Riyaziyyatın həll olunmamış problemlərindən
Riyaziyyatın Ən əsas həll olunmamış problemləri «Minilliyin Problemləri» — «Millenium Problems» adlanır. Bu ad altında 7 problem vardır ki, onlardan biri — Poinkare fərziyyəsi rusiyalı riyaziyyatçı Qriqori Yakovleviç Perelman tərəfindən 2010-cu ilin sentyabrında sübuta yetirilmişdir. Bu ad altında problemlərin həllinə Amerikanın Kley İnstitutu (Clay İnstitute) tərəfindən 1000000 USD civarında mükafat qoyulmuşdur. Lakin indi o məsələlərə girişməyəcəyik.
Əlavə Ədədlər Nəzəriyyəsi üzərindən bəzi problemləri nəzərinizə çatdırmaq istəyirəm.
1. Qoldbax hipotezi (Goldbach hypothesis):
«2-dən böyük cüt ədədlər 2 sadə ədədin cəmi şəklində göstərilə bilər.»
Maraqlısı burasındadır ki, bu fərziyyənin nə doğruluğu, nə də əksi isbat oluna bilib.
Alman riyaziyyatçısı Kristian Qoldbax məşhur riyaziyyatçı Leonard Eylerə (Leonhard Euler) 1742-ci il tarixli məktubunda bu fərziyyəni qeyd etmişdi.
2. Kollatz fərziyəsi (Collatz conjecture):
Fərziyyə belə ifadə olunur:
«Hər hansı bir müsbət tam (natural) ədəd:
1. Cütdürsə, 2-ə bölündükdə;
2. Təkdirsə, 3-ə vurulub üzərinə 1 əlavə etdikdə;
3. Və alınan təzə ədəd üzərində də bu əməliyyatları periodik şəkildə yerinə yetirsək, son ədəd mütləq 1 olacaqdır.»
Bu fərziyyənin əksi demək olar ki, mümkün deyil. Amma isbat edən də olmayıb. Bu fərziyyəni artıq nəzəriyyə kimi istifadə edərək, müəyyən ədəddən 1 ədədinin alınmasınadək proseslərin sayının hesablamasının tətbiqində araşdırmalar aparılır.
Alman riyaziyyatçısı olan Lotar Kollatz (Lothar Collatz) 1937-ci ildə, 27 yaşında ikən bu fərziyyəni irəli sürmüşdür və hələ də isbat edən olmamışdır.
Ardı var...
- ?
- 02 fevral 2012, 22:29
- MrMuSamir
- şərh əlavə et
Riyaziyyat haqqında məşhurların dedikləri
A.N.Vaythed
Bir riyaziyyatçı fərz etməz lakin bilər.İnandırmağa çalısmaz,çünki isbat edər.Etibarınızı gözləməz,bəlkə diqqət yetirmənizi istər.
Henri Poinkare
Riyaziyyatı istifadə etməyən elmlər, ələ aldıqları mövzularda ancaq xarici quruluşu araşdıra bilərlər;çünki riyaziyyatla dilə gətirdikləri, ancaq bəzi əlaqələrdir;bu əlaqələr isə əlaqədar ünsürlər arasında deyil,xarici görünüşlə əlaqədar nöqtələr arasında ola biləcəyindən, bir varlığın özünü,onun əslində nə olduğunu bizə verməkdən acizdirlər.
M.K.Atatürk
Dünyadakı ən məsum məşğuliyyət riyaziyyatdır.
Q.H.Hardi
Ardı
- ?
- 01 oktyabr 2011, 14:10
- yravil
- şərh əlavə et
Riyaziyyat haqqında fikirlər
Kimlər ki anadan riyaziyyatçı doğulmuşlar, yüksək ağıla malik olduqlarına görə, bütün başqa elmlərə yaxşı qabiliyyətləri var.
Sokrat (e.ə 469-399) yunan filosofu
Riyaziyyat ,təbiət öyrənməyə yaxşı və hətta yeganə girişdir.
D.İ.Pisarev(1840-1868) rus publisisti
Riyaziyyatın varlıq qüdrəti onun sahələrinin qırılmaz birliyindəndir.
D.Hilbert(1862-1943) alman riyaziyyatçısı
Ardı
Riyaziyyat haqqında deyilən məşhur sözlər
A.N.Vaythed
Bir riyaziyyatçı fərz etməz lakin bilər.İnandırmağa çalısmaz,çünki isbat edər.Etibarınızı gözləməz,bəlkə diqqət yetirmənizi istər.
Henri Poinkare
Ardı
- ?
- 25 may 2011, 16:13
- Samir012
- şərh əlavə et
Riyaziyyatın tarixi inkişaf mərhələləri
Ardı
- ?
- 25 may 2011, 15:48
- Samir012
- şərh əlavə et
Müxtəlifdərəcəli tənliklərin həllinin öyrənilməsi
Kvadrat tənliyin xüsusi növlərini hələ babillilər 4000 il əvvəl həll etməyi bacarırdılar.Qədim yunan riyaziyyatçıları kvadrat tənliklərin ayrı-ayrı növlərini həndəsi qurmalara gətirməklə həll edirdilər.
Ardı
- ?
- 19 may 2011, 19:07
- Nicat_Amazing
- şərh əlavə et
Təmbəlliyə Riyaziyyat Dəstəyi
Hər iki variant da bərabər cazibədarlıqda olduğunda «tənbəlliyi seçin» deyir. «Nə qədər hirslənsəniz də, ilk dayanacaqda gözləməniz ən yaxşısıdır» Ancaq Kominer, avtobus səfərləri arasındakı müddətin bir saatı aşdığı və gedəcəyiniz yerin ancaq bir kilometr olduğu ekstrim vəziyyətlərdə düsturun «yatdığını» qəbul edir.
«Amma, əgər getməyi seçsəniz» deyir, «qərarınızı dayanacaqda gözləməyə başlamadan əvvəl verməlisiniz». Kominers, işə gediş-evə gəliş təkrarlananını niyə dəyişdirdiyini belə açıqlayır: "Çünki, gedəcəyiniz yerə yenə də gözləmədiyiniz avtobusdan sonra çatacaqsınız; amma heç olmazsa bu, bir xeyli gözləyib yola qoyulduqdan sonra avtobusunuzun yanınızdan süzülüb keçməsini seyr etməkdən daha az sinir pozucudur".
- 0
- 06 aprel 2010, 17:52
- Raskolnikov
- 3
