Qarpızı necə seçək?

Havalar hələ ki, sərin keçsə də qarşıdan qızmar yayın gəlməsinə şübhə yoxdur. Bəzi qidaların, o cümlədən, tərkibinin 80-90%-ni su, qalanını şəkər və başqa vitaminlərin təşkil etdiyi meyvəli tərəvəz olan qarpızın da sezonu başlayır. Bəs alıcı ürəyi istəyən — şirin, içi saf, nazikqabıq qarpızı üzdən baxaraq, onu kəsmədən bu özəlliklərə sahib olduğunu bilə bilmək üçün nələri bilməli, hansı xüsusiyyətlərə diqqət yetirməli və alıb evdə bir neçə gün saxlamaq üçün hansı qaydalara riayət etməlidir. Bunun İnfoqrafikayla izahına baxaq.
Davamı →

Yuxu gətirən qidalar

Əgər sizin yuxu ilə bağlı probleminiz varsa bu məhsullardan istifadə edə bilərsiniz. Keyfiyyətli və müntəzəm yuxu üçün əsas şərt sinir sisteminin rahat olmasıdır. 
Belə ki, bəzi məhsullar əzələləri yumşaldır, melatonun (yuxu) və xoşbəxtlik hormonu olan serotonin yaranmasını sürətləndirir. 

Amma bu qidaları yuxudan azı 1 saat qabaq yemək məsləhətdir. ANS PRESS türk dietoloq Büşra Totanın yuxu ilə bağlı məsləhətlərini təqdim edir. Onun sözlərinə görə, hər biri 200 kalori olan bu sehrli qidalar həzm sistemini yormadan insanın əsəb sistemini sakitləşdirir. 
Ardı →

İştah kəsən ləzzətli qidalar

Çəki atmanızı asanlaşdıracaq ləzzətli qidaların siyahısı:

Xiyarı yaxşıca yuyub incə-incə doğrayın və üzərinə bol dərəotu səpin. Bu tərəvəzin kalorisi çox azdır və adamı tox tutur.

Gül kələmi və brokolini yaxşıca doğrayıb  üzərinə qatıq əlavə edin. Liflə zəngin olduğundan sizi uzun müddət tox saxlayacaq.

Şirniyyat əvəzi olaraq 250 qram gavalını darçınla qaynadıb yeyinn. 

Bir porsiya yaşıl lobyanı 20 dəqiqə suda qaynadın, sirkə, duz və istiotla dadlandırın. İstəsəniz, üzərinə yağsız krem də əlavə edə bilərsiniz.

200 qr ananası süzgəcdən keçirin. İçinə 100 qram kefir və təzə nanə əlavə edin. Ananasın tərkibində olan fermentlər, protein həzmi sürətləndirdiyindən adamı gec acdırar.


Ardı →

Göz sağlamlığı üçün vitaminlər və faydlı qidalar

Ekoloji faktorlar, genetik xüsusiyyətlər və yaşın artması göz sağlamlığında müxtəlif problemlər yarada bilər. Günümüzdə lazımi proseduralardan əlavə istəyə uyğun lazımi qidalardan da istifadə etmək olar. Bildiyimiz kimi bədənimizin ən əhəmiyyətli orqanlarından biri olan gözləri qorumanın ən asan yolu  təbii qidalardan keçir.

Göz sağlamlığı üçün bədəni nizamlı olaraq lazımi vitaminlərlə təchiz etmək vacibdir. Həmin vitaminlərə A, E, C, B2 vitaminləri də daxildir. Omeqa 3 və omega 6 yağ turşuları sink, maqnezium da göz üçün faydalı hesab olunur. Bəzi həblər və vitaminlərin bədəndə yığılaraq müxtəlif  xəstəliklərə səbəb ola bilər. Məlumatda həmçinin bildirilir ki, beyin ətrafındakı mayenin artımı və göz sinirinə bu mayenin etdiyi təzyiq görmə itkisi yarada bilər. Bu baxımdan təbii və faydalı qidalardan günlük istifadə etməklə göz sağlamlığının keşiyində durmaq olar.

Göz sağlamlığı üçün faydalı olan qidaları Avropa Göz Qrupunun Səhiyyə Direktoru hesab olunan Prof. Dr. Ömər Kamil Doğananın açıqladığı bildirilir. O, göz sağlamlığı üçün A vitamininin bol olduğu qidaların başında süd məhsulları və bütün qırmızı, yaşıl, narıncı meyvə və tərəvəzləri məsləhət görüb. A vitamininin kafi miqdarda istifadəsinin başda gecə korluğu, olmaq üzrə makula degenerasiyası (sarı nö


Ardı →

Gündəlik problemlər | Sağlam qidalanma necə olmalıdır

Ailəli qadınların gündəlik qayğılarının əsasını günün menyusu təşkil edir. Sadə dillə desək, «nə bişirim» problemi. Xüsusilə ailə həyatının ilk illərində qadınlar gündəlik qidanın nədən ibarət olduğunu dəqiq müəyyənləşdirə bilmirlər. Nahardan azacıq vaxt keçəndən sonra kiminsə yenidən yemək istəməsi başqa işələrə mane olur. Nə etmək lazımdır ki, ailə üzvləri bir-iki saatdan sonra yenidən acmasınlar? Təbii ki, bunun da çarəsi var. Bunun üçün nahara, şama nə bişirəcəyinizə qərar verməzdən əvvəl ərzaqların kalorisini dəqiqləşdirməyi unutmayın. Ən əsası isə hər şeyin ailəniz üçün maksimum xeyirli olmasına nəzarət edin.

Bəs gündəlik qidanın tərkibi necə olmalıdır? Unutmayın ki, düzgün qidalanma insanın sağlamlığı üçün ən vacib amildir. Gündəlik rasionda zülallar, yağlar, karbohidratlar, mineral duzlar və təbii ki, vitaminlər olmalıdır. Bu üzvi maddələrin hər biri müəyyən miqdarda insan orqanizmi üçün çox vacib və faydalıdır.

Zülallar                        
Zülallar hər bir canlı hüceyrədə olur. Onlar yeni hüceyrələrin yaranması, bütün orqanizmin toxumalarının bərpası və inkişafı üçün lazımdır. Zülallar həm heyvan, həm də bitki mənşəli olurlar. Heyvan mənşəli zülallar ən çox süd, ət, balıq və yumurtanın tərkibində mövcuddur. Tərəvəzlər, yarmalar, çörək bitki mənşəli zülallarla zəngindir. Qidalanma üçün meyvələrin, kələmin və kartofun tərkibinə daxil olan zülallar xüsusi əhəmiyyət kəsb edir. Hər bir insan gündə 100-120 qram zülal qəbul etməlidir. Fiziki işlə məşğul olan insanla üçün gündəlik zülal həddi 150-160 qramdır. Bu miqdarın 60 faizini heyvan mənşəli zülallar təşkil etməlidir.


Ardı →

Bədəni gənc və təravətli saxlayacaq qidalar

Yaşınızın neçə olmağından asılı olmayaraq bədəniniz sağlam və canlı olduğu müddətdə özünüzü həmişə gümrah, gənc hiss edəcəksiniz. Belə ki, kosmetika sektoru bu sahədə çox inkişaf etmiş olsa da, ən təsirli üsullara sağlam qidalanma və idmanla məşgul olmaq aiddir.

Amerika dieta saxlayanlar  dərnəyi, bədəni gənc və təravətli saxlayacaq yeməkləri, qidaları açıqlayıb. Bunlara sırf buğdadan hazırlanan makaron, qovrulmuş qarığdalı, yumurta, paxla, qatıq, kanola yağı, təbii şirniyatlar və desertlər (bal, bəhməz və s.) aiddir.

Ensklopedik biliklərə əsaslanan və söykənən bu qidalar insanlarda vaxtından tez yaşlanmağın qarşısını almaqla bərabər onları xərçəngə və ürək xəstəliklərinə qarşı qoruyur.

