Bağışlanan əmlak geri alına bilərmi?

Əmlak bağışlanmasının qanunla biir çox yolları, üstünlükləri var.
Bəs bağışlanmanın hansı üstünlükləri var ? 

Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən “bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.”
Davamı →

Bank sirri nədir?

“Banklar haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən Mülki Məcəlləyə müvafiq olaraq, bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir.

Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə da bank təminat verir.

Mülki Məcəllənin müddəalarına müvafiq olaraq, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin bank nəzarəti üzrə səlahiyyətlərin həyata keçirməsi prosesində Mərkəzi Bankın inspektorlarına, kənar auditorlara, sığortaçıların fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar sığorta nəzarəti orqanına, «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda maliyyə monitorinqi orqanına, habelə bu Qanuna müvafiq sürətdə kredit reyestrinə verilir.
Davamı →

Vəsiyyətnamələri tərtib edən zaman buraxılan səhvlər

Vəsiyyətnamə tərtib etmək bir o qədər də xoş məşğuliyyət deyil. Ölüm haqqənda düşüncələr, həmçinin vəfat etdikdən sonra qohumlar arasında mülkiyyət bölüşdürülməsi emosional olaraq çətin bir öhdəlikdir.* Çox güman ki, bu səbəbdən əksəriyyət insanlar vəsiyyətnamənin tərtib olunması haqqında düşünmürlər.

Analitik CFP Nensi Anderson bu haqqda öz fikrini belə bildirir: «Vəsiyyətnamənin mükəmməl şəkildə planlaşdırılması mövcud deyil. Biz öncədən hər şeyi təxmin edə bilmərik. Lakin ən əsas məsələlər haqqında ətraflı düşünsək, bu problemə bir daha uzun müddət qayıtmamaq olar. Əsas məsələlərə hansı qohuma nəyi vəsait etməyiniz, bunu hüquqşünasın yanında qeydiyyatdan keçirmək kimi məsələlər aiddir».
Davamı →

Girovun dəyəri necə ölçülür?

Mülkiyyət girovu bank krediti verilən zaman tələb olunur. Girova qoyulan mülkiyyətin qiymətləndirilməsi yalnız müstəqil qiymətləndirici şəxs tərəfindən aparılır. Bu tələb bir neçə amillə bağlıdır:
1) müstəqil qiymətləndirici şəxs qiymətləndirdiyi mülkiyyətə heç bir marağı mülki olmur,
2) mülkiyətə qarşı heç bir gerçək və öhdəlik qanunu yoxdur.

Aydındır ki, girov mülkiyyət alan bankın özünü qiymətləndirmək hüququna malik deyil, çünki bankın mülki marağı var.

Davamı →

Zaminlik – hüquqi baza

Azərbaycan Respublikasında gedən ictimai-iqtisadi münasibətlərin artdığı bir dövrdə, cəmiyyətin ayrı-ayrı fərdlərinin xırda sahibkarlıqla məşqul olduğunda mikro kreditlərə ehtiyyac duyulur. Bu kreditlərin verilməsində bankların və bank olmayan kredit təşkilatlarının böyük rolu var. Lakin hər bir bank və kredit təşkilatı öz risklərini sığortalamaq üçün verilən kreditin təmin edilməsini əsas vəzifə kimi ortaya qoyur.

Qanunvericilikdə kreditin bir cox təminat üsulları nəzərdə tutulub. Onlardan bu gün ən aktual və əhalini maraqlandıran zaminlikdir. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 470-ci maddəsində zaminliyin birbaşa anlayışı verilib. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
Davamı →

Zamin olmağın riskli tərəfləri

Statistikaya əsasən bank kreditlərinin çox fiziki şəxslərin zəmanəti əsasında verilir. Əgər borcalanın vicdansız olduğu üzə çıxarsa, yəni o pulu qaytarmaqdan imtina edərsə, kreditorlar pulu zamindən tələb etməyə başlayır və ya borcu borcalanın mülkiyyətinə yönəldir.

Borcun bağlanması ilə problem yarandığı təqdirdə bank hər iki borcalana qarşı iddia qaldırmaq hüququna malikdir. Məhkəmənin sonrakı qərarları müqavilədə əks olunmuş zaminin məsuliyyət dərəcəsinin ölçüsündən asılıdır. Əgər zamin öz şəxsi evi ilə borcalana zəmanət veribsə, həmin mülkiyyət hərraca çıxarıla bilər.

Davamı →

Girovdan necə istifadə etmək olar?

Hər hansı bir obyektin girov qoyularaq kredit əldə edilməsi geniş yayılmış kreditləşmə növlərindən biridir. Lakin kredit üçün girov təqdim edərkən bir faktı yaddan çıxarmaq lazım deyil ki, artıq bu girovdan tam səlahiyyətli olaraq istifadə edə bilməyəcəksiniz. Şərtlərin pozulması halında kredit təşkilatı cərimə sanksiyalarına müraciət edə bilər.

Girov obyekti əsas xarakteristikalarını qoruyub saxlamalı və yararlı vəziyyətdə qalmalıdır. Əks halda girovun vəziyyəti yararsız olaraq qiymətləndirilir.
Davamı →

Bank nə vaxt müştərini məhkəməyə verə bilməz?

Günümüzdə maliyyə sıxıntısı yaşayan hər kəs geri ödənilməsi çətin olsa belə çıxış yolunu bankdan kredit əldə etməkdə görür. Elə bu səbəbdən də həmin borclarını geri ödəməkdə çətinlik çəkirlər.

Təbii ki, yüksək faizlərlə olan krediti alıb, probleminizi həll etmək işin ən asan tərəfidir. Lakin krediti əldə etdikdən sonra geri qaytarmaq heç də asan deyil. Çünki banka olan borcunuzu geri qaytararkən əsas məbləğlə birlikdə bank faizləri üstəgəl komisyon haqqları da ödəməli olacaqsınız. Lakin bəzən bank kredit müştərisi olmuş şəxslər, kredit borclarını ödəməkdə çətinlik çəkir və bir müddət sonra ödəmə edə bilmirlər. Nəticə isə problemli kreditlərin artmasına gətirib çıxarır.
Davamı →

Subroqasiya hüququ

Subroqasiya Subroqat sözündən götürülməklə yerini almaq, yerini vermək və ya əvəz etmək kimi mənaları ifadə edir. Türkiyə qanunvericiliyində Subroqasiya hüququ rücu hüququ kimi işlədilir. Ümumiyyətlə, subroqasiya hüququ bir şəxsə başqasına məxsus olan tələb hüququnun keçməsi kimi də başa düşülə bilər. Mülki hüquqda Subroqasiya hüququna oxşar formalardan tələbin güzəştini və reqress hüququnu da göstərə bilərik.

Yuxarıdakıları daha da yaxından nəzərdən keçirdikdə görə bilərik ki, Subroqasiya bu barədə razılığa gələn tərəflər arasında bağlanmış müqavilə əsasında yaranan hüquqdur. Müqavilə ilə əlaqədar olaraq bir şəxs (sığortaçı) digər şəxsə (sığortalıya) üçüncü şəxs (zərərvuran) tərəfindən vurulmuş zərəri ödəyir və dəymiş zərərə müvafiq olaraq da zərərvurandan ödənmiş sığorta ödənişi miqdarında borcu geri tələb etmə hüququ əldə edir. Qanunvericilikdə Subroqasiya Sığorta münasibətləri sferasında yaranan hüquq olaraq göstərilmişdir.
Davamı →