Ulduzların məhşurluqdan öncəki iş yerləri

Uğurlu insan olmaq, arzuladığımız sahədə çalışmaq hər birimizin arzusudur.  Təbii ki, bütün bunlar heç də tez zamanda reallaşan arzulardan deyil. Bunun üçün  uzun müddət həvəsdən düşmədən çalışmalı, məqsədə doğru irəliləməliyik. Bu  baxımdan ən uğurlu motivasiya mənbəyi zəhməti, iradəsi ilə məşhurluğun yolun  tapan insanların həyatıdır.

Məşhur amerikan aktyor Tom Cruisenin ilk peşəsi otellerde müştərilərin  çantaların daşımaq olub. Bu dövrdə məşhur aktyorun ən böyük arzusu həyatının  qalan hissəsini rahib kimi başa vurmaq idi.

1.Tom Cruise


Ardı →

Reallıq

Maraqlıdır,
insan 10 milyonu sədəqə verməli olsa, bu miqdarı çox hesab edər,
amma 10 milyon ilə mağazadan bir şey almağa getsə, almağa bir şey tapa bilməz...

Maraqlıdır,
insan 10 dəqiqə zikr etməli olsa, bu zamanı çox hesab edər, amma bir film və ya matç olsa bir saat yarım zaman onun üçün dərhal keçib gedər...

Maraqlıdır,
bir futbol matçının uzanması insanın xoşuna gələr, amma Cümə namazında xütbənin bir neçə dəqiqə uzanması heç xoşuna gəlməz…


Ardı →

Doğrular

Doğru olan nədir? Gerçək (reallıq) olan nədir? Doğru və ya gerçək eyni mənanımı kəsb edir?
 

Birdən çox doğru və ya gerçək varmı? Yoxsa həyatda bir doğru və bir gerçək var? Əgər doğru və gerçəklərin sayı birdən çoxdursa, onları sinifləndirmək mümkündürmü? Həqiqət anlayışı ilə doğru və gerçək anlayışlar arasında hansısa münasibət varmı? Gerçəklərlə doğruların bir-birindən ayrıldığı dövrdəmi yaşayırıq? Həyatın gerçəklərindən qopmaq daha təhlükəlidir, yoxsa doğru olanlardan və ya əxlaqi doğrulardan qopmaq? Sosial-mədəni reallıqların məngənəsində sıxılıb əxlaq normalarından (əxlaqi doğrular) uzaqlaşmaq fərd olaraq bizə və cəmiyyətə nə verəcək? Yoxsa sosial-mədəni reallıqlar insanı əxlaqi doğrulardan müəyyən güzəştlərə getməyəmi məcbur edir? Doğrudanmı, həyatın reallıqları ilə inancımıza əsaslanan doğrular arasında ciddi uçurum var? Doğrudanmı, bunlar hazırda bizi ən çox narahat edən suallardır? Yoxsa bu suallar da boş fəlsəfədən ibarətdir? 
Yaşadığımız həyatı beş duyğu üzvmüzlə qavrayırıq. Və qavradığımız hər şey gerçəklikdir (biz buna həyatın reallığı da deyirik). Olduğu kimi görünən şeylər reallıqdırsa, həmin reallığın əxz olunma forması zehni doğrulardır. Başqa ifadə ilə desək, eyni reallıq (gerçək olan) ayrı-ayrı fərdlər tərəfindən fərqli doğrular şəklində qavrana bilər, yəni hər kəsin öz “doğru“su ola bilər. İnsan reallığı analiz edərək, öz dünyagörüşünə görə doğru olanı üzə çıxarır. Ümumiyyətlə isə, yaşadığımız həyat gerçək və doğrunu axtarmaq yolçuluğudur. 
Öz doğrularımızı axtararkən həyatda birdən çox nisbi doğrunun olduğunu unutmamalıyıq. Bu şəraitdə əvvəla hansı gerçəyi və ya doğrunu axtarmalıyıq sualı ilə qarşılaşırıq. 


Ardı →