Qadınların həyatında vacib olan 6 hormon

  • Qadın
Qadınların sağlamlığı və əhval ruhiyyəsi əsasən qanda olan hormonların səviyyəsindən asılıdır.

Onların orqanizmə olan təsirini anlamaq və onların təbii yolla idarə olma mexanizmini bilməklə, hər bir qadın öz cavanlığını və ruhi hormoniyasını əldə edə bilər.Beləliklə bu siyahını sizə təqdim edirik:

Endorfin hormonu
Böyük sevinc, şadlanma hissi və xoşbəxtliyi tam ürəklə hiss etməyə kömək edən məhz — endorfin hormonudur. Onun orqanizmə təsiri həqiqətən əvəzolunmazdır, belə ki, o, hətta ağrı hissini də keyləşdirə bilir.

İdarə etmə üsulu:
Özünüz üçün aromaterapiya seansı təşkil edin, belə ki, ətirli nanənin efir yağını nəfəsinizə alaraq, siz nəinki sakitləşirsiniz, həm də sevinc hissi yaşaya bilirsiniz. Bunun səbəbi odur ki, nəfəs aldığınız zaman nanə efiri burunun sinir reseptorlarını stimullaşdıraraq, beyinə endorfinin sekresiyasının yüksəlməsi haqda siqnalı göndərir. Bununla əhval ruhiyyə yüksəlir, həyat tonusu güc yığır.

Ədviyyatlar istifadə edin. Acı yeməklər yediyiniz zaman, dilin ucunda olan sinir sonluqları qıcıqlanaraq, «sevinc hormonunun» istehsalını çoxaldır. Buna görə az da olsa, əsasən qış aylarında acı yeməklər yemək lazımdır. Təbii ki sağlamlıqla bağlı əks göstərişləri unutmamaq şərtilə!
Ardı →

İlk görüşdə bunları demək olmaz!

İstər dostlarınız vasitəsi ilə, istər “online”, istər təsadüfən tanış olun, fərq etməz. İlk görüşün mahiyyəti həmişə eynidir. Məqsəd bir-birini tanımaqdır. Biz qadınlar hisslərimizlə hərəkət etdiyimizə görə ilk görüşdə həyəcanımıza məğlub olub, lazımsız sözlər deyə bilirik. Bu da kişiləri qorxudur.

Kişiləri ilk görüşdə qorxutmamaq üçün aşağıdakı 15 şeyi deməkdən qaçın:

1. Necə də atama oxşayırsan!

2. Bu görüşdə bir-birimizlə yola getməsək, dost qala bilərik?

3. İnternetdə daha fərqli idin, həyatda tamam fərqlisən.

4. Bilmirəm nə fikirləşəcəksən, amma bir şey demək istəyirəm: səni sevirəm.

5. Əslində, seksual oğlanlarla görüşmürəm, “başqası baxmasın, birdən o da baxar” stressi ilə yaşaya bilmirəm.

6. Ailəmlə nə vaxt tanış olmaq istəyirsən?

7. Gör dişimdə nəsə qalmayıb?
Ardı →

Toy davası edən qızlar oxusun

Uzun müddətdir sevgilinizlə bir-birinizi sevirsiniz və artıq onunla bir ailə qurmaq istəyirsiniz?! Ancaq onu da buna razı salmaq üçün bəzi şeylər etmək lazımdır?! Sevdiyi kişiylə tezliklə ailə qurmaq istəyən xanımlar bu məsləhətlərə əməl etsin.

Elə davranın ki, guya evlilikdən ötrü ürəyiniz getmir. Hər dəfə evlilikdən söz açsanız, onu bu fikirdən uzaqlaşdırmış olarsınız. Siz təzyiq göstərdikcə, özü istəsə belə, geri addımlar atmağa başlayar. Bunun yerinə, nə qədər bir-birinizə yaraşdığınızı xatırladın.

Evlənəndə bunu edərik, onu edərik deməyin. Siz hiss etmədən stressə girib, sizdən uzaqlaşa bilər. Qoyun, o danışsın. Hətta o, bu haqda danışanda, elə davranın guya çox əhəmiyyət vermirsiniz. Ancaq ipin ucunu qaçırtmaq da olmaz. Çox əhəmiyyətsiz davransanız, onu sevmədiyinizi düşünüb uzaqlaşa bilər. Hər kişi müəyyən bir yaşdan sonra evlənmək üçün ciddi münasibət axtarır. Siz də onun ağlındakı ideal qadın olmağa çalışın.

Dostları və ailəsiylə yaxşı davranın. Xüsusən anası haqqında mənfi heç nə deməyin. Anasına qarşı hörmətlə, incə davranın. Bu, onların beynində «ailəmizə layiq bir gəlindir» düşüncəsi yaradacaq.

