Bir sənət əsərini anlamaq üçün ona nə qədər baxmalıyıq?


Bu cavabı o qədər də mürəkkəb olmayan bir sualdır. Elm adamları bir sənət əsərini başa düşməyimiz üçün lazım olan müddəti 4 dəqiqə 8 saniyə olaraq hesablayıblar…

Bu əlbəttə bir zarafatdır. Bu sualın cavabı insandan-insana dəyişir. Belə desək, subyektiv əsaslara görə fərqlənir. Bir sənət əsərini anlamaq üçün keçirməli olduğumuz vaxt qəti deyil. Bu rəsmə baxan şəxsin nə dərəcədə mütəxəsis olmasından asılıdır. Amma bunu söyləmək yerində olar ki, ümumi mənada, sənət əsərlərinə kifayət qədər uzun müddət baxmırıq. Bu məsələdə konkret ədədlər biraz dəyişkənlik göstərə bilər, amma tədqiqatlar göstərir ki, muzeydə və ya sərgidə bir şəxs əsər qarşısında ortalama olaraq 15-30 saniyə arasında vaxt keçirir. Bu əsərin vizual olaraq ifadə etməyə çalışdığı mənanı ümumi anlamaq üçün kifayət edən bir müddətdir ( abstrakt əsərlər üçün isə kifayət deyil). Ancaq əsəri bir bütün olaraq mənimsəmək üçün bu vaxt kifayət deyil.
Davamı →

Karl Bryullov-İnes de Kastronun ölümü

    Tarixi rəsmlərin müəllifi Karl Bryullovun bir əsərinin tarixçəsi. Portuqaliya kralı IV Afonsu 1339-cu ildə oğlu Pedrunu Kastiliya şahzadəsi Konstansa Manuela ilə evləndirir. Lakin şahzadə arvadının qulluqçusu İnes de Kastroya vurulur. Onların gizli sevgi macərası 1445-ci ilə kimi davam edir. Həmin ildə Konstansa doğuş zamanı vəfat edir. Pedru artıq öz sevgisini gizlətmir. Öz gözəlliyi ilə şahzadəni özünə əsir edən İnes de Kastrodan kralın xoşu gəlmirdi. Çünki İnesin Pedrudan 3 oğlu və 1 qızı var idi. Bu da gələcəkdə Portuqaliya taxtına iddianın ola biləcəyini istisna etmirdi.Digər tərəfdən İnesin qardaşları Pedrunu Kastiliyanı işğal etməyə sövq etmək istəyirdilər. Portuqaliya kralı isə belə bir müharibəni arzulamırdı. 1455-ci ildə şahzadə Pedru hərbi səfərdə ikən kral IV Afonsunun yaxınlarının təkidi ilə İnes de Kastronu edam edirlər. Məhz qəsdçilərin İnesi edam etmək istədikləri vaxtı Karl Bryullov təsvir etmişdir. Bunu eşidən Pedru atasına qarşı vətəndaş müharibəsinə başlayır.Ağır müharibə xalqın tələbi ilə 1357-ci ildə tərəflərin barışması ilə başa çatır. Həmin il kral da vəfat edir. Taxta çıxan Pedrunun ilk işi İnesin qəsdçilərini tapmaq oldu. Rəvayətə görə Pedru şəxsən onların ürəklərini yarıb çıxarmışdır.(Birinin bel tərəfdən digərini sinə tərəfdən).Tezliklə kralın əmri ilə İnesin cənazəsi qəbirdən çıxarılaraq kraliça geyimi ilə kralla yanaşı otuzdurulur. Bütün feodallar həm kralın həm də İnesin əlini öpməklə sədaqət andı içirlər. 1367-ci ildə Pedru özüdə vəfat edir.  Onu sevgilisi ilə üzbəüz dəfn edirlər. 

Rəsm əsərləri canlanarsa

Dünyaca tanınmış rəsm əsərləri bir çox fotoqraflara ilham mənbəyi olub.

Fotoqraflar mövzu seçən zaman ilham mənbəyini tanınmış rəsm əsərlərindən tapır. Orijinal rəsm əsərləri fotoqrafların modern və maraqlı fantaziyaları ilə birliləşir.


Ardı →

Renuarın ecazkar dünyası

«Zövqümüz və məqsədimiz yoxdursa, yaşamağın mənası da yoxdu»
Emalatxanasında farfor boşqab rəngləyən Renuar (1841-1919) bu sahədə istedadının olduğunu görüb, axşamlar rəssamlıq dərsləri öyrənmək üçün rəssamlıq məktəbinə getməyə başlamışdı. Həyatı məhrumiyyətlər içində keçirdi, bu azmış kimi 1850-ci illərdə maşınların əl əməyinin yerini tutmasından sonra işsiz qalmışdı.

Amma onun rəssamlıqla məşğul olmaq arzusu qarşısındakı bütün səddlərdən, çətinliklərdən daha böyük idi. Yaşamaq və sevdiyi peşəylə məşğul olmaq üçün pul qazanmaq lazımıydı, bunun üçün o, böyük məharətlə 18-ci əsrə aid rəsm əsərlərinin surətlərini, təqlidlərini çəkməyə başladı.


Ardı →

Renato Quttuzonun qırmızı rəngi

Sənin qırmızı rəngin
fəhlənin və şairin
mübarizlərin gerçəkliyinin,
ağrının, ümidin və qələbənin
yeganə qırmızı rəngi olacaq.
Pyer Paola Pazolini

Çağdaş Avropa rəngkarlığı postmodernizmdən başlayaraq, XX əsr rəssamlığı üçün çox xarakterik olan tendesiyalara bu gün də sadiqdir: plastik formaların deformasiyası, stilistik kompozisiya həlli, kətan səthində formaların qismən dağıdılması, kətan arxasında illizion sahə yaradılması və s. Bu zaman kətan rəsmin məhdud elementlərini əks etdirən ekrana bənzəyir?
Ardı →

Diana Dengel (Dianne Dengel)

Diana Dengel (Dianne Dengel)


diana Dengelin rəsmiDiana Dengel əslən İspanıylı olan ABŞ rəssmıdır. O,  1939-ci il yanvar ayının 1-ində dünyaya göz açıb. Diananın çox erkən yaşda yaradıcılıq istedadı olduğunu demək olar ki, onu tanıyan hər kəs hiss edib. Diananın ailəsi çox kasıb idi. O, kasıbçılıqdan rəng, fırça və s. bir sözlə şəkil çəkmək üçün lazım olan materiala sahib deyildi. Hətda rəsmlərini fırça olmadığından öz barmaqları ilə və yaxud diyirləyib fırça kimi istifadə edə biləcəyi vəziyyətə gətirdiyi qazet parçaları ilə rəngləməli olurdu. Belə ehtiyac içində olmasına baxmayaraq o istedadlı idi və bu qız gecə-gündüz maddi cəhətdən nə isə əldə etmək üçün yaxşı şəkillər çəkməyə çalışırdı bu səbəbdən sənəti günü-gündən inkişaf etdi və nəhayət Diana Dengel tanınmış rəssamlardan biri olmağı bacardı.


Ardı →