CV yazanda buraxlan səhvlər

Müraciət etdiyiniz işə nə qədər uyğun olsanız belə, müraciət formanızda etdiyiniz aşağıdakı səhvlər şansınıza sərhəd qoyur. Düzgün tərtib edəcəyiniz ərizə forması (CV) müraciət etdiyiniz şirkətin qarşısında sizin imicinizi doğru formalaşdırmaqla yanaşı kariyeranızın uğuruna da böyük zəmin yaradır.
  • Əcaib e-poçt adları
    Göndərdiyiniz CV tələb olunan işə uyğunluğunuz haqda ilk təəssürat yaratmışdır. Lakin, bir anlıq sizin e-poçt ünvanınız diqqətimi cəlb edir. [email protected], [email protected] Bunlar sizə, sizin işinizə və ciddiyətə heç aid olmayan qəribə adlardır. Bunun üçün ən doğru yol ad və ya soyadınızla əlaqədar ünvan seçmənizdir.

Davamı →

CV yazmaq üçün nələri bilməli?

CV necə tərtib edilməlidir

İşverənlə tanışlıqdan qabaq özünü yaxşı və qiymətli işçi kimi təqdim etmək mümkündürmü? Bəli, mümkündür — bunun üçün sadəcə olaraq yaxşı düşünülmüş CV tərtib etmək lazımdır.

CV nədir

CV — qısa şəkildə karyera tarixçəsini və iş axtaranın professional keyfiyyətlərini təsvir edən bir sənəddir. Ondan iş axtarışlarında və işə düzəlmək məqsədilə istifadə olunur. CV iş axtaran tərəfindən tərtib olunub bilavasitə işverənlərə təqdim olunur, poçt vasitəsilə göndərilir və ya işverənlərin sifarişilə personalın seçilməsi və işə götürülməsilə məşğul olan vasitəçi firmalara verilir.

CV nə üçün lazımdır

CV reklam xarakteri daşıyır. Onun mahiyyəti — işverəni qabaqcadan iş axtaranın professional keyfiyyətlərilə tanış etmək, diqqəti həmin iş axtarana cəlb etmək, işverəni maraqlandırmaq və görüşə sövq etməkdir. CV-nin əsas məqsədi — bilavasitə tanışlıq və işə qəbul olunmaq üçün işverənlə müsahibəyə dəvət almaqdır.

CV ilə tərcümeyi-halın fərqi nədədir

CV, bir çox dövlət idarələri və müəssisələrində istifadə olunan tərcümeyi-halın analoqudur. Tərcümeyi-halda, eyni CV-də olduğu kimi, qısa şəkildə həyat yolu təsvir edilir. Lakin CV-dən fərqli olaraq, tərcümeyi-hal sərbəst şəkildə tərtib olunur və adətən əllə yazılır. Bundan başqa, əksər hallarda tərcümeyi-hal işçi tərəfindən bilavasitə işə düzələrkən yazılır.

İş axtaran üçün CV-nin müsbət cəhətləri

1. Hətta iş vakansiyası olmadıqda, işverən, rezümenizi bəyənərsə, sizi gələcək planları üçün nəzərdə saxlaya bilər;
2. Hal-hazırda pretendent varsa, işverən fikrini dəyişə də bilər. Lakin istisna olunmur ki, görüş zamanı o sizi heç dinləməsin. 

