Mizogeniya nədir

Mizogeniya sözünün mənası qadın əleyhdarlığı – nifrətidir. Mizandriya kişi əleyhdarlığı – nifrəti, filogeniya qadın tərəfdarlığı – sevgisi, filoandriya isə kişi tərəfdarlığı – sevgisi deməkdir. Feminizmin populyarlığı, maskulinizmin isə çox az insanın iştirak etdiyi hərəkat olması kimi, qadın nifrəti də kişiyə nifrətdən daha populyar məsələdir.
Mizogeniya qadın əleyhdarlığı, nifrəti, qadına qarşı qısqanclıqdır. Onun nəticələri arasında ictimai mühitdən təcrid edilmə, cinsi ayrıseçkilik, düşmənçilik, ailə başçısının qadın olmaması, qadına qarşı şiddət, qadını cinsi obyekt olaraq görmək kimi hərəkətlər yer alır.

Davamı →

Tanınmış xanımlar qadın zorakılığından danışdılar

Brilliant Dadaşova
Xalq artisti

Mənə belə gəlir ki, qadın ilk dəfə şiddət görən andan qarşı tərəflə münasibəti bitirməlidir. Əlbəttə, bu, çox çətindir. Bəzən qadınlar böyük məhəbbətlə sevirlər və sevdikləri insana inanıb güvənirlər. Bu inamla da ümid edirlər ki, hər şeyin dəyişəcəyi gün gəlib çatacaq. Biz həmişə dədə-babadan da belə eşitmişik, deyiblər, gün gələr, düzələr. Ancaq həmin gün gəlmir. Əksinə, günlər gedir və bu günlər həyatdan, ömürdən, sağlamlıqdan gedir.

Davamı →

Qadın halları

Zaman su kimi axıb gedir. Buna görə bəzi anlar dünən baş vermiş kimi canlanır zehnimizdə. Bəzən illərin necə keçdiyinin fərqində olmur, qırx yaşa çatıb otuz kimi hiss edir, otuzu haqlayıb iyirmi havasında oluruq.
Şəkillərə baxanda eyni olduğumuzu düşünür, yaşadıqlarımızı xatırlayanda nə boyda yol qət etdiyimizi, nə qədər dəyişdiyimizi fərq edirik. Yaxşı, bəs insanın dəyişməyi mümkündürmü? Məsələn, tamamilə, büsbütün… Araşdırmalar bunun mümkün olduğunu göstərir. Amma bu, həmin şəxsin özü ilə arasında həll edəcəyi məsələdir. Əgər yanlış və zərərli xüsusiyyətinin fərqinə varar, bundan sonrakı həyatını fərqli formada davam etməyə qərar verərsə, dəyişimin reallaşması mümkün ola bilər.

Davamı →

Qadın bədəninin bilinməyənləri

  • Qadın
Beyin
Qadının beyni, bədəninin cəmi ağırlığının yüzdə 2′i qədərdir. Qadın beynində mesajlar, spinal (onurğa-bel sümüyü) sinirlərə saatda 432 kilometr sürətlə çatarlar
Bir qadın beyni dəqiqədə 100 milyon məlumat ala bilər. Gündə 7 milyon beyin hüceyrəsi istifadə edən qadın, ortalama 7,5 saat yatar. Ömürünün 6 ili yuxuda keçər.

Davamı →

Namus gözətçisi "ər"

Sabahınız xeyir demək istərdim sizə. Fəqət, gün gerçəkdən aydınmı, onu bilmirəm. Hər gün səhər yeməyindən sonra təzə dəmli çaydan bir stəkan süzüb, kül qabını eyvandakı divanın başlığına qoyub bir siqaret yandıraraq xəbər saytlarında gəzişmənin keyfindən özümü məhrum etmirəm. Bu aralar, hətta son altı aydır, bundan zövq ala bilmirəm. Məsələ çayın pürrəngi olub-olmaması ya da siqaretin yaratdığı öskürmə ilə ciyər narahatlığı deyil. Məsələ çox dərindi. Saytlardakı xəbərlərə baxdınızmı heç? Bir qadın olaraq bu ölkədə yaşamaqdan qorxuram. Hər gün öldürürlər, ay adamlar, hər gün mütləq qadın ölümü yaşanır bu məmləkətdə.