Sırf buğdadan hazırlanan makaron adı verilən bu qidanın tərkibində adi, normal makarondan üç qat artıq antioksidant var. Tədqiqatçılar tədqiqatlar zamanı qidada olan liflərin xolestrolu azaldaraq, ürək tutması xəstəliyi olan kəslərin bu riskdən uzaq olduğunu göstərir.


Ardı →

Uşaqların qidalanmasında vacib olan 10 qida

Balanslı qidalanma ilə uşaqlarınızın sağlamlığını qoruya bilərsiniz.

Böyüyən kiçik bədənlərin xüsusi vitamin və minerallara ehtiyacı vardır. Bir çox ləzzətli yeməklər və qidalar uşaqların aktiv yaşam tərzini təmin etməyə kömək edir.

Uşaqların qidalanmasında önəmli yer tutan 10 vacib qida:

Şirin kartof

Gül kələmi- (Gül kələmi — Bu bitki C vitamini bazasıdır. Bir stəkan süddən daha çox kalsiuma malikdir. Ürək xəstəliklərinin qarşısını alır, xərçənglə mübarizədə, immunitetin güclənməsinə kömək edir)

Buğdalı qidalar
Pendir
Qatıq
Balıq,
Qaragilə
Süd
Yumurta
Mal əti


Davamı →

İnsan orqanizminə xeyirli olan qida növü

Mütəxəssislər soyutma qidaları məsləhət görürlər.

Türkiyə və bir sıra xarici ölkə alimləri 120 dərəcə istilik altında bişirilən və qızardılan qidalarda xərçəng şişinə yol aça bilən akrilamid maddəsinin formalaşdığını müəyyənləşdiriblər. 120 dərəcədən az temperaturda bişirilən qidaların daha xeyirli olduğunu qeyd edirlər.

Akrilamidin daha çox tərkibində nişasta olan çörək, kartof qızartması və digər qənnadı məmulatlarında daha çox olduğu bildirilir və  bu cür qidaları nisbətən aşağı temperaturda tədricən bişirməyi məsləhət görürlər.

Beləliklə suda pörtülmüş qidaların insan orqanizmi üçün daha xeyirlidir!


Davamı →

Ətin saxlama müddəti

Sağlam və ləzzətli yeməklərin hazırlanması, ilk növbədə, qidalardan və keyfiyyətdən asılıdır. Qidaları isə təzə və tər saxlamaq bacarıq tələb edir. Soyuducu bəzi qida məhsullarını uzun müddət saxlamaq üçün ideal bir yerdir. Amma hansı ərzağın, necə və nədə soyuducuya qoyulmasından çox şey asılıdır.

Məsələn, Pakistan alimlərinin gəldiyi nəticəyə görə, əti soyuducuda 10 gündən artıq saxlamaq zərərlidir. Onlar bu müddətdən artıq ətin soyuducuda saxlanılmasından imtina etməyə çağırırlar. Məhsul 10 gündən artıq soyuducuda saxlanarsa, ondakı zülal tamamilə məhv olur. Bu da qida zəhərlənməsinə və mədə-bağırsaq traktının pozulmasına səbəb ola bilər.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin açıqlamasında bildirdi ki, ət soyuq temperaturda uzun müddət saxlanıla bilər. Belə olan halda, ətdə qida maddələri bir ilə qədər qalır.

Bölmə müdiri deyir ki, sadəcə, ətin saxlanmasına düzgün əməl etmək lazımdır: "Əti saxlamaq üçün qaydalara düzgün əməl olunmalıdır. Ətin donu açıldıqdan sonra dondurmaq düzgün deyil. Əti 1 ilədək mənfi 18-25 dərəcə temperaturda saxlamaq mümkündür. Bu temperaturda ət özünə məxsus xüsusiyyətlərini özündə saxlayır. Ətin donu açılaraq yenidən dondurulursa, hüceyrələrdə partlama əmələ gəlir və tərkibində olan qida madələrinin bir hissəsi məhv olur. Toyuq və balıq ətində züllalar bir qədər yumşaqdır. Saxlama müddəti və rejimləri daha ciddidir".


Ardı →