Nazlı Tahirova (Nəcəfova)
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Janna Vilprö adi bir ayaqqabı ustasının ən böyük qızı idi. O, 25 sentyabr 1794-cü ildə Fransanın Julliak kəndində anadan olub. Doğulduğu günlərdə Fransa inqilabın ən qarışıq günlərini yaşayırdı və Robespyerin idarəsi minlərcə insanı qiyotinə göndərirdi. Bununla yanaşı, Janna Vilprö ölkənin və inqilabın mərkəzindən uzaqda sakit bir uşaqlıq keçirmişdi. Oxumaq və yazmaqdan sadəcə bir az daha çox təməl təhsil ala bilmişdi.
Yəni, Natəvanda iki böyük nəslin Cavanşirlərin və Ziyad-oğlu Qacarların qanı vardır. Ad çəkdüiyimiz bu iki böyük və şərəfli nəslin hər birisi dünyaya bir sıra şair gətirmişdir (məsələn, Cavanşir nəslindən Əbülfət-xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar) maraqlıdır, ki, Ziyadi Qarabaği və Musahib Gənçəvi vaxtilə Qarabağ bəylərbəyisi olmuşdurlar).
Ay işığında…
Bir tək bu şərqinin səslənməsi yetər ki, qeyri-adi məlahətli səsin sahibi olan Nərminə Məmmədovanın sorağına düşək. Hərgah özü də kölgədə qalmağı sevirdi. Yeganə müğənnidir ki, sənətdə olduğu 30 il müddətində bir dəfə də konsert verməyib, səhnəyə çıxmayıb. Səsi yalnız radio və televiziyada yazılıb. Başqa heç yerdə görmək olmazdı bu ilahi nəfəsin sahibi, qənirsiz gözəl olan Nərminə xanımı.
Bəlkə indiyə qədər çoxları bu məlahətli səsin sahibini Şövkət xanımla qarışdırıb. Bəs, nədir Nərminə Məmmədovanı Şövkət Ələkbərovanın kölgəsində əridən?
Əgər qadın savadlı, dünyagörüşlü olarsa, onun ailəsində böyüyən övladları da savadlı olacaq. Azərbaycanın çoxəsrlik tarixində cəmiyyətin inkişafı, maarifpərvər ideyaların təbliği istiqamətində mühüm rol oynamış bir çox qadınlarımız olub. Onlar cəmiyyətin müxtəlif sahələrində kişilərlə çiyin-çiyinə çalışıb, həyatını xalqın inkişafına həsr ediblər.
XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan çar Rusiyasının işğalı altında olmasına baxmayaraq, bir qrup maarrifpərvər və vətənsevər ziyalımız elm və mədəniyyətin inkişafı üçün çalışırdı. "Üsuli-cədid tərəfdarları" və ya qısaca «cədidçilər» adlanan bu ziyalılar yenilik tərəfdarı olmaları ilə seçilirdilər və onların ardıcıl fəaliyyəti güclü bir hərəkata çevrilmişdi.
O, 1882-ci ildə Gürcüstanın tarixən türklərin (Ahıska) yaşadığı Cavaxetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində doğulub. Atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalısı və