Qaraciyəri bərpa edən N vitamini

N vitamini (lipoy turşusu) keçmiş əsrin ortalarında aşkar olunub. Bu tam vitamin deyil, vitaminə bənzər maddə sayılır.
Lakin bu maddə orqanizmə olduqca güclü təsir göstərir.
İlk növbədə N vitamini orqanizmdə gedən turşuma proseslərini ləngidir. Alimlərin fikrinə görə, məhz bu proseslər orqanizmin qocalmasına və bir çox xroniki xəstəliklərin, o cümlədən xərçəngin inkişafına səbəb olur.

Davamı →

Qaraciyərin dadlı bişirilməsinin qaydaları

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır.
1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır. Bu o deməkdir ki, öd kisəsi zədələnib və qaraciyərin dadı acı olacaq.
2. Bişirdikdən əvvəl qaraciyərdən bütün damarları kəsin və üzərində olan plyonkanı çıxardın. Plyonkanın daha asan çıxması üçün qaraciyəri qabaqcadan 2-3 dəqiqə ilıq suda saxlayın.
Davamı →

Qara ciyərin sağlamlığı üçün faydalı təbii içki

Bu faydalı içki qara ciyər və öd kisəsi üçün çox faydalıdır — iltihabəleyhinə təsir edir, fəaliyyətini yaxşılaşdırır, təmizləyir, möhkəmləndirir, bərpa proseslərini sürətləndirir. Sizə bu faydalı içkinin reseptini təqdim edirik.

Tərkibi:
— 1 ədəd qreypfrut
— 1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfil
— 1 diş sarımsaq
— 1 x.q. bal
— 200 ml su

Hazırlanması:
1. Sarımsaq sarımsağəzənlə əzilir, sürtgəcdən keçirilmiş zəncəfillə yaxşı qarışdırılır.
2. Qreypfrutdan şirə sıxılır.
3. Sarımsaqla zəncəfilin qarışığı, şirə, bal və su blenderlə yaxşı qarışdırılır və axşam yatmazdan təxminən 1 saat əvvəl kiçik qurtumlarla içilir. Bu içkini həftədə 2-3 dəfə qəbul edin.
Davamı →

Müasir Məcunlar

Bugünkü gündə fərqli təsirə malik bitkilərdən və bitki qarışıqlarından ibarət məcunlara maraq daha çoxdur. Bitkiləri ayrı-ayrılıqda dəmləməyə vaxtı olmayanlar və rahat şəkildə fitoterapiyadan yararlanmaq istəyənlər bitki tərkibli təbii məcunları yemək şəklində istifadə edirlər.  Bir sıra xəstəliklərdə praktikamda da tətbiq etdiyim  məcunlarla sizi tanış edəcəm.

Boy-inkişafı artırmaq üçün məcun:

Bal – 1 kq,  Çiçək tozu – 100 q, Arı südü – 20 q, keçibuynuzu meyvəsi tozu – 200 q və Şirin biyan kökü – 100 q. Bir-birinə qarışdırlır və 2 gün qaldıqdan sonra istifadə etməyə başlamaq olar.

Bu təbii məcunun tərkibi sink, kalsium və mis kimi elementlərlə zəngindir və bu maddələr  boy uzanması üçün olduqca lazımlı mikroelementlərdi. Boy üçün lazım olan vitamin və mineralları cəmləyən bitki mənşəli boy və inkişaf məcunu yaşa uyğun boyun korreksiyasını həyata keçirir.

10 yaşa qədər 1 çay qaşığı 3 dəfə yeməkdən sonra.

10 yaşdan sonra 1 xörək qaşığı 3 dəfə yeməkdən sonra.

Qızlarda 15 yaşa, oğlanlarda isə 18 yaşa qədər təyin edilir. Orqanizmdə boyatma imkanının olması rentgenoloji təsdiq olunan hallarda təbii məcun qızlarda 18 yaşa, oğlanlarda isə 20 yaşa qədər təyin edilə bilər.

 


Ardı →

Qara ciyəri möhkəmləndirən vasitələr

Qara ciyər insan orqanizmində ən əsas orqanlardan biridir.

Qara ciyərin sağlamlığı  bütün orqanizmin sağlamlığında əsas rollardan birini oynayır. Qara ciyər orqanizmin filtridir. Filtr "çirklənəndə", şlaklar, toksinlər və s. ziyanlı maddələr orqanizmdə yığılmağa başlayır və bu bütün orqan və sistemlərin fəaliyyətinə mənfi təsir edir.

Spirtli içkilərin qəbulu, siqaretlərin çəkilməsi, düzgün olmayan qidalanma (menyuda daim qızarmış, çox yağlı, duzlu, istiotlu, konservləşdirilmiş, hisə verilmiş qidaların, fast-fud qidaların və s. olması), dərman preparatların nəzarətsiz qəbulu, pis ekoloji şərait, streslər və s. mənfi faktorlar qara ciyərin sağlamlığına ciddi zərbə vurur. Nəticədə insanda qara ciyərin funksiyasının pozulması simptomları meydana çıxır — sağ tərəfdə qabırğa altı nahiyəsində ağrılar, qida qəbulundan sonra ağırlıq, zəiflik, halın pisləşməsi, tez-tez təkrarlanan «səbəbsiz» baş ağrıları, dilin üzərində ağ və ya sarı ərp, ürəkbulanması, ağızda daim acı dadın olması, gəyirmə, qarında köp, qəbizlik və s.


Ardı →

Özünü yeniləmə bacarığına malik yeganə orqan: Qaraciyər

500 müxtəlif funksiyanı eyni anda yerinə yetirən qaraciyər hüceyrələri enerji üçün ehtiyacları olan şəkər olmadıqda hansı metoddan istifadə edirlər?

