Azərbaycanın ilk qadın kinorejissoru

XX yüzilliyin əvvəlləri, bir sıra çətinliklərə baxmayaraq, Azərbaycanda qadınların mədəni mühitdə tədricən fəal rol oynamağa başladığı dövr idi. O dövrdə bir xanım soydaşımız da sənət aləminə doğru addımlayırdı və adı sonradan mədəniyyət tariximizə ilk qadın rejissor kimi düşəcəkdi. Bu, görkəmli mollanəsrəddinçi şair, publisist Əliqulu Qəmküsarın qızı Qəmər Salamzadə idi...

Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür. Atası 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır.


Davamı →

Alfred Hiçkok kimdir?

Dünya kinematoqrafiya tarixində məşhur amerikan və ingilis rejissoru Alfred Hiçkok qorxulu filmlərin əvəzolumaz ustadı kimi qalıb. O, həyəcan ab-havalı qəmgin yumor ilə sərt süjetli filmlər yaradırdı. Bu filmləri ya triller, ya da saspens adlandırırdılar. Hiçkok məharətlə tamaşıçıların psixologiyasına təsir edirdi, onları özünə ram edirdi. Bütovlükdə o, 55 tammetrajlı film yaratmışdı. Filmlərin əksəriyyəti dünya kino incəsənətinin klassikasına çevrilmişdirlər. O, dəfələrlə Amerika Kinoakademiyasının «Oskar» mükafatı ilə təltif olunmuşdu. «Bədii kinoda rejissor ilahi idi, sənədli filmdə isə ilahi rejissordur», – Alfred Hiçkok. 


Davamı →

"Ögey ana" filminin bilinməyən tərəfləri

  • Kino

Bu gün Azərbaycanda film istehsalı davam etsə də, XX əsrin ortalarında daha az imkanla, daha böyük entuziazm, gözəl aktyor oyunları sayəsində köhnə filmlərimizi heç nə əvəz eləmir.

Bu gün sizə bu filmlərdən birinin kadrarxası barədə bəzi maraqlı məlumatları çatdıracağıq. Öncə 1958-ci ildə ekranlara çıxmış, o illərdə 21 milyon tamaşaçı tərəfindən izlənmiş “Ögey ana” filmi haqqında danışacağıq. Bu filmi yəqin ki, orta nəslin nümayəndələrindən görməyən yoxdur.

Rejissor Həbib İsmayılovun ekranlaşdırdığı film İsmayıllı rayonunun Qalacıq kəndində çəkilmişdi. Dilarənin fırtınalı gecədə üzərindən keçdiyi asma körpü indi İsmayıllıda böyük populyarlıq qazanmış turizm zonasıdır. El arasında hər kəsin “İsmayılın körpüsü” dediyi bu körpüyə turistlər maraqla axın edirlər.

Filmin çəkilişləri zamanı əsas uşaq oyunçulardan əlavə kütləvi səhnələrə Qalacıq kəndinin uşaqları da çəkilib. İsmayılın itburnu yığmaq üçün partladılan qayanın üstünə çıxması səhnəsini yəqin unutmamısınız. Həmin illərdə İsmayıllıda yol çəkilişi üçün həqiqətən qayalar partladlırdı və filmdə istifadə edilən partlama səhnəsi realdır. Qayadan qopan daşlar, qaya parçaları isə kartondan hazırlanmışdı və bu rekvizitlərdən “Qızmar günəş altında “ filminin çəkilişləri zamanı da istifadə olunmuşdu.


Davamı →

Tanımadığımız Eldar Quliyev

  • Kino
Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil təhsil alıb. 1967-ci ildə «Azərbaycanfilm» kinostudiyasında işləməyə başlayıb. “Biri vardı, biri yoxdu…” adlı ilk qısametrajlı filmini çəkib. 1969-cu ildə ilk böyük ekran əsəri olan «Bir cənub şəhərində» filmi ilə özünü təsdiqləyib.
VQİK-də oxuyan zaman Eldar Quliyev o dövrün tələbə məzunlarından olan Andrey Tarkovski, Konçalovski, Mixalkovla ünsiyyətdə olur. Onların diplom tamaşalarında iştirak edir.

Davamı →

İsrailin kino tövbəsi

  • Kino
İsrail kinematoqrafiyasının ərəb ölkələri ilə konfliktini hansı rakursdan nəql etməsi, ərəblərlə ünsiyyəti necə və hansı səviyyədə qurması onların yalnız münaqişəyə münasibətini ortaya qoymur. Bu, bəlkə daha çox İsrail cəmiyyətinin ədalət hissini itirməməyinin, özünə, keçmişinə tənqidi baxmaq bacarığının və müzakirəyə açıq olmasının göstəricisidir.
Məni ən çox sarsıdan (yaxşı mənada) İsrail rejissorlarının etiraf mədəniyyətidir ki, bu, heç bir halda nəyinsə xatirinə sülhpərvər obrazı yaratmağa hesablanmayıb. Mövzunun əks olunduğu hər film gerçək ağrıdır, səmimi duyğuların simfoniyasıdır.

