Gizli öpüş

 “Gizli öpüş” və ya “Oğurlanmış öpüş” adlanan bu məşhur əsər bir çox incəsənət adamlarına tanışdır. Məlumat üçün qeyd edim ki, tablonun müəllifi — fransız rəssamı Jan Onore Fraqonar 1732-ci il, aprelin 5-də Provansın cənubunda, Qrassda anadan olmuş və 1806-cı ilin avqust ayının 22-də Parisdə vəfat etmişdir.

Fransız romantizminin ən məşhur nümayəndələrindən olan J.O.Fraqonar ilk rəssamlıq dərsini Fransua Buşe və Jan Batist Simeon Şarden kimi görkəmli rəssamlardan almışdır. Onun şedevr əsəri “Yelləncək” (1767) adlı tablosu hesab olunsa da, “Gizli öpüş” əsəri daha çox özəlliyi ilə fərqlənir. Bu tablo 1788-ci illər ərəfəsində kətan üzərində, yağlı boya texnikasında çəkilmişdir. Əsərin əsas kompozisiyası ön plandakı gənc qız fiquru üzərində təşkil olunmuşdur. Kompozisiya qapalı məkanda — otağın içərisində qurulub. Rəssam otağı nisbətən qaranlıq şəraitdə təsvir etmək ilə bəlkə də, əsərin məzmununu daha qabarıq formada ifadə etmək istəyib.
Davamı →

Vəcihə Səmədova

Vəcihə Əli qızı Səmədova 1924-cü ildə anadan olmuşdur.

Görkəmli Azərbaycan rəssamı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi.

1939-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alan Vəcihə xanım, sonradan V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsinə — tanınmış rus rəssamı Pavel Korinin emalatxanasına daxil olur. O, 1951-ci ildə "Üzeyir Hacıbəyov tələbələri arasında" adlı diplom işini müvəffəqiyyətlə müdafiə edir.

Müəllimlərinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova vətənə qayıtmağı üstün tutaraq, müstəqil yaradıcılığa başlayır. O, Azərbaycanın ilk pesəkar qadın rəngkarı olur.

«Göy göl» — 20x35, karton, yağlı boya, 1956 V.Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzir. Bunun bəhrəsi olaraq «Kür qırağında», «Mahnı», "İntizarda", «Toya hazırlıq» tematik tabloları, «Qoşqar yaylağında», «Göy göl», «Kəpəz», «Kür sahillərində» silsilə mənzərələri, «Aktrisa Leyla Bədirbəylinin portreti», «Pambıqçı», "Şamama Həsənovanın portreti", «Geoloq Minirə Məmmədbəylinin portreti» kimi əsərlər yaranır.


Ardı →

Milyonluq rəsmlər

Müasir incəsənət bir çoxlarına müəmmalı və anlaşılmaz görünsə də, varlı kolleksionerlər tapılır ki, onlar bu bahalı sənət nümunələrinə milyonlar ödəyirlər. Kolleksionerlərin bu jesti nəinki adi camaatı, müəlliflərin özünü də heyrətə salır. 

1. Luço Fontan – 1 500 000 dollar.
 

Ardı →

Qəribə psixoloji portretlər

Dino Valls 1959-cu ildə Saraqosada dünyaya göz açan ispan rəssamdır. 1988-ci ildən bəri yaşadığı Madrid şəhərində yaradıcı fəaliyyətlə məşğul olan rəssam yaratdığı psixoloji portretlərlə dünya rəssamlığına yeni nəfəs gətirib.        

Dino Valls rəssam olmağı uşaqlıqdan arzulayıb. O, hələ məktəbli ikən müxtəlif mövzulu portretləri ilə müəllimlərinin diqqətini çəkməyə müvəffəq olub. 1975-ci ildə o, yağlı boyalarla işlədiyi portretlərlə öz üzərində işləyərək rəssamlıq vərdişlərinə hər hansı bir müəllim və ya təhsil köməyi olmadan yiyələnib.
 
