Laxtalanmış qanın təhlükəli əlaməti

Qan laxtalanması qan dövranı pozğunluqlarından biridir. Qatı qanı olan insan tromboz, işemiya, infarkt və emboliya kimi problemlər yaşaya bilər.

Laxtalanmış qanın təhlükəli əlamətləri arasında ən birincisi dərinin mavi rəng almasıdır.
Ürək – damar cərrahı Viktor Baldinin sözlərinə görə, əksər xəstələr barmaqların uclarında uyuşma və ya qıcolma hissi, ətrafların dərisinin rənginin dəyişməsi, ayaq və əllərdə soyuqluq hissi və s. hiss edirlər.

Davamı →

Ateroskleroz

Ateroskleroz qandamarlarının xronikixəstəliyidir. Bu xəstəliyin əsas xüsusiyyəti: “pis” xolesterinin daxili divarlarında yığılması və divarların daha qalınlaşması və elastikliyini itirməsi. Damarlar yağ və kirəçləşmədən qalınlaşır, elastikliyin itirir ,sıxılır və bunun nəticəsi olaraq orqanlarda qan çatışmamazlığı yaradır və nəticədə damar tutulur.Qanın laxtalanması müşayiət olunduqda, tromboza meyillilik yaranır və orqanlarda işemik zədələnmə yaranır. Ateroskleroz ölümlə nəticələnənən təhlükəli xəstəliklərdən birisayılır.
Ateroskleroz əksərhallarda ürəyin, beynin, ayaqların, qandövranında problem yarananda üzəçıxır, yani son mərhələdə ateroskleroz diaqnozuqoyulur.

Davamı →

Qan

Qanın tərkibi.Böyük adamın  orqanizmində 5 l-ə qədər qan olur. Qanın əsas hissəsini plazma təşkil edir. Sağlam və yetkin adamın qanının 55%-i plazma, 45%-ni isə hüceyrəvi elementlər təşkil edir. Uşaqlarda isə qanın hüceyrəvi elementləri plazmaya nisbətən çoxluq təşkil edir. Plazmada qan hüceyrələri- eritrositlər, leykositlər və qan lövhəcikləri-trombositlərdir. Bunlar qırmızı sümük iliyi  hüceyrələrindən əmələ gəlir. Plazmanın əsas hissəsi sudan ibarətdir. Plazmanın 90%-i su, 10%-i isə zülallar, yağlar, qlükoza, mineral duzlar və başqa maddələrdir.
Qan orqanizmdə ehtiyat halında toplanır. Dalaqda 300 q-a qədər ehtiyyat qan saxlanılır. Qanın tərkibində qan hüceyrələri vardır. Onlar eritrositlər, leykositlər və trombositlərdir. Hər birinin mühüm əhəmiyyəti vardır.


Ardı →