Davamı →

Kino onun həyatı idi - Lətif Səfərov

  • Kino
Lətif Səfərov 1920-ci ildə Şuşada doğulub. 7 yaşında olanda rejissor Leo Murun «Gilan qızı” filmində çəkilib. Elə həmin vaxtdan balaca Lətifin kino dünyası ilə tanışlığı başlanıb. 1928-1931-ci illərdə „Sevil“, „Lətif“, „Qızıl kol“ filmlərində uşaq obrazlarını ifa edib. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. Bir müddət müalicə aldıqdan sonra Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. O, Bakıda əvvəlcə kinostudiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb.

Davamı →

Həyatın rənglərini səhnəyə gətirən sənətkar

  • Kino
Öz məktəbini yaradan və zamanın ucalığında dayanan Tofiq Kazımov! Bəlkə də ilk baxışda bu sözlər adi səslənə bilər. Amma bütün yaradıcılığı ilə zamandan yuxarıda dayanaraq onun təsirinə düşməyən görkəmli Azərbaycan rejissoru Tofiq Kazımov barəsində başqa cür düşünmək mümkün deyil. Çünki o, özü zamana təsir edirdi. Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə öz müəllimi haqqında qələmə aldığı «Dördüncü ölçünün rəngləri» adlı kitabında Tofiq Kazımovun rejissorluq yaradıcılığına güzgü tutaraq yazıb: «Milli teatr tariximizin özəl səhifəsində adı qızıl hərflərlə yazılan, bu sənəti zənginləşdirən, gələcək yaradıcı nəsillər üçün örnək olan teatrşünaslıq üçün tükənməyən tədqiqat mənbəyi kimi istifadə edilən, şəxsi ismi artıq anlayışa dönən bir rejissor var idi: bu, Səməd Mənsur oğlu Tofiq Kazımovdur».
Davamı →

Üç qadının sevdiyi rejissor

  • Kino
Heç vaxt müəllim işləməyib, amma “müəllim” adını qazanıb. Yetirmələri “müəllim”dən sevgi və ağrı ilə söhbət açırlar.
“Aktyor evinin” birinci mərtəbəsində, qapısı arxadan açılan soyuq, şəraitsiz yerdə özünün yaratdığı və rəhbərlik etdiyi Dövlət Gənclər Teatrında 20 ildən artıq bir müddətdə ard-arda tamaşalar hazırladı, istər klassik, istər müasir əsərlərə səhnə quruluşu verdi. Neçə-neçə gənc aktyorluğu, səhnə məharətini ondan öyrəndi. İstedadlara qapıları taybatay açdı, gənc yazıçılar onun etibar göstərib əsərlərinə səhnə həlli verməsi, bununla da qarşılarındakı maneələri götürməsi sayəsində dramaturq oldular.

Davamı →

Andrey Tarkovskinin qadınları

  • Kino
Sarışın İrme Rauş
Dünya kinosunun nəhəng simalarından biri Andrey Tarkovski iki dəfə ailə həyatı qurub. Hər evlilikdən bir oğlu doğulub. İlk evləndiyi qadınla 1957-ci ildə tanış olub. İrme Rauş adlı bu qadın Tarkovskinin Kinomatoqrafiya Universitetində tələbə yoldaşı olub. 1957-ci ildə evlənirlər. Elə həmin il oğlan övladları dünyaya gəlir. Tarkovski oğlunun adını atasının şərəfinə Arsen qoyur. Uşaqdan sonra ailədə problem yaranır. 60-cı illərin əvvəlində onlar boşanırlar. İrma Rauş “İvanın uşaqlığı” filmində İvanın anası rolunu ifa edib.

Valentina Malyavina
Lakin bir müddət sonra o, “İvanın uşaqlığı” filmində baş rolu ifa edən aktrisa Valentina Malyavinaya aşiq olur. Aktrisa həmin günləri belə xatırlayır: “Onunla birlikdə olmaq çox çətin idi. O, hər zaman məni özününküləşdirmək istəyirdi. Heç vaxt məndən ayrılmaq istəmirdi. O, çox dahi və istedadlı insan idi. Sonra mən operator Pavel Arsenova ərə getdim. O, isə evləndi. Lakin, münasibətimiz davam edirdi. Çox yaxın dostlarımız bizim sevgimizdən xəbərdar idilər. Və onlar bizim münasibətimizə çox diqqətlə yanaşırdılar.
Davamı →