Ardı →

Dünyanın 10 məşhur rəsm əsərinin sirləri

Hətta bizə yaxşı tanış olan şedevr əsərlərin belə sirləri var. Az qala hər qiymətli incəsənət əsərinin özünün sirri və tapmacası olur ki, onun «ikiqat dibi”ndə bütöv bir tarixçə yata bilər.
 
Tədiqatçı-kulturoloqların illərini həsr etdiyi axtarışlar da, bəzən bir əsərin sirrini tam kəşf etməyə bəs etmir, hər tədqiqatçı öz fərziyyəsini irəli sürür.
1. Salvador Dalinin doğma bacısından qisası 
 

1925-ci ildə (21 yaşında) çəkdiyi „Pəncərədə önündəki qız” əsərində Salvador Dalinin ilham pərizi bacısı Anna Mariya idi. Onların əvvəl isti olan bacı-qardaş münasibəti sonralar korlanıb. Buna səbəb isə onun əsərlərin birinə belə bir epataj yazması olub: “Bəzən mən öz anamın portretinə tüpürürəm və bu, mənə həzz verir”.  Anna Mariya 1949-cu ildə „Salvador Dali bacısının gözü ilə” adlı kitab yazır və Dali haqqında heç də yaxşı sözlər işlətmir. Bundan qəzəblənənSalvador öz bacısından intiqamını 1954-cü ildə alır. Rəssamın yeni əsəri belə adlanır: “Öz zəkasının buynuzları iləSodom günahına batan bakirə”.  Qadının duruşu, onun bədən cizgiləri, pəncərəarxasındakı peyzaj isə „Pəncərə önündəki qız” əsərini xatırladır.
2. İkiüzlü Danaya



Rembrandt Harmens van Reyn, “Danaya”, 1636-1647
Rembrandtın məşhur əsəri „Danaya”nın sirri XX əsrin 60-cı illərində açılıb.  Tədqiqatçılar əsəri roentgen şüaları ilə işıqlandırıblar, nəticədə məlum olub ki,  Zevslə əlaqəyə girən çariçanın iki siması var.  Əsərin ilk versiyasında rəssamın 1642-ci ildə vəfat etmiş həyat yoldaşı Saksiya təsvir olunsa da, final variantda Rembrandt özünün yeni məşuqəsi Herta Dirksi təsvir edib.
 
3. Van Qoqun sarımtıl yataq otağı


Vinsent Van Qoq, “Arlada yataq otağı”, 1888-1889. 
1888-ci ilin mayındaParistənqidçilərinin əlindən Arladakı kiçik emalatxanaya pənah aparan dörd otaqdan birində yataq otağı yaradır. Oktyabrda hər şey hazır olur və rəssam istirahət düşüncələrini əks etdirən bir əsər yaratmağa girişir. Yaşıl-sarı rənglərinin əsərdə bolluq təşkil etməsini isə ekspertlər onun üskükotundan asılı olması ilə əlaqələndirirlər. Belə ki, rəssam epilepsiyadan əziyyət çəkdiyi üçün, üskükotundan istifadə edirdi. Bu otdan istifadə etdikcə isə rənglərin dərkində probleml yaranır. Məsələn, bu əsərdəki kimi – hər şey yaşıl və sarı rəngdə görünür. 

4. Dişsiz ilahə 

 
Leonardo da Vinçi, „Liza del Cokondonun portreti”, 1503-1519
Alimlər tərəfindən gəlinmiş ümumi nəticə odur ki, əsərdə Mona Lizanın təbəssümündəki əsrarəngizlik hansısa xəsarətlə və ya xüsusi bir cəhətlə bağlıdır. Belə ki, məşhur tədqiqatçı Borkovski qadının ön dişlərinin olmamasını və Lizanın ağzının kənarında çapıqlar aşkar etdiyini açıqlayıb. O, iddia edir ki, belə təbəssüm ancaq ön dişləri tökülmüş qadına məxsus ola bilərdi.
 