CV forması

CV üçün standart bir form yoxdur. 
Aşağıdakı ardıcıllığı tövsiyyə etmək olar:
1. Başlıq əvəzinə adınızı, soyadınızı, atanızın adını yazın (adətən «CV» başlığından istifadə olunmur)
2. Ünvan
3. Telefon
4. Anadan olma tarixi və doğulduğunuz yer 
5. Ailə vəziyyəti
6. Məqsəd (axtardığınız iş yerinin və vəzifənin təsviri)
7. İş təcrübəniz (əks-xronoliji ardıcıllıqla, yəni son iş yerindən başlayaraq iş yerlərinin sadalanması. İşlədiyiniz müəssisə və ya şirkətlərin adı, iş tarixi, müddəti, tutduğunuz vəzifə, yerinə yetirdiyiniz funksiyalar və iş dövründə əldə etdiyiniz nailiyyətlər qeyd olunmalıdır)
8. Əlavə məlumat (nailiyyətləriniz, bilikləriniz, qabiliyyətləriniz, hansı xarici dilləri bilirsiniz, kompüterdə işləmək vərdişləri, sürücülük vəsiqəsinin mövcudluğu, ictimai fəaliyyət, şəxsi keyfiyyətlər)
9. CV-nin tərtib olunması tarixi

Nümunə CV forması kimi hazır CV forması 1CV nümunəsi 2 baxmaq olar.

CV-nin tərtib edilməsi prinsipləri

CV aşağıdakı tələblərə cavab verməlidir:
Yığcamlıq Mətnin həcmi 2 səhifədən çox olmamalıdır. İşverən, çox güman ki, böyük mətni oxumayacaq və təəssüf etmədən zibil səbətinə atacaq.
Məntiq Yalnız işə aid olanları qeyd edin — yersiz detallara və təfsilatlara yol verməyin
Düzgünlük Yalnız isbat edə biləcəyiniz məlumatları qələmə alın. CV-də göstərdiyiniz informasiya yoxlanıla bilər.
Pozitiv xarakter Calışın, özünüz haqda müsbət rəy yaradasınız. Yalnız pozitiv keyfiyyətlərinizi və güclü tərəflərinizi qeyd edin, əldə etdiyiniz nailiyyətləri vurğulayın. Əgər hər hansı bir informasiyanın xoşa gəlməmək ehtimalı varsa, onu yazmayın.
Ardıcıllıq İnformasiyanı xronoloji ardıcıllıqla təsvir edin, heç nəyi buraxmayın. İşverən bunu hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirə bilər.
Unikallıq Məhz sizə xas olan keyfiyyətlərdən bəhs edin, sizi digər namizədlərdən fərqləndirən müsbət cəhətləri vurğulayın.
Mükəmməl yazı stili Dəqiq ifadələrdən istifadə edin, ara sözlərə və anlaşılmaz ixtisarlara qəti surətdə yol verməyin
Gözoxşayan tərtibat Yalnız keyfiyyətli kağızdan və oxunaqlı şriftdən istifadə edin. Mətni məntiqlə yerləşdirin, onu paraqraflara bölün. Mütləq yazdıqlarınızı yoxlayın, mümkün səhvləri düzəldin. CV rahatlıqla oxunmalıdır.

CV necə yazmaq üçün ən yaxşı mənbə kimi necə CV (tərcümeyi-hal) yazmaq oxumaq məsləhət görülür.

 

İş axtarmaq üçün sayt deyəndə isə ağla təbii ki, busy.az saytının vakansiyaları gəlir. Oradakı filtrlər, vakansiyaların bolluğu iş tapmaq şansını daha da artırır.

Mənbə kimi «Abituriyent» Hazırlıq Kursunun materiallarından istifadə olunub.


Davamı →

CV forması

Rezume və ya CV(ingilis dilində tərcümeyi-halın xülasəsi) forması iş axtarışında olan iddiaçı haqqında yığcam halda şəxsi məlumat, təhsili, tutduğu vəzifələrin xülasəsidir. Səliqəli yazılmış CV forması uğurun 50%-ni təşkil edir. CV forması elə yazılmalıdır ki, işəgötürən bu sənədi oxuduqdan sonra Sizi müsahibəyə dəvət edib şəxsən görüşmək istəsin. Bununla əlaqədar olaraq rezumenin yazılışında Sizi digər namizədlərdən fərqləndirəcək bir çox psixoloji amilləri də nəzərə almaq lazımdır.