İnsan orqanizmi öz-özlüyündə bir aləm, sanki bir şəhərdir. Bu şəhərin içində nəqliyyat yolları, binalar, fabriklər, kanalizasiya sistemləri, üstün texnologiyalardan daha mükəmməl cihazlar, şüurlu davranan hüceyrələr, öz sahəsində peşəkarlaşmış mütəxəssislər (hüceyrələr, hormonlar, ifrazat vəziləri), tam təchizatlı əsgərlər və s. mövcuddur. Bu qüsursuz yaradılmış aləmin içində Allah bir-birindən möcüzəvi yüzlərlə sistem və orqanlar yaratmışdır. Sağlam bədənə sahib olmağımıza səbəb olan bu orqanlardan biri də qaraciyərdir.

 Qaraciyərin təqlidedilməz funksiyaları

Qan dövranı sistemində mükəmməl filter funksiyasını yerinə yetirir: suda həll olan, orqanizmin tullantıları olan sadə maddələr böyrəkdə təmizlənir, dərmanlar və hormonlar kimi mürəkkəb kimyəvi quruluşlu tullantıları isə ancaq qaraciyər təmizləyir. Qaraciyər olmasaydı və ya bu xüsusiyyətindən məhrum olsaydı, sözügedən kimyəvi tullantılar orqanizmdə ciddi zəhərlənmələrə səbəb olardı.


Ardı →

Şlaklanmış qaraciyər sahibinin əlamətləri:

Şlaklanmış qaraciyər sahibinin əlamətləri:

1. Artıq çəki və sellülit

2. Belin öz formasını itirməsi

3. Dilin kənarlarında sarı ərpin olması

4. Qaşların arasında vertikal qırışların və səpgilərin yaranması

5. Sağ ayağın çeçələ barmağının alt səthində döyənəyin olması

Qaraciyərdə «iməclik» aparmağın yolları:

1. Dazıotu, solmazçiçəyi, Hepartea çayı, zəncirotu kökündən ibarət bitki dəmləmələri içmək.

2. Öd durğunluğunun qarşısını almaq üçün fiziki məşqlər etmək.


Davamı →

Qaraciyərin tubajı (təmizlənməsi)

Tubaj proseduru qaraciyərdaxili öd durğunluğunun qarşısını alaraq, ödün öd yollarında hərəkətini asanlaşdırır və onikibarmaq bağırsağa tökülməsini təmin edir.

Səhər acqarına ödqovucu Teaxolin çayı içilir və 30 dəqiqə sonra 38-40°C-dək qızdırılmış alma və ya üzüm şirəsi, ya 2-5 xörək qaşığı zeytun yağı, ya da yarım stəkan isti suda həll edilimiş 1 xörək qaşığı bal qarışığı qəbul edilir. Bundan sonra sağ qabırğaaltı nahiyəyə isti istiqac (qrelka) qoyulub, sağ tərəf üstə 1,5-2 saat müddətinə yorğana bürünüb uzanılır. Lakin bu müddətdə yatmaq olmaz! Prosedur qurtardıqdan sonra dərindən nəfəs alınır və səhər yeməyi yeyilir.

Diqqət! Öd kisəsində daş olanlar bu proseduru edə bilməzlər!

Proseduru etməzdən qabaq mütləq həkimlə məsləhətləşin!




Davamı →

Birincili qaraciyər xərçəngi

Hepatosellülar Karsinoma (HCC), xolangiokarsinoma, hepatoma və hemangiosarkoma «Birincili Qaraciyər Xərçənglərinə» (BQX) aid edilirlir. BQX dedikdə qaraciyəri təşkil edən fərqli toxuma növlərindən qaynaqlanan xərçəng nəzərdə tutulur. HCC özlüyündə hepatositlər adlanan qaraciyər hüceyrələrindən inkişaf edir. Qaraciyərdə rast gəlinən bədxassəli törəmələr daha çox metastatik olur. Qaraciyərə daha çox metastaz verən xərçəng növlərinə yoğun bağırsaq, ağciyər və süd vəzi xərçəngləridir.
Birincili qaraciyər xərçəngləri içərisində daha çox rast gəlinəni Hepatosellülar Karsinomadır. HCC xərçəngdən ölümün səbəbi kimi digər xərçənglər arasında üçüncü yeri tutur. HCC daha çox Asiya və Afrika ölkələrində rast gəlinir və hər 100.000 nəfərə 500 xəstə düşür.


Ardı →

Həzm orqanları

Həzm sisteminin vəzifəsi qəbul olunmuş qidanı müəyyən mexaniki və kimyəvi dəyişikliklərə uğradaraq həzm etmək, həzm olunmuş qidanı sormaq və qalıq hissəni bədəndən xaric etməkdir.
Həzm sisteminə həzm kanalı və həzm sistemi vəziləri aiddir. İnsanda həzm kanalı 8-10 m uzunluğunda olub, aşağıdakı şöbələrə bölünür: ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik və yoğun bağırsaqlar. Həzm sisteminin böyük vəzilərinə qaraciyər, mədəaltı vəzi böyük ağız suyu vəziləri aiddir.
Ağız boşluğuna düşmüş qida müəyyən mexaniki və kimyəvi dəyişikliyə uğradıqdan sonra əsnək vasitəsilə udlağa, oradan qida borusuna, mədəyə keçir. Mədədə həzm olunmuş qida nazik bağırsağa, sonra yoğun bağırsağa daxil olur və nəhayət, qalıq hissə xaric olur. Qida həzm olduqdan sonra lazımi maddələr qana sorulur.


Ardı →