Van Qoq: dahi və dəli rəssam
Van Qoq qulağını özü kəsib? Bu ağılabatmaz qənaət illərdir ki, hamı tərəfindən yekdilliklə qəbul edilməkdədir. Almaniyalı araşdırıcılar isə tamamilə başqa bir nəticəyə gəldiklərini, Van Qoqun qulağının başqa bir əlin «güdazına» getdiyini bu yaxınlarda elan etmişlər. Yaxşı, onda 1888-ci ilin 24 dekabrında doğrudan da bəs nə baş vermişdi? Fransanın kiçik Art şəhərində Van Qoqun «qulağını kəsmək» fikrinə kim düşübmüş?
Və onun qulağına «müştəri» çıxmışdı? Bu haqda mübahisələr yüz ildən çoxdur ki, səngimək bilmir. Əslində isə bu «tarixi hadisənin» özünün giriş hissəsinə zəmin yaradan xüsusi tarixçəsinə fikir verməyənlər az qalar Van Qoqu bir "əzabkeş" kimi qəbul etməyi təklif edirlər.
Ardı
Salvador Dali haqqında
Salvador Dali: «Dəlilərlə mənim aramdakı yeganə fərq, onların dəli, mənimsə, dəli olmamağımdır»
Məşhur rəssam Salvador Dalinin (1904-1989) uşaqlığı mənəvi travmalarla keçmişdi. 6 yaşında sətəlcəmdən ölən qardaşından 3 il sonra dünyaya göz açmışdı. 1973-cü ildə qardaşını, uşaqlığını bu sözlərlə yada salırdı: «Anadan olan kimi, büt kimi sitayiş edilən bir ölünün ayaq izlərindən iməkləməyə başladım. Məni sevdiklərində belə, əslində onu sevirdilər, bəlkədə məndən daha çox sevirdilər...Bu mənimçün həyatımın böyük bir yarası idi». Valideynlərinin ona qoyduqları ad da qardaşının adıydı — Salvador. Rəssam mərhum qardaşına çox oxşayırdı, sanki onun əkiz tayıydı.
Ardı
Rəssamların rəssamı Pol Sezan
Pol Sezan (1839 — 1906) həyatının sonuna qədər rəssam kimi qəbul edilməmişdi və dövrünün bir çox sənətşünası tərəfindən «istedadsız» kimi xarakterizə edilmişdi. Fransız post-impersionist rəssam Sezan impersionizmlə kubizm arasında körpü qurmuşdu, onun sənət anlayışı 20-ci əsrə yeni pəncərə açdı.
Modern rəssamlığın inkişafında verdiyi töhfələr və sonrakı nəslə olan böyük təsirindən dolayı Pikasso onu «hamımızın atası», Renuar isə "əsrarəngiz şəxsiyyət" adlandırırdı. Həyatı boyunca əsərləri nadir hallarda sərgilənən rəssam çox sakit bir ömür yaşayıb. Sadəcə bir neçə üslubda şəkil çəkirdi. Sağlığında heç vaxt qiymətləndirilməsə də, sonradan dövrünün ən böyük rəssamı kimi qəbul edildi.
Ardı
- ?
- 28 sentyabr 2011, 01:39
- Samir012
- şərh əlavə et
Mixail Aleksandroviç Vrubel
Rus rəssamların arasında simvolist üslubun nümayəndəsi olmuşdur.Öz yaradıcılığında qeyri-adi tərz yaratmasının səbəbi qədim Bizans və İlk Renesans dövrun bədii ənənələrindən bəhrələnməsi olmuşdur.M.A.Vrubel Sibir əyalətin Omsk şəhərindən 1856-ci il martın 5 də anadan olmuşdur.1910-cil ildə Sankt-Peterburq şəhərində vəfat etmişdir.Atası ordu polkovniki rütbəsini daşıyırdı.Vrubel Latın, Fransız və Alman dillərində danışmağı bacarırdı
Ardı
- ?