Onun xoşladığı şeylərdən sizin də xoşunuz gəlirmiş kimi davranın. Birlikdə futbol izləyin. Beləliklə, ona birlikdə nə qədər xoşbəxt bir həyat yaşayacağınızın siqnallarını ötürün.

Çox qısqanc olub, həyatını dözülməz hala gətirməyin. Elə etməyin ki, kişinin ağlında «bu qadınla yaşamaq mümkün olacaqmı?» sualı yaranmasın. Unutmayın ki, kişilər çox sıxılmağı sevməyən varlıqlardır. Bu qaydaları nəzərə alsanız, uzun müddət davam edən sevginizin xoşbəxt ailəylə nəticələnəcəyinə əmin olun.
Davamı →

Qadın psixoloji halı və saçları

Qadınlın saçlari onun haqqında çox məlumat verir — ruh halını, həyatındakı dəyişiklikləri...

 Saçlar bir qadının güvəninin açarıdır.

Saç sağlamlğı psixoloji bir halla əlaqəlidir. Qadının psixoloji halı saç rəngini və formasını dəyişdirmsinə də səbəb olur.

Əhəmiyyətli bir xəstəlik yaşamağı belə saç rənginin dəyişdirmək üçün əsasdır.

* 45 və yuxarı yaşlarda olan qadınların saçları uzun illərdir tünd rəngdə olsa da, ani bir qərarla açıq qızılı rəngə boyaya bilərlər. Əslində bu dəyişimdə həm qərarlı olurlar, həm qərarsız. Bu qadınlar düz 15 gün boyunca ərinin bu haqda fikrini öyrənərlər. Kişi «dəyişdirmə, saçının rəngi qəşəngdir», — dedikdən sonra saçının rəngini dəyişər.
Bu cür qadınların şüurlarının altında yeni dostlarla tanışolmaq, yaşlılıq, dəyişmə ehtiyacı, fərqlilik yaratmaq, ciddi sağlamlıq problemi ilə qarşılaşmaq kimi səbəblər yatır. Bu qadınlar çox halda saçlarını qırmızı rəngə boyayar, ancaq kəsdirməzlər.


Ardı →

Bunu bilsən, onun xasiyyətini anlayacaqsan

İri həcimli dodaqlar: İri və dolğun dodaqlar yüksək temperamentdən xəbər verir. Bu cür dodaqlara sahib olanlar çox diqqəti çəkən və cazibədar olurlar. Bu cür dodaqları olanlar bir qayda olaraq əks cinsi cəlb edirlər. Xüsusilə də, iri həcmli dodaqları olan xanımlar kişilər tərəfindən çox sevilir. Buna baxmayaraq, onları nadir hallarda həyat yoldaşı kimi seçirlər.

Fizioqnomika elminə görə, dolu dodaqlı qadınlara kişilər çox nadir hallarda ciddi fikirlə yanaşırlar. Onları qınamaq olmaz. Çünki belə qadınların özləri
də zövq və əyləncə vurğunudurlar. Dolğun dodaqlar yüksək temperamentin danılmaz göstəricisidir. Bunun sübutu Merlin Monrodur. Sirr deyil ki, kişiləri ən cox cəlb edən bu qadının görünüşü yox, məhz elə dodaqları olub. Əbəs yerə onun dodaqları cazibə simvolu seçilməyib ki.

Belə qadınlar üçün sevgi yox, hər zaman diqqət mərkəzində olmaq daha vacibdir. Axı dolğun dodaqlı qadınlar eqoistdirlər. Ən çox sevdikləri isə səyahətə çıxmaqdır. Belə qadınların çox yaxşı ana olduqları isə danılmazdır.

Balaca yumru dodaqlar: Bu cür dodağı olan insanlar olduqca güclü, səmimi və ünsiyyətcildirlər. Bir çox insanlar tərəfindən sevilirər.
Ardı →

Qərb filosoflarının qadına ədalətsizliyi

Artur Şopenhaur:

Qadınlar uşaqlıq illərimizdə bizim dayələrimiz və tərbiyəçilərimiz olmağa birbaşa uyğunlaşırlar – səbəbi sadədir: çünki onlar özləri də uşaqsayağı, axmaq və kəmağıldırlar- bir sözlə, həyatları boyu “böyük uşaq” kimi davranırlar, bir növ uşaqla yetkin insan arasındadırlar. Bir düşünün, bir gənc qız uşaqla günlərlə necə oynayır, rəqs edir, mahnı oxuyur və dünyada ən yüksək məqsədləri olan bir kişi onun yerində olsa, nə edərdi.

