlara edilən anormal rəftarları normal qəbul edirlər.


Ardı →