Həyat ildırım sürətilə dəyişir. Elm bir yerdə dayanmayıb daim inkişafdadır. Elmi-texniki tərəqqi sayəsində biz bir çox əvvəllər mövcud olmuş problemləri, xəstəlikləri unutmuşuq. Ətrafımızda çox böyük dəyişikliklər baş verməkdədir. Amma ən əsası dəyişməz qalır — biz sevməkdə, ümid etməkdə, nəsil artırmaqda, uşaq tərbiyə etməkdə davam edirik ...Bizim üçün bu dünyada uşağın dünyaya gəlməsi ən təəccüblü, qəribə və vacib hadisə olaraq qalacaq.
Hamiləlik — bu, xəstəlik deyil, bəzi həkimlərin fikrinin əksinə olaraq. Lakin buna baxmayaraq, həyatın bu dövrü qadın orqanizminə əlavə tələblər qoyur, hansılar ki, bu periodu daha həssas edir. Doğum prosesi də xəstəlik deyil, adi fizioloji prosesdir, uşağın dünyaya gəlməsi ilə nəticələnir. Amma o, orqanizm üçün böyük stress hesab olunur və bəzən həm anaya, həm də uşağa tibbi yardım tələb edir.
Ardı →