 Çarlz Darvin:

 “Uşaqlar…, daimi dost, yaşlı vaxtlarda maraqlı birisi, sevilən və oyun oynanılacaq bir varlıq… Hər şeyə baxmayaraq, itdən daha yaxşı bir şey. Evin işləri ilə maraqlanan bir adam. Musiqidən, havadan-sudan boş söhbətlər. Bunlar sağlamlıq üçün yaxşı şeylərdir”.


Ardı →

Kök xanımların nifrət etdiyi 22 cümlə

Qadınların bədənləri haqqında danışmağın qəbul edilən olduğunu düşünənlərin sayı təxmin edə bilməyəcəyiniz qədər çoxdur. Əlbəttə, heç kim bədən ölçüsü səbəbindən ayrı tutulmamalı və ya kiməsə çəkisi səbəbiylə fərqli davranılmamalıdır. Budur, kök bir qadınların əsla eşitmək istəmədikləri və nifrət etdikləri 22 cümlə:

1. "Üzün çox gözəldir".

2. «Qara rəngli geyim geyinməlisən».

3. «Sən həddən artıq böyüksən».

4. «Heç mədənə halqa taxdırmağı düşünürsənmi?»

5. «Məndən kök olanlarla problemim yoxdur».

6. «Sadəcə sümüklərin iridir». 

7. «Az yesən, arıqlaya bilərsən».

8. «Sənə nə olub belə?»

9. «Kaş ki, yeməkdən sənin kimi zövq ala bilsəydim».

10. «Fikir eləmə, mən kök qadınları xoşlayıram».

11. «Heç arıqlamağı sınaqdan keçirmisən?»
Ardı →

Hamiləlik zamanı yuxusuzluq

  • Qadın
Hamiləlik zamanı qadınların çoxunda ilk günlərdən yuxusuzluq müşahidə edilir. 2-ci üç aylığında bu hal keçib gedir və hamiləliyin sonuna yaxın yuxusuzluq qadınlar üçün yenidən ciddi problemlərdən birinə çevrilir.

Yuxusuzluğa “qalib” gəlmək üçün aşağıdakılara riayət edin:

— gərginlikdən uzaq olun. Gün ərzindəki yorğunluq çox vaxt rahat yuxuya getməyə əngəl olur;

— siz gündüzlər yatmağa öyrəşmişsinizsə, bu adətdən bir neçə günlüyə imtina edin. Bu zaman gecə yuxusu daha dolğun olacaq;

— yuxudan əvvəl ağır yemək yeməyin;
Ardı →

Xoşbəxt qadın üçün 16 qadağa

Xoşbəxt olmaq kimlərçünsə asan, kimlər üçünsə çətindir. Bu həyata necə baxmağımızdan asılıdır. Ən cüzi görünən şeylər belə, bəzən insanı xoşbəxt etməyə kifayət edir.

Bir qadın əgər xoşbəxtdirsə, onun bu xoşbəxtliyi qorumağa çalışması mütləqdir. Bunun üçün çox şey etməyə ehtiyac yoxdur. Qeyd etdiyimiz kimi həm şey ayrı- ayrılıqda və həm də birlikdə insanın, qadının xoşbəxtliyinə gətirib çıxarır. Gəlin bir qadının xoşbəxtliyini daima saxlaması üçün qadağan edilmiş 16 -lıqla tanış olaq:
Ardı →

Qadınların kişilərdən öyrənməli olduğu bəzi şeylər

Aydındır ki, qadınlar və kişilər özlərinə məxsus unikal keyfiyyətlərə malikdirlər. Kişilər fiziki qüvvə, alicənablıq və qürur, qadınlar isə gözəllik və nəzakət varlıqlarıdırlar.
Buna baxmayaraq, qadınlara nisbətən kişilərin daha yaxşı mənimsədiyi bir sıra keyfiyyətlər var :

Emosiyaları idarə etməyi bacarmaq
Qadınlar hər zaman məsələləri dramatikləşdirməyə meyillidirlər. Bu aydındır ki,qadınlar həssas məxluqlardırlar, lakin bəzi məsələlərə həddən artıq emosional yanaşmaqdan boyun qaçırmaq hamının ümumi rifahı üçün daha məqsədəuyğundur.

Daha realist olmaq
Qadınlar daha xəyalpərəstdirlər və çox vaxt özləri qurduqları xəyallara özlərini inandırdıqları üçün bu onların reallığı görmələrini çətinləşdirir. Bu, daima pozitiv olmaq üçün mükəmməl olsa da, açıq şəkildə çatışmazlıqlarını və səhvlərini qəbul etməyi rədd etməklərinə səbəb olur. Səhvlərini qəbul etmək və onlarla yaşamağı bacarmaq qadınların öyrənməli olduğu bir şeydir.
Ardı →