Sağlam şəkildə idmanla məşğul olmanız üçün bəzi qaydalar

Ətrafınızdakı insanlardan hansısa idman hərəkətlərini öyrənib məlumatsız halda onları təkrarlamanız əsas səhvlərdən biridir.
Vücudunuza uyğun olmayan idman hərəkətlərini etməniz sizi istəyinizə qovuşdurmayacaq.
Yüngül hərəkətlərlə idmana başlamadan qəfildən ağırlıq hərəkətləri etməniz əzələ deşilməsi, liflərdə zədələnmə, hətta qopmalara da səbəb ola bilər.
Buna görə də vücudunuzun ağır hərəkətlərə öyrəşdiyinə əmin olun.
İdman zamanı hansı əzələni hərəkət elətdirmək istədiyinizə zehni cəhətdən özünüzü alışdırın.
Diqqətinizi sadəcə idmana yönəldin və başqa bir şey düşünməyin.  

İdman zamanı önəmli bir həcmdə su itkisi yaşanılır                                                

İdmanda susamamanız üçün əvvəlcədən su içməlisiniz. İdman edərkən itirə biləcəyiniz suyun əvəzini ödəmək üçün yanınzda su saxlayın və tez-tez su için. Bunun sizə ziyanı olmaz.

Yeni idmana başlayanlar idmandan çox şey gözləyirlər, ancaq buna nail ola bilmirlər. Hədəflərinizi qarşınıza qoymağınız xəyallarınızın puç olmasını əngəlləyəcək

 

 
Davamı →

Saçların düzgün yuyulma qaydaları

Saçlara qulluq edilməsində əsas şərt onların yuyulmasıdır. Mütəxəssislər uzun müddət saçları hansı tezlikdə yumaq lazım olması barədə xeyli mübahisə etdikdən sonra, belə qərara gəlmişlər ki, onları çirkləndikcə yumaq lazımdır.

Konkret bir rəqəm göstərmək çətindir, çünki saçların çirklənməsinin tezliyi bir sıra faktorlardan asılı olur: dəri və saçların tipindən, onların uzunluğundan, xanımın işin xarakterindən, ilin fəsillərindən və s. Saçları yağlı olanlar saçları normal və quru olanlara nisbətən, onları daha tez-tez yuyurlar.

Qış aylarında saçlar daha tez çirklənir, çünki baş örtükləri baş dərisini “normal nəfəs almağa” qoymur ki, bunun da nəticəsində dəri daha çox piy ifraz edir. Saçlarını yığmaq üçün hər gün müxtəlif vasitələrdən (gellər, muslar, laklar) istifadə edənlərə saçlarını hər gün yumaq məsləhət görülür, çünki bu vasitələr saçları ağırlaşdırır ki, bu da onların keyfiyyətinə pis təsir edir.
Saçların gündəlik yuyulmasında məhz bu məqsəd üçün nəzərdə tutulmuş yumşaq şampunlardan istifadə etmək lazımdır (bu barədə qablamanın üzərindəki qeydləri oxuyun).


Ardı →

Sevgililərin bilməli olduğu qaydalar

Uzun müddət və sağlam bir münasibət qurmaq istəyirsinizsə, həqiqətləri və sevdiyiniz insanı olduğu kimi qəbul etməlisiniz.

Sevgilinizin ailəsindən xoşunuz gəlməsə də, hörmət göstərmək məcburiyyətindəsiniz.

Bir-biriniz üçün nə qədər faydalı və nə qədər lazım olduğunuzu müəyyənləşdirin. Bir müddət sonra fikriniz dəyişə bilər. Ona görə də bu suallara məntiqli cavab verin.

Vacib məsələləri bölüşməlisiniz. Kişilər sirləri heç sevmir. Gizli qalan məqamlar sonradan yaxşı nəticələnməyə bilər.

Onu olduğu kimi qəbul edin və dəyişdirməyə çalışmayın.

Eyni fikirdə olmadığınız zaman mübasihəyə etməyin. Ortaq bir məxrəcə gəlməyə çalışın.  

Bir-birinizə qarşı hər zaman dürst davranın.

Sevdiyiniz insana hər gün sevdiyiniz bir xüsusiyyətini deyin.
Ardı →

Şəkildə gözəl düşməyin 10 qaydası

Sosial paylaşım saytları, ya da xüsusi dəvətlərdə şəkil çəkdirmək kabusa çevrilibsə, 10 qızıl qaydaya əməl edin. 

