Handikap prinsipi

Qadınlar niyə «pis» oğlanları seçirlər?
Məni düzgün başa düşün; klassik sentimental şeylərdən danışmayacağam burada. Sadəcə izah edəcəyəm. Fikir vermisiniz yəqin, aqressiv, bəzən isə əksinə, uşaq sifətli erkək cinsi nümayəndələri qadınların daha çox xoşuna gəlir. Xüsusilə də macərapərəstlər. Oğlanlardan biri paraşutla tullanır. Özü də dağlardan. O dəqiqə başına qadın cinsi nümayəndələri yığışır. Oğlan qumarbazdır. Bütün günü başı qovğadadır. Amma qızlara şirin gəlir.

Normadan kənara çıxan, özünü təhlükəyə atan nə varsa, qızların xoşuna gəlir. Lakin belə yaxından baxanda, başı bəlalı adam çox da çəkici olmamalıdır axı. Sabah bəlkə qumar borcu üstündə bıçaqladırlar? Ya da paraşut açılmadı və adam həlak oldu? Və s. Və s.

Fakt sadədir: qadınlar öz həyatını və varidatını təhlükəyə atan oğlanları daha çox bəyənirlər. Təbiətdə də belədir. Tovuz quşunun erkəyinin quyruğu əslində erkəyin özü üçün zərərlidir. İstənilən çaqqal böyük quyruğu olan tovuz quşunu yaxalayıb yeyə bilər.
Davamı →

Qadın məntiqinin əsas 3 qanunu

1.KÜRƏŞƏKİLLİ İLDIRIM


Bu qanun nə isə qaydasında olmayanda yaxud havalar pis keçəndə incimək,ya kiminsə üstünə düşmək lazım gələndə qüvvəyə minir.Özü də qəzəbə düçar olan şəxsin bu qəzəbin səbəbinə heç bir dəxli olmaya da bilər.


Ardı →