Qadınlar niyə çox danışır?

Kişilər bir qadının xarici görkəmini nə qədər bəyənsə də, çox danışdığı halda gözündən düşür və bundan şikayət edirlər. Halbuki, bunun əsas səbəbkarı özləridir. Qadınlar sevgi və diqqət görmədikdə çox danışan, deyingən olur.

Bu mövzu il əlaqədar olaraq psixoloqlar müxtəlif araşdırmalar aparıblar. Məlum olub ki, xanımların çox danışmağa üstünlük verməsi daxilində baş qaldıran üsyan və problemləri danışaraq həll edə biləcəklərinə ümid etmələrindən qaynaqlanır.
Davamı →

Qeybət psixologiyası

Təbiətin ən ali varlığı, yaradanın ən qiymətlisi insan dünyaya gələndə onunla (müstəsna hallar istisna olmaqla), halı xasiyyəti, ağlı və istedadı da da birgə doğulur.

Müstəsna hallar dedikdə ilk öncə insanın düşdüyü mühüti və şəraiti nəzərdə tuturuq. Bəzən mühit və şərait insan ağlına, düşüncəsinə ciddi təsir edir. Təbii ki, bu bir başqa yazının mövzusudur. Dünyaya gələn insanın dünyaya baxışı müxtəlif olduğu kimi, hər bir insana baxış da müxtəlif ola bilər. Əqlinə və əməlinə görə, Mövlanə Cəmaləddin Rumi, Fəzullah Nəimi, İmaməddin Nəsimi, Ibni Sina kimi müdrüklər insanlara qiymət verərkən onları Kamil insan və cahil insan kimi şərti qiymətləndirmə üsulundan istifadə edərək iki qurupa bölmüşlər…
Davamı →

Qeybət

Peyğəmbərimiz bir gün səhabələrinə oruc tutmağı əmr edərək :

— Mən icazə vermədən heç kəs orucunu açmasın — deyə buyurur.

Hər kəs oruc tutur. Axşam tək- tək müraciət edənlərə Peyğəmbərimiz iftar icazəsini verir. Bir adam gəlib deyir :

— Ya Rəsulallah, iki gənc qız oruc tutublar və yorulublar. Özləri gəlməyə utanırlar. İcazə versəniz, iftarlarını açardılar.

Rəsuli- Əkrəm (s.ə.v ) icazə vermədi. Kişi iki dəfə gəldi. Rəsulallah dedi :

— Onlar oruc tutmadılar. Bütün gün bir- birinin ətini yeyənlər necə oruclu olurlar ?! Get onlara de. Əgər oruc tutdularsa istifra etsinlər baxaq.

Kişi gedib lazım olanları deyir. Onlar da deyiləni etdi və qan laxtası qusdular. Kişi Rəsulallaha vəziyyəti bildirdi.

Peyğəmbərimiz ( s.ə.v. ) :

— Allaha and içərəm ki, əgər qusmayıb bu qan laxtaları mədələrində qalsaydı, yerləri cəhənnəm atəşi idi.

 

Yuxuda görülən həqiqət....

Allahın sevimli qullarından biri bir yuxu görür: yuxusunda ona belə deyilir: «Səhər olunca, qarşına ilk çıxanı ye, ikinci çıxanı saxla, üçüncü çıxanın diləyini qəbul et, dördüncü gələni üzmə, beşincidən də qaç!» Səhər oldu… çölə çıxdı. Yola qoyulub getdi.
Qarşısına bir dağ çıxdı. Bu böyük dağı görüncə çaşdı. Öz-özünə belə dedi: Rəbbim mənə bunu yeməmi əmr etdi. Sonra belə dedi: Rəbbim mənə gücümün çatmayacağı bir şeyi əmr etməz. Onu yeməyə qərar verdi. Dağa doğru getdi. Yaxınlaşdıqca dağ kiçildi. Tam yaxınlaşdığı zaman böyük dağ bir loxmaya çevrilmişdi. Onu tutub yeddi, baldan şirindi. Allaha həmd etdi, yoluna davam etdi.


Ardı →

Qeybət haqqında

İslam alimlərindən Cüneyd Bağdadi bir məclisdə idi. Bir gənc gəlib:
-Allah rizası üçün mənə kömək edin. Mənim köməyə ehtiyacım var,-deyir.
Cüneyd Bağdadi baxır ki,gənc sapsağlam bir adamdır.«Bu gənc bu halı ilə dilənçilik etməkdən utanmırmı? Nəyə görə işləyib qazanmaq əvəzinə ,dilənçiliklə özünü alçaldır?!»-deyə düşünür.
O gecə bir yuxu görür. Yuxusunda məsciddə gördüyü gəncin bədənindən kabab hazırlayıb qabağına qoyurlar və Cüneyd Bağdadiyə :«Bunu yeməlisən!»-deyirlər.
Ardı →

Qeybət

Qeybət və şayiələr həyatımızın ayrılmaz hissəsidir. Ola bilər ki, elə indicə sizin, ya da mənim dalımca danışırlar. Kiminsə dalınca danışmaq dünyanın özü qədər qədim məşğuliyyətdir. Ağıllı adamlar bilir ki, eşitdiyinin təkcə yarısına inana bilərsən. Yalnız çox ağıllı olanlar bilir ki, məhz hansı yarısına. O qədər də ağıllı olmayanlar da bilir ki, bir ovuc fakt ən yaxşı düzülmüş qeybəti korlaya bilər. Hərdən adama elə gəlir ki, insan ağzını yuma bilən qüvvə tapılmayacaq. Müharibələr, aclıq, fəlakətlər, elmin inkişafı cəmiyyət üçün təbii sayılacaq bu fəlakətin qarşısını ala bilmir.


Ardı →

Ağzı qıfıllılar.

İki nəfərin bildiyi sirr deyildir.

«Qurdlar Vadisi» filmi

Mildə olan, Mildə qalır.

«Yaşıl Mil» filmi

Bildiyimiz kimi bizim xalqımızın ən gözəl xususiyyətlərindən biri informasiya ötürmək qabiliyyətinin çox yüksək olmasıdır. Müasir dövrümüzdə, KİV-lərin sürətlə inkişaf etdiyi bir zamanədə bu çox sevindirici haldır. Bir qonşunun digər qonşunun həyatında baş verən yenilikləri bilməsi onun təbii haqqıdır. Bunun üçün də hər məhlədə xususi informasiya şöbəsi var. Bu şöbəyə məhlənin ən öndə gedən xalalarından biri başçılıq edir. Hər axşam tum süfrəsində bütün qonşuların şəxsi həyatı müzakirə olunur. Kimin qızı hansı oğlana kitab verdi, kimin oğlu hansı qızla mesajlaşır və s. və s. İndi bəzi qara fikirli insanlar deyəcək ki bu qeybətdir. Lakin bu informasiyanın azad hərəkətidir.

Ardı →

Qeybət

Görəsən elə insan var ki,bir az da olsa qeybət etməsin?Umumiyyətlə qeybət nədir?Başqalarının əleyhində xoşlarına gəlməyən bir şəkildə danışmaq,arxalarından qusurlarını söyləmək qeybətdir.


Butun insanlar arasında etimad hissini sarsıdan qeybət.eyni zamanda onları ikiuzluluyədə sövq edər.Birinin uzunə deyə bilmədiyin şeyi onun arxasından danışmaq ,əlbəttə ki,dogru bir hərəkət deyildir.Bu səbəblə də,İslam dini qeybəti qəti qadagan etmişdir.


Ardı →