Davamı →

Qadın və ictimaiyyət

Müqəddəs İslam dininin səciyyəvi xüsusiyyətlərindən biri də bütün işlərdə normal həddə riayət etməsidir. Pərvərdigari-aləm “Bəqərə” surəsinin 43-cü ayəsində bunu buyurmuşdur.
Əli (ə) də öz vəsiyyətlərində buyurur ki, gadınlar barəsində həddindən artıq tələbkarlıq, normal həddən keçmək onları fəsada sala bilər. Qadın və kişinin bir-birinə garışması və bu barədəki göstərişlərə əməı olunmamasının fitnə-fəsada səbəb olmasına baxmayaraq, bu barədə yersiz tələbkarlıq da şeytanın vəsvəsələrindən və böyük günahlardan hesab olunur. Bəziləri quru müqəddəslik edərək bu kimi əmələ mürtəkib olurlar.

Davamı →

Qadınlar alış-verişi niyə sevir?

Artıq bir çox ölkələrdə alış-verişin cinsiyyətə görə fərqli bir fəaliyyətə çevrildiyini görə bilərik. Belə ki, alış-veriş daha çox qadınların işinə çevrilib və onlar alış-veriş fəaliyyətinə kişilərdən daha müsbət münasibət bəsləyirlər. Araşdırmalar qadınların kişilərə nisbətən daha aktiv alış-veriş etdiklərini, daha çox vitrin gəzdiklərini və məhsul axtardıqlarını göstərir. Kişilərdən fərqli olaraq, bir çox qadınlar alış-verişi istirahət fəaliyyəti olaraq da görür.
Psixoloqların sözlərinə görə, alış-veriş sevgisinin altında bir sıra psixoloji məqamlar dayanır:
Davamı →

Radxa Qiri Matacinin qadınlara verdiyi məsləhətlər

Qadın sevgidən toxunmuşdur
Niyə qadınlar kişi xarakterinə sahib olaraq həm öz şəxsi həyatını, həm də sağlamlığını risk altına salır?
Qadın enerjisi sevgidən, yaratmaq, qəbul etmək və öyrətmək qabiliyyətlərindən toxunur. Əgər qadın özündə bu keyfiyyətləri inkişaf etdirir və onlarla razılıq əsasında yaşayırsa, o, hər şeyin ölçüsünü bilir, dərin sükut və özünəinam hissinə malikdir ki, bu da onun gözəlliyinə, sağlamlığına birbaşa təsir edir, hormonlar, sinir və endrokin sistemi balanslı şəkildə çalışır.

Qadın həyatın bütün sahələrinə nəzarət etməyə çalışdığı zaman dinclik vəziyyətindən çıxır, qəzəblənməyə başlayır. Bu isə hormonlarda kəskin dəyişikliyə, kişi enerjisinin qapanmasına, özünün də zəifləməsinə gətirib çıxarır. Nəticə etibarı ilə öz-özünə yenilənən çay yerinə qurumuş mənbəyə çevrilir. Kainat qanunlarına əsasən, qadın hətta özü üçün dayazlaşmağa başlayır, seçilmiş partnyoruna ahəngdar enerji və güc ötürülməsi haqqında danışmağa ümumiyyətlə dəyməz. Cütlüyün münasibətlərində başlayan enerji çatışmazlığı aqressiya, mübahisələr, xəstəliklər və maddi çətinliklər ilə davam edir.
Davamı →

Qadın sənin tarlan deyil

Nə yazacağımı bilmirəm. Amma qısa olaraq belə deyim. Evdə sizə nə deyirlərsə desinlər, qadınlar sizin tarlanız zad deyil.

Qadının mövqeyini qazanmaq üçün ilk növbədə qadının özünün rizasını, yəni icazəsini almalısınız. Özü də hər dəfə üçün ayrı-ayrılıqda. Dünən o sizə mehriban baxdısa, bu gün «nastroyennisi» olmaya bilər. Günahı özündə axtar. Xoşuna gəlməsə, sizə üz verməyəcək. Lap əccəb edəcək.

Bu arada, ol qadın sizin öz halalca həyat yoldaşınız da ola bilər. Yoxsa qızın barmağına üzük taxdınız deyə, «seks qaranti» deyə düşündün, zibidi?
Davamı →