Qliserinlə üz maskaları

Qliserin bir çox kosmetik vasitələrə — krem, maska və s. daxil edilir. Soyuq fəsillərdə dəri tez-tez quruyur, çatlayır, qabıq verir. Bu vəziyyətdə qliserinlə olan maskalar sizə çox yaxşı kömək edəcək. Qliserin dərini daha yumşaq və təravətli edir, çox yaxşı nəmləndirir, dərinin cavanlığını qoruyur. 

Qliserin iysiz, şəffaf mayedir. Qliserin çox ucuz vasitədir, onu istənilən aptekdə tapmaq olar. Qliserinlə maska reseptləri:

— 1 çay qaşığı qliserin, 1 çay qaşığı bal, 1 çay qaşığı yulaf yarması unu (yulaf yarmasını qəhvəüyüdəndə üyüdün), 1 xörək qaşığı suyu yaxşı qarışdırın. Maska çox qatı alınarsa, bir qədər su əlavə edin. Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
Davamı →