Ardı →

Rezyume (CV) hazırlamaq

Rezyume (CV,tərcümeyi-hal,iş anketi) şəxsin təhsili, iş təcrübəsi və peşəkar bacarıqları haqqında məlumatların sistemli xülasəsidir. Rezyume reklamın bir formasıdır və onun məqsədi sizin müsahibəyə çağırılmanızı təmin etməkdir. Bu müsahibə müxtəlif mədsədlər üçün keçirilə bilər: yeni işə qəbul olmaq, karyera pilləsində irəliləmək, peşəkar təşkilata üzvlük əldə etmək, qeyri-hökumət təşkilatının idarə heyyətinə üzv seçilmək və s. Hər bir reklamda olduğu kimi, sizin məqsədiniz diqqəti ən yaxşı xüsusiyyətlərinizə cəlb etmək və zəif tərəflərinizi göstərməməkdir.
iş axtarmaq,iş tapmaq
Əgər siz əmək bazarındasınızsa, rezyumenizin olması sizi daha məsuliyyətli və hazırlıqlı göstərir. İşlədiyiniz zaman rezyumenizi yeniləməyiniz sizə imkan verir ki, qarşınıza çıxan daha yaxşı iş imkanlarından istifadə edəsiniz. Əgər bir neçə il ərzində iş axtarmamısınızsa, rezyumenizi hazırlamanız sizi gələcək 2-3 il ərzində daha cəlbedici namizəd olmaq üçün nə etməli olduğunuz barədə daha məlumatlı edəcək. Rezyumenin yazılması sizin şəxsiniz ətrafında qurulan bir prosesdir: rezyumedə gözə çarpacaq şəxs Sizsiniz!
İş təklif edən şəxslər öz şirkətlərində gəncləri görmək istəyirlər. Onlara sizin yeniliyiniz və ruh yüksəkliyiniz lazımdır. İş təklif edən şəxslər sizin gördüyünüz işdə maraqlı və məsuliyyətli olmağınızı istəyirlər. Onlar sizdən uyğun iş təcrübəsi istəyirlər, çünki bu sizin məhz bu növ işlə məşğul olmaq istədiyinizi göstərir.



Ardı →

CV necə yazmalı?

Rezüme(xülasə)- iş axtarmaq üçün ən səmərəli vasitələrdən biridir. Əslində o, potensial işəgötürən üçün sizin tərcümeyi-halınız və peşəkar təcrübəniz barədə ən əhəmiyyətli faktların qısa şərhidir. Rezüme yazarkən yadda saxlamaq lazımdır ki, o, sizdən ötrü bir növ vizit vərəqinə çevriləcək, buna görə də xülasə sizi iş axtaran insanların böyük axını arasında fərqləndirməlidir. Rezüme 1-2 səhifədən ibarət olmalı və orada aşağıdakı məsələlər işıqlandırılmalıdır:


1. Soyadınız, adınız, atanızın adı
Bu məlumatları vərəqin yuxarı hissəsində mərkəzdə iri hərflərlə (18-20 ölçülü şriftlə) yazmaq məsləhətdir.

2. Əlaqə məlumatları
Bu bənddə öz telefonunuzun nömrəsini, elektron poçtunuzun və İnternetdə ev səhifənizin (əgər varsa) ünvanını göstərin. Ev ünvanınızı göstərmək məsləhətdir, lakin bu zəruri deyil. Yaşadığınız rayonu (yaxınlıqdakı metro stansiyasını) göstərməklə kifayətlənmək olar. Bir sözlə, sizinlə tez və operativ əlaqə yaratmaq üçün mümkün əlaqə vasitələrini göstərin.
3. Məqsəd
Hansı vakansiyaya, işə və ya fəaliyyət sahəsinə iddia etdiyinizi göstərin, özünüzün peşəkar maraqlarınızın əhatə dairəsini qeyd edin. Burada həmçinin sizin gələcək iş yeriniz barədə arzu və tələblərinizi də göstərə bilərsiniz.


Ardı →