Reklamdan necə maksimum fayda götürmək olar?

Bir çox sahibkar və rəhbər şəxslər reklam kampaniyasından nisbətən az gəlir əldə edirlər, halbuki bu gəlirin miqdarı daha çox ola bilər. Bunun səbəblər isə bəzən çox sadədir və ilk növbədə məhdud inanclarda gizlənib:
— Reklam kreativ olmalıdır inancı;
— Reklam kreativ olduqdan sonra gəlir həddindən artıq çox olacaq;
— Reklam kreativ olduğundan onu daim yeniləmək lazımdır;
— Reklamları mümkün qədər çox adam görməlidir (Axı o kreativdir, insanlar onun sehrinə düşəcək!…);
— Reklamı ancaq reklam mütəxəssisləri bacarır;
— Ən gülünc inanc: “Biz özümüzü reklam edirik” və yaxud “Biz öz məhsulumuzu reklam edirik”.
Davamı →

Reklamın təsirinə düşməmək üçün nə etməli?

Reklam bizi hər yerdə əhatə edir. Reklam nümayəndələri davranışınıza təsir etmək üçün istənilən vasitədən istifadə etməyə hazırdırlar. Bu təsirə qarşı gəlməyə çalışmaq – öz müstəqilliyinizi, seçim haqqınızı və pulqabınızı qorumaq deməkdir. Lakin bunu etmək heç də həmişə asan deyil.
 
Hər gün, hər saat, hər dəqiqə beynimiz tonlarla reklam məlumatı ilə yüklənir. Müasir reklam sənayesi uğurla bizim üstünlüklərimizi, arzularımızı, fikirlərimizi, son nəticədə isə davranışımızı idarə edir. Adi “kiçik insan” bu təsirlərə necə qarşı gələ bilər?
Davamı →

TV reklamlarının zəif və güclü tərəfləri

Reklam tam zamanında və yerində şirkətlərin və təşkilatların məhsulları və xidmətləri haqqında məlumatlandırıcı mesajların bazara, müştərilərə təqdim olunmasıdır.
Müştəri baxımından reklam, bazara təqdim olunan məhsul və xidmət haqqında doğru məlumatların müxtəlif vasitələrlə göstərilməsidir.
İstehsalçı baxımından reklam bir mal və ya xidmət haqqında müştərini xəbərdar etmək, məhsula və markaya asılılıq yaratmaqdır.
Davamı →

Reklamda ən güclü sözlər

Təsirli sözlərdən istifadə edərək reklamı necə daha məhsuldar edə bilərik?

On illər ərzində reklamlar daim dəyişib, lakin müxtəlif şüarlardan ibarət olan bəzi sözlər öz aktuallığını qoruyub saxlaya biliblər.

Reklamların məhsuldarlığını artırmaq üçün bir neçə güclü və təsirli sözlər təyin edilmişdilər.

Əgər siz öz şirkətinizin məhsullarının irəliləməsini və yaxud nəyə görə reklama baxdıqdan sonra müəyyən bir məhsulu almaq qərarına gəldiyinizi istəyirdinizsə, o zaman bu məqaləni diqqətlə oxuyun.

Biz sizə bu məqalədə sözlərin müştəriyə təsirinin artması ardıcılıqda təqdim edəcəyik.Beləliklə, siyahının sonunda olan sözlər ən təsirli sözlərdir.

1. Yeni
Çox az adam tamamilə yeni bir məhsuldan imtina edə bilər. Hətta bu söz ən yeni məhsulu təsvir belə etməsə, siz «yeni» sözündən istifadə edərək satışlarınızı yüksəldə bilərsiniz.
Ardı →