1. Saxta Kate Moss sümükləri düzəldin. Almacıq sümüklərini ənliklə yaxşıca bəlli edin. Burun sümüklərinin yanlarına isə qaraldıcı çəkin. Beləcə üzünüzün daha sümüklü görünməsini təmin edə bilərsiniz. 

2. İşıqda ləkələrin bəlli olmaması üçün korrektor çəkin. Göz ətrafını ağappaq etmədiyiniz müddətdə bütün fotolarda əla görünəcəyinizə əmin olun. 

3. Dərinin yağlı görünməsinə icazə verməyin. Kirşan çəkməmiş heç bir şəkil çəkməyin. Atıqları isə salfetlə təmizləyin. 

4. Saralmış dişlərə əlvida deyin. Qırmızı dodaq boyası ilə dodaqlarınız dişlərin sarılığını kölgədə qoyacaq. 

5. Şəkil çəkdirmək fobiyanızın əsasını qolların kilolu düşməsi təşkil edirsə, duruşunuza diqqət edin. Bir az yan dayanın, ayaqlarınızı çarpaz tutun və əlinizi qıçlarınızın üstündə yerləşdirin.
Ardı →

Qaydalar-2

Saytda müraciət forması kimi alə,qədeş,bratello,bratan müraciət formaları yığışdırılır. Yalnız istifadəçinin logini(məsələn,mr13) yaxud öz adı(Nadir) işlənir.Üstünlük birinci formaya verilir.

Dalbadal 7 mövzuda şərh yazana minus verilsin. Kimsə gedib 1 ay kənddə dincələndən sonra gəlib görür ki,saytda yüz dənə məqalə var.Başlayır onların hamısına şərh yazmağa. Belə halın qarşısını almaq üçün tələb olunur ki,istifadəçi diqqətlə,aram-aram şərh yazsın. Vacib deyil ki şərhlərin hamısı bir saatın içində yazılsın.

Saytda kütləvi reytinq azaltmağa və artırmağa çağırış olmasın. Filankəs Arsenalın zəif olduğunu dedi,gəlin bu Mançester azarkeşinə kütləvi minus yazaq kimi hallar aradan qaldırılsın.Elə hal olanda çağırışçının özünə minus verin. Kütləvi çağırış yalnız yumor üçün yazıldıqda,pis məqsəd güdmədikdə işlənə bilər.
Ardı →

Saytdaxili müraciət və ünsiyyət barədə

Yeniə fəaliyyətə başlayan saytımız artıq istifadəçilərlə zəngin olmağa başlayır. Yeni istifadəçilər isə təbiidir ki,saytda özünü bir qədər narahat hiss edirlər(эффект новичка). Saytdaxili müraciət də mühümdür. Beləiklə,aşağıdakıları sayt ictimaiyyətinin nəzərinə çatdırıram:
1. müraciət zamanı yalnız istifadəçi adı işlənir.qaqaş, Leyla xanım, ay qız, brat kimi müraciət formaları bundan sonra olmasın. İstifadə edənlərin reytinqinə minus veriləcək.
2. Maksimum dərəcədə nəzakətli olmaq. çox işləyən adama eşşək kimi əlləşib-vuruşur demək olmaz.
3. tənqidlər tez düzələndirsə,bunu şəxsi mesajla müəllifə çatdırmaq. Post yazılan kimi hipertoniya sözündə r hərfini yazmadığına görə müəllifi tənqid atəşinə tutmaq lazım deyil.
4. kat( səhifə bölənindən) istifadə etmək. Məqalə uzundursa yaxud içində şəkil varsa, mütləq səhifə bölənindən istifadə edilməlidir.
5. sitat gətirərkənkursiv, nəyisə vurğulamaq istərkən qalın formatlama olsun.Redaktordan düzgün istifadə olunsun.
6. Microsoft Wordd'n istifadə etməyin. Sadəcə mətni ordan götürüb copy-paste etməklə günah işlətmiş olursuz. Nə yazınız varsa,redaktorda yazın.
7. Saytda bir nəfər kişi istifadəçinin(yəqin ki,elədir) qızlara şəxsi mesajda tanışlıq təklif etməsi və s. olmuş və qızlar bundan şikayət etmişdi. Bilməyənlər bilsin,bilənlər də təkrarlasın. Bura mamba,loveplanet,evlənmə bürosu və s. deyil. Hər iki tərəf könüllü tanış olmaq istəyirsə,buyursun.amma spam yazmaq,insanlara narahatlıq vermək qəti qadağandır.

Kimin nə əlavəsi varsa desin.
Davamı →