Qadın beyni kişi beynindən necə fərqlənir?

Alimlər bildirirlər ki, onlar yalnız insan beynini deyil, həmçinin kişi və qadın beyni arasında olan fərqin nə olduğunu aşkar edə biliblər.
Bu Beynəlxalq institutun mütəxəssislərinin keçirdikləri irimiqyaslı tədqiqatın hesbına baş verib.
Tədqiqat nəticəsində yalnız qadın və kişi beyninin fərqli olması deyil, həm də bu fərqin nə olması da aşkar olunub.


Davamı →

Qadın və kişinin fərqli xüsusiyyəti

1) Tərbiyə baxımından
Nəyə görə kişi, adətən qadından fərqli olaraq, bir ünvanı tapmaq üçün bir kimsədən soruşmaq əvəzinə, bütün ətrafı dövrə vurur?
Nəyə görə kişi, qadından fərqli olaraq, öz hisslərini gizlədir?
Nəyə görə qadın kişidən daha səliqəli və çalışqan olur?
Çünki uşaqlıqdan hər iki cins tərbiyə olunarkən, oğlana “Sən qız deyilsən, ağlama”, qıza isə “Sən oğlan deyilsən, qız səliqəli olmalıdır” deyilir.
Valideynlər oğlanı tərbiyə edərkən onda məsuliyyətliliyi, inadkarlığı, əminliyi və hisslərini cilovlamaq kimi xüsusiyyətləri inkişaf etdirməyə çalışırlar. Lakin qızlarda tamam başqa xüssiyyətləri və keyfiyyətləri inkişaf etdirirlər.
Davamı →

Münasibətlərə zərər verən 5 davranış

  • Sevgi
Uşaqlıq illərindən etibarən aşiq ola və birini sevə bilərik. Həyatımızın hər mərhələsində özümüzə daha yaxın hiss etdiyimiz dostlarımız mütləq olur.

Qurduğumuz münasibətlər problemsiz davam etmir və bu səbəblə çəkişmələr, küskünlüklər, ayrılıqlar yaşaya bilirik. Sadəcə qarşı cinslə olan eşq münasibətlərimizdə deyil, həyatımıza girən hər insanla bir münasibət qurmuş oluruq və bəzən bu münasibətləri davam etdirə bilmirik. Xüsusilə uzun müddətli münasibətlərdə və evlilik mərhələsinə çatan münasibətlərdə daha çox problemlər yaşayırıq. Münasibətə bəzən özümüz öz əlimizlə zərər vermiş oluruq. Bəs münasibətimizə zərər verən davranışlar hansıdır?
Davamı →

Qadınlar haqda yanılmalar

1. Ailəni yedizdirən qədimdən bəri kişilər olub.
Amerikan arxeoloqları müəyyən ediblərki, tayfanı yedizdirən kişilər yox, qadınlar olub. Yeməyin 80 faizini onlar tapıb gətirirmişlər. Məhz qadınlar meyvələri, qozları, quş yumurtalarını yığırmışlar. Kişilərin tapdığı ət isə hər zaman ələ düşmürdü, hər gün ov ovlamaq onlara nəsib olmurdu. Qadınlar isə əqrabalarını meyvələrlə, yumurtalarla müntəzəm olaraq yedizdirirdilər.

2. Analar öz uşaqlarını qoxusuna görə tanıyır.
İsveç tədqiqatçıları bu məsləkin yalan olduğunu üzə çıxardıblar. Onlar 1 aylıq 24 uşağı və 2-3 yaşlı 24 uşağı çarpayıda yatızdırıblar. Əyinlərinə isə qoxunu yaxşı hopduran xüsusi köynəklər geydiriblər. Sonra onların köynəyini çıxardıb valideynlərə iyləmək üçün veriblər. Heç bir ana öz uşağını düzgün tapa bilməyib. Qəribədir ki, bu eksperimentdə kişilər daha hissiyatlı olub: Onlardan çoxu öz körpələrini iylərinə görə tapa biliblər. Hətta bəzi kişilər böyük yaşlı uşaqlarını da qoxusuna görə tanıya bilib.
Davamı →

Qadınların əsas fərqləri

Qadınların yaddaşları kişilərdən daha qüvvətlidir. Qadınlar illər əvvəlki detalları belə xatırlaya bilərlər. Ad günü evlilik il dönümü kimi şeyləri kişilərin xatırlamasını gözləməyin.