- 26 iyun 2011, 17:09
- kulturoloq
- şərh əlavə et
M.Dobujinskinin (1875-1957) “Eynəkli insan” əsəri
Mir-iskusstvanın üzvu kimi Dobujinski çalışdığı bədii birlikdə bir sıra əsərlər yaratmışdir ki, onlardan biri də «Eynəkli İnsan» porteri əsəridir. Bu əsərdə pəncərə önundə eynəkili bir insan təsvir olunmuşdur.Bu insan Mir-iskusstvanın üzvu olan tənqidçi K.Syunenberqin obrazıdır.
Ardı
- ?
- 26 iyun 2011, 17:07
- kulturoloq
- şərh əlavə et
Bolqar rəssamı Yaroslav Veşin (1860-1915)
XIX əsrin sonları XX əsrin əvvələrində yaşayıb yaratmış Bolqarıstan incəsənətin görkəmli nümayəndələrinədən biri də Yaroslav Veşin olmuşdur.Yaroslav Veşinin yaradıcılığına böyük təsir göstərən amillərdən biri, həmin dövrun başıbəlalı dövləti olan Bolqarıstanın da iştirat etdiyi I Balkan (1912) müharibəsi olmuşdur. Veşin müharibəyə həsr etdiyi əsərində süngü, xəncərlərin təsvir olunduğu tabloda bolqar əsgərlərin qəhrəmanlığını göstərmək istəyirdi.
Ardı
- ?
- 26 iyun 2011, 17:01
- kulturoloq
- şərh əlavə et
Vasili Perov yaradıcılığı
O, rəssamlıq üzrə təhsilini Moskova heykəltəraşlıq məktəbində və sonralar Stupinin bədii məktəbində davam etdirmişdir. Gənc rəssam olan Perov öz yaradıcılığında incəsənətə böyük sevgi bəsləmiş və öz müəllimlərinin, Şişkinin və Venetsianovun yaradıcılıq ənənələrini davam etdirmişdir.O, incəsənət ilə yanaşı Ədəbiyyatı da sevmiş və onun ən çox sevdiyi yazıçılar sırasında Nekrasovun, Turgenevin və Tolstoyun adını çəkmək olar.
Ardı
- ?
- 26 iyun 2011, 16:58
- kulturoloq
- şərh əlavə et
Konstantin Savitskiy
Savitskyin ailəsi onun atasının həkim kimi işlədiyi Taqanroq Oğlanları Gimnziyasının binasında yaşamışdılar.Savitskiy öz üşaqlığını və gəncliyini Taqanroqda keçirmişdir.
O, hələ uşaqlıqında rəssamlığına böyük həvəs göstərmişdir. Gimnziyada oxuyarkən rəsım çəkməyə başlamışdır
Ardı
- ?
- 26 iyun 2011, 16:57
- kulturoloq
- şərh əlavə et
Səttar Bəhlulzadə
Səttar Bəhlul oğlu Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1927-ci ildə rəssamlıq məktəbinə daxil olur. 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, daha sonra 1933-cü ildə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirmişdir. V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olmuşdur. Yaradıcılığa «Kommunist» qəzetində Ə.Əzimzadənin rəhbərliyi ilə başlamışdır. 1931-33 illərdə müasir məzmunlu ilk karikaturaları çap olunmuşdur.
Ardı
- ?
- 21 may 2011, 16:37
- Nicat_Amazing
- 2
Feofan Qrek (1340-1410)
Feofan Qrek (1340-1410) – Bizansda və qədim Rus dövlətində işləmiş ikonaçı rəssam. Konstantinopol, Qalata, Xalkedon və Kafada (indiki Feodosiya, Krım) bir sıra kilsənin divar rəsmləri ona məxsusdur. Rusiyadakı işləri Novqoroddakı Spas-Preobrajeniye kilsəsi (1378), Moskva Kremlindəki Arxangel (1399, Semyon Çyornı ilə birgə), Blaqoveşşenie (1405, Andrey Rublyov və Qorodetsli Ptoxor ilə birgə) baş kilsənin divar rəsmləri və s. Blaqoveşşenie baş kilsəsindəki Spas, Müqəddəs Məryəm, Arxangel Qavriil, Apostol Pavel, İoann Zlatoust və s. ikonalar Feofan Qrekə aid edilir.
- ?
- 06 mart 2011, 20:06
- kulturoloq
- şərh əlavə et
