8.4 Rəqiblər haqqında informasiyanın alınması və yayılması
Əmr verənlərin hərbi kəşfiyyatın məlumatlarını almaq və istifadə edə bilməməsi – bu hərbi işdə səriştəsizliyin ən vacib şərtlərindən biridir (Dixon, 1976). Bu, həm də rəqiblər haqqında kəşfiyyat məlumatlarına aiddir. Həm müharibəyə, həm də kommersiyaya xas olan rəqabət ruhunu nəzərə alsaq, görərik ki, düşmən və ya rəqib haqqında informasiyaların yığılması həm istifadə metodları baxımından, həm də etik nöqteyi-nəzərindən analojidir. Həm də hər iki halda tətbiq olunan metodların qanunauyğunluğu heç vaxt əngəl olmamışdır. Bu fəsilin son bölməsində rəqiblər haqqında informasiya yığılmasının alternativ üsullarının icmalı təqdim olunmuşdur (şəkil 8.10). Təsnifatı tərtib edərkən müəlliflər üsulların əxlaqlılıq dərəcəsinə görə təsvirini veriblər və bu zaman əksər xatırlanan metodlara etiklik baxımından mülahizələr söyləməməyə çalışmışlar.
Ardı
- ?
- 26 sentyabr 2011, 10:57
- marketoloq
- şərh əlavə et
8.3 Yaxşı rəqiblərin seçilməsi
Hər hansı bazara girmək barədə qərar qəbul edən kompaniya özünə rəqib seçir. Uyğun olaraq da, yeni imkanları seçəndə bilmək lazımdır ki, bütün rəqiblər eyni dərəcədə cəlbedici deyillər. Bazarların necə cəlbedici olduğu, kompaniyanın güclü tərəflərinin isə bazarın xüsusiyyətlərinə uyğun gəldiyi kimi rəqiblər də cəlbedici ola və ya olmaya bilər. Porter (Porter, 1985) yaxşı rəqiblərin fərqləndirici xüsusiyyətlərinin siyahısını tərtib edib. Şəkil 8.9-da bu xüsusiyyətlər, müəyyən keyfiyyətlərin rəqibləri cəlbedici göstərə biləcəyi qaydada təqdim olunub.
Ardı
- ?
- 09 sentyabr 2011, 17:36
- marketoloq
- şərh əlavə et
8.2. Rəqiblərin analizi-2
8.2.3 Rəqiblərin imkanlar profilinin qiymətləndirilməsi
Rəqiblərin resurslarının qiymətləndirilməsi onun zəif və güclü tərəflərinin öyrənilməsini nəzərdə tutur. Rəqibin məqsədlərinin, fərziyyə və cari strategiyasının onun reaksiya vermə ehtimalına, vaxtına, xarakterinə və intensivliyinə təsir göstərirsə, rəqibin resursları, imkanları və aktivləri ətraf və ya rəqabət mühitindəki dəyişikliklərə onun cavab verməsi imkanını dəstəkləməsini və hərəkətə gətirməsi qabiliyyətini müəyyənləşdirir (şəkil 8.6).
Ardı
- ?
- 03 sentyabr 2011, 11:14
- marketoloq
- şərh əlavə et
8.2 Rəqiblərin təhlili
Ardı
- ?
- 26 avqust 2011, 11:11
- marketoloq
- şərh əlavə et