Qadınlar daha yaxşı ünsiyyət qurarlar. Çünki romantik zəkaları kişilərdən daha çox inkişaf etmişdir.
 
Məsuliyyət duyğusu qadınlarda daha çoxdur. Həm ev həyatında həm də iş həyatında bu müzakirəsiz belədir.
 
Sevə bilmə qabiliyyəti üçün qadınların ən üstün qabiliyyəti deyə bilərik. Bir qadın qədər içdən hansı kişi sevə bilər ki?
 
Qadınlar daha səbirli və xoşgörüşlüdürlər.

Qadınların ortalama həyat müddəti kişilərdən 15 il daha çoxdur. Kişilərin ömürləri qadınlara nəzərən qısadır, çünki futbol kimi boş işlərdə istehlak edərlər.
 
Qadınlar alış-satış işlərini kişilərdən daha yaxşı edərlər. Qadınlar olmasaydı iqtisadiyyat canlanmaz ticarət edilə bilməzdi.
   
Qadınlar kişilərə nəzərən daha enerjili və çalışqandırlar. Kişilər tez yorulub bəs edərlər.
 
Qadınlar kişilərə nəzərən daha sirrli və sirr doludurlar. Kişilər bəzi səhvlərinin gizli qalması üçün xüsusi səy sərf etsələr də Qadınların aydın olmamaq üçün bir səy sərf etmələrinə ehtiyac yoxdur.

Qadınlar sözləri və cümlələri kişilərdən daha yaxşı istifadə edərlər. Deyilənlərdən dərin mənalar çıxara bilmə qabiliyyətinə sahibdirlər. Kişini şair və ədəbiyyatçı edən ilham yenə qadınlar sayəsində ortaya çıxar.

 


Davamı →

Qızlara bu sözləri deməyin!

Həm qadınların, həm də kişilərin sevgililərindən eşitmək istəmədiyi cümlələr var. Hətta nifrət etdiyi cümlələrə görə, ayrılanlar da olur. Həmin sözlər hansılardır və niyə nifrət edtiklərinin səbəblərini aşağıda oxuya bilərsiniz. 

Sakitləş!
Hər dəfə “sakitləş” sözünü eşitmək qadınlarda qıcıq yaradır. Bu cümlə daha ciddi vəziyyətlərdə deyilməlidi. 

Saçına nə etmisən?
Ürəyim istədi kəsdim və ya rənglədim. Mən çox bəyənmişəm. Bəyənmədiyini bu qədər kobud şəkildə ifadə etməsə, daha yaxşı olardı. Əgər məni sevirsə, belə də sevməlidir. 

Çox duyğusalsan!
Bəli, duyğusal və romantikəm. Çünki təbiət qadınları belə yaradıb. Film izlədikdə, stress keçirdikdə ağlaya bilərəm. Buna görə məni qınamamalıdır.

Əvvəlki sevgilim də sənə bənzəyirdi!
Mənə nə sənin əvvəlki sevgilindən? Bir halda ki, keçmiş sevgilindi… Bu qədər diqqətsiz olması məni dəli edir. Darıxıbsa, getsin onunla görüşsün.
Ardı →

Qadın və kişi beyni.

Qadınlarla kişilərin beyinləri arasında müəyyən fərqlər var.


1. Dəfələrlə sübut olunub ki, kişinin beyni həcmcə qadının beynindən 10% böyükdü. Lakin aradakı bu fərq intellekt səviyyəsinə heç bir adiyyatı yoxdu.



2. Yaşa dolduqca kişinin beyni qadına nisbətən daha tez kiçilməyə başlayır.

3. Hər hansı bir məsələnin həllindən kişilər beyinlərinin bir yarım kürəsini, qadınlar isə digər yarım kürəsini istifadə edirlər.
Ardı →