Sürgünə göndərilən sovet avanqardizmi

Adil MirseyidBöyük Sovet Ensiklopediyasının (BSE) I cildində avanqardizm haqqında belə yazılıb: “Avanqardizmin XX əsr təsviri sənətində ənənəvi realist bədii obrazlarla əlaqəsini qıran, yeni ifadə vasitələri arayan və əsərin formal strukturunu vurğulayan hərəkatdır”.
Bəs, Sovet İttifaqında avanqard sənətə, nonkonformist rəssamlara münasibət necə idi? Sovet avanqardizmi mövcud idimi? Avanqard Rəssamlar nə düşünürdülər, nə istrəyirdilər? Onların dünya baxışları, estetik idealları, fəlsəfi söykənəcəkləri, sənət amalları hardan və nədən qaynaqlanırdı?

Deyəsən, sual çox oldu. Biz imkanlarımız daxilində bu suallara cavab verməyə çalışacağıq.

50-ci illərin ortalarında və 60-cı illərin əvvəllərində “Xruşşov qızdırması”ndan sonra şəxsiyyətə pərəstiş dövrü sona yetdi, sovey ədəbiyyatında keyfiyyətcə yeni əsərlər yarandı. Yeni ədəbi qüvvələr, yeni imzalar göründü. Bu gənc sənətçilər sonralar “60-cılar” kimi tanınmış ədəbi nəsildi. Onlar “Xruşşov qızdırması”nın ilğımlarına inandılar, bel bağladılar və aldandılar. “Xruşşov qızdırması”nın ömrü isə az oldu.
...Nikita Sergeyeviç Xruşşov bir dəfə gənc sovet ziyalıları ilə görüşündə səbrini cilovlaya bilmədi. Şair Andrey Voznesenki çıxış edərkən baş katib yumruğunu masaya çırpıb: “Siz bizi öyrətməyin, cənab Voznesenki” deyə bağırdı: “Ölkədən rədd olub çıxıb gedin!”
Ardı →

Azərbaycanda təsviri sənət

XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. «Molla Nəsrəddin» və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır. «Molla Nəsrəddin» jurnalının rəssamları O.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə və X.Musayev dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Ə.Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır. Məşhur «Yüz tip» rəsmlər seriyası, qadın azadlığı, ateizm və siyasi motivlərə həsr olunmuş akvarelləri aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə M.Ə.Sabirin «Hophopnamə» əsərinə çəkdiyi illüstrasiyalar Ə.Əzimzadənin ən uğurlu işlərindəndir.
Ardı →

Azərbaycan miniatürləri

İslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, «siyah qələm» və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir.
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.
Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir. Lakin XIII əsrin əvvəllərində Əbdülmömin Məhəmməd əl-Xoyinin «Vərqa və Gülşa» əlyazmasına çəkdiyi miniatürlərin (Topqapı muzeyi, İstanbul) üslubu, bədii sənətkarlıq xüsusiyyətləri bu miniatürlərin ilkin olmadığını, müəyyən bir ənənəyə əsaslandığını və miniatür sənətinin daha qədimdən mövcud olduğunu göstərir. «Vərqa və Gülşa»ya çəkilmiş miniatürlər yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.
Ardı →

Azərbaycanda təsviri sənət XX əsrin ikinci yarısında

Müharibədən sonra, 50 illərin ortalarında Azərbaycan təsviri sənəti bədii kamillik dövrünə qədəm qoydu. Bunun inkişafında keçirilən sərgilərin mühüm rolu olmuşdur.
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü M.Abdullayevin tablolarında respublikanın geniş, rəngarəng panoramı təsvir olunmuşdur. Rəssamın «Axşam», «Mingəçevir işıqları», «Azərbaycan çöllərində» (triptix), «Sevinc» və s. əsərlərində əmək adamları məişət səhnələri lirik səpkidə verilmişdir. «Hindistan silsiləsi»nə görə M.Abdullayev beynəlxalq Nehru mükafatına (1970) layiq görülmüşdür. Xalq rəssamının çoxillik yaradıcılıq fəaliyyəti "Şöhrət" (1997), "İstiqlal" ordenləri ilə qiymətləndirilmişdir.
Ardı →