5. Mayorun adaxlıbazlığı



Pavel Fedotov, “Mayorun elçiliyə gəlməsi», 1848.
Fedotovun «Mayorun elçiliyə gəlməsi” əsəri o dövrün publikasında gülüş doğurmuşdu. Əsas səbəb o idi ki, qız istəməyə gələn mayor dvoryan adət-ənənəsi ilətanışdeyil, qızın yanına gül dəstəsi və hədiyyələrlə gəlməyib.Tacir valideynlər isə qızlarına bər-bəzəkli bal paltarı geydiriblər. Evdə şamlar sönüb, bayırda günortadır. Və mayoru qapı ağzında görən qız açıq sinəli ziyafət geyimindən utanaraq öz otağına qaçır. 

6. Azadlıq simvolu niyə çılpaqdır?

 
Ferdinand Viktor Ejen Delakrua, „Barrikadalarda azadlıq”, 1830.
İncəsənətşünasın Etyen Jülinin fikrincə, Delakrua məhurParisinqilabçısı Anna Şarlottanın üzünü təsvir edib. Həmin qadın öz qardaşının kral əsgərləri tərəfindən öldürülməsindən sonra barrikadalara çıxaraq, inqilabçılara qoşulmuşdu. Lakin onun çılpaq təsviri isə yalnız rəssamın təxəyyülünün məhsulu idi. Rəssam isə ona görə bu yola əl atmışdı ki, qadının çılpaq sinəsində qorxmazlıq və qətiyyəti simvollaşdırmağa çalışmışdı. Həmçinin, rəssamın fikrincə, bu təsvir demokratiyanın qələbəsi idi. Azadlıq simvolu da adi qadınlar kimi korset taxmır (o zamanlar zadəgan xanımlar korset geyirdilər).

7. Kvadrat olmayan qara kvadrat



 Kazimir Mavleviç, “Qara suprematik kvadrat”, 1915
Əslində, „qara kvadrat” heç də qara deyil və heç də kvadrat deyil. Dördbucaqlının heç bir tərəfi digərinə paralel deyil. Həmçinin əsərin çərçivəsi də kvadrat deyil. Tünd rəng isə müxtəlif boyaların qarışığından əmələ gəlib və bu rənglər arasında qara boyadan istifadə olunmayıb. Hesab olunur ki, bu, rəssamın məqsədli və prinsipial addımı olub – dinamik və hərəkətli bir forma əldə etmək üçün.

8.  Qoca balıqçının sirri

1902-ci ildə macar rəssamı Tivadar Kostka özünün “Qoca balıqçı” adlanan şedevrini yaradır. İlk baxışdan əsərdə qeyri-adi heç nə görünmür, amma Tivadar Kostka öz əsərini məhz güzgü ilə çəkərək, ona ikili xüsusiyyət verib. 

Belə ki, əsəri ikiyə bölüb, hər yarısını simmetrik şəkildə „güzgü effekti” ilə tamamlayanda, iki fərqli obraz ortaya çıxır. Tanrı və İblis obrazları bir qocanın simasında təsvir olunub. Arxadakı mənzərə də obrazlara görə dəyişir.



9. Avstriya Mona Lizasının melodraması


 
Qustav Klimt, “Adeli Blox-Bauerin portreti”, 1907.
Klimtin ən dəyərli əsərlərindən birində onun məşuqəsi – Avstriyanın qənd maqnatı Ferdinan Blox-Bauerin xanımı təsvir olunub. Bütün Vyana rəssamla qadının gizli münasibətlərini müzakirə edərkən, şayiələr Ferdinanda qədər gedib çıxır. Qısqanc ər rəssamı və xanımını cəzalandırmaq üçün fərqli üsula əl atır. Rəssama Adelinin protretini çəkməyi sifariş edir və uzun müddət ondan fərqli eskizlər tələb edir. Zamanla, məşuqlar bir-birindən soyuyurlar və onların çılğın eşq macərasından ancaq bu əsər qalır. Nə Klimt, nə də Adeli hiləgər ərin bu münasibəti bilməsindən və hansı məqsədlə portret sifarişi verməsindən şübhələnmirlər. Portret isə nə az, nə çox – 4 ilə başa gəlib.
 
10. Gogeni xilas edən „son əsər”i



Pol Gogen, “Hardan gəlmişik? Kimik