Təsviri sənət XIX əsrdə və XX əsrin birinci yarısında

Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə yanaşı, memarlıqla da üzvi əlaqədə olmuşdur. Şəki, Şuşa, Quba, Ordubad, Lahıc və s. şəhər və yaşayış məntəqələrində dövrümüzədək çatmış monumental divar rəsmləri xalq yaradıcılığı ənənələri ilə sıx bağlı olmuşdur. Şəki xanlarının sarayındakı divar rəsmləri xüsusilə şöhrət qazanmış, XVIII-XIX əsrlərdə Abbasqulu, Usta Qənbər Qarabaği, Əli Qulu, Qurban Əli, Şükür və b. sənətkarlar tərəfindən yaradılmış həmin rəsmlər dekorativ elementlərin mövzu cəhətdən zənginliyi, rəngarəngliyi ilə fərqlənir. Sarayın daxili salon və otaqlarında əlvan və şux rənglərlə işlənmiş rəsmlər, stilizə edilmiş naxışlar, insan, heyvan və quş təsvirləri, müharibə və ov səhnələrini canlandıran çoxfiqurlu, sürətli kompozisiyalar bir-birini əvəz edir. XIX əsrdə Azərbaycanda olmuş rus rəssamlarından Q.Q.Qaqarin və V.V.Vereşşaginin əsərlərində Bakı, Şuşa, İrəvan və digər şəhərlərin memarlıq abidələrinin təsvirini görmək mümkündür. Azərbaycan monumental boyakarlığının zəngin ənənələri İrəvanda Sərdar Sarayının (XX əsrin ortalarında saray uçurulmuş, Mirzə Qədim İrəvaninin sarayın divarlarında çəkdiyi 4 iri ölçülü portret də məhv edilmişdir), Şuşada bir sıra evlərin rəsmlərində davam etdirilmişdir. Azərbaycan dəzgah boyakarlığının təşəkkülü, Mirzə Qədim İrəvaninin adı ilə bağlıdır. O, portret janrı sahəsində daha səmərəli fəaliyyət göstərmiş, «Rəqqasə», «Dərviş», «Pəhləvan», «Süvari» kimi bədii cəhətdən kamil portretlər yaratmışdır.
Ardı →

Rəssamlıqda cərəyanlar-2

Novatorçu rəssamlar şərq sənətindən də örnəklər alaraq rənglərin demokratikliyinə üstünlük verməkdə idilər.Hansı üslubda çalışırsanız çalışın, rəngi öyrənmək, ondan doğru istifadə etməyi bacarmaq, rəngləriçirkablıqdan çıxarmaq yolu plenerdən keçir. Çünki təbiəti kirli rənglərdə yazmaq olmaz. Emalatxanada palitranızdaqalan artıq rəng qarışımını tablonuzun hər hansı bir yerinə çəkə bilərsiniz. Amma plenerdə bunu edə bilmərsiniz.Səbəb-təbiətdə heç bir kirli rəngin olmamasıdır.Impressionizm cərəyanının əsas meyarı plener olduğu halda ifa tərzində əsasən üstünlük, gördükləri obyektinbirbaşa özünü deyil, onun ilk təəssüratını əks etdirməyə verilirdi. Bu ona görədir ki, impressionist rəssamlarınəsərlərində rəng münasibətləri qurulurkən daha çox əlvan rənglərə yer verilirdi.
Ardı →

Rəssamlıqda cərəyanlar-1

Klassik sənət cərəyanı intibah dövründən başlayaraq sənətdə öz ağırlığını qoymuş, bərabərində böyük ustalarmeydana gətirmişdi ki, bu sənətkarların Leonardo Da Vinçi, Botiçelli, Mikelancelo, Buonorotti, Rembrandt, Rubensvə s., onlarla rəssam cərgəsinin adları sənət tarixində olması idi, sənət kitabının çox səhifəsinin boş qalması deməkidi. Bu sənətkarlar hər biri öz fərdi ustalığı ilə ad qazanmışdırlar ki, bunun arxasında böyük zəhmət dayanırdı. Həmdə bu rəssamların çəkdikləri əsərlər sadə əsərlər deyildi.
Ardı →

"Paris Məktəbi" rəssamları-2

Amadeo Modilyaninin ən yaxın dostlarından biri heykəltəraş Jak Lipşits idi. Modilyaninin “Jak Lipşist xanımı ilə” tablosu bu dostluqdan bir nişanədir. 1915-1925-ci illərdə Jak Lipşist Modilyaninin kiçikhəcmli heykəllərindən və rəngkarlıq əsərlərindən və eləcə də kubizmdən təsirlənən əsərlər yaradıb.

Lipşistin cəmi bir neçə əsərinin adlarını sadalamaqla sənətkarın kubist rəngkarlıqla genetik bağlılığını aydınca izləmək imümkündür. “Gitara ilə natürmort”, “Musiqi alətləri”, “Gitaraçı”, “Dənizçi gitara ilə” və s. O, kubist rəngkarlığa məxsus lirik duyğuları, hiss və həyəcanları plastik heykəltəraşlıq dilinə transformasiya etməklə yeni ifadə vasitələri yaratmağa nail oldu. O, bürünc fiqurlara rəngkarlıq elementləri əlavə edə bildi və bu əsərlər dünyada ajur heykəltəraşlıq nümunələri kimi tanındı. “Ana və uşaq”, “Azmış oğulun qayıtması” bu qəbildən olan əsərlərin bariz nümunələridir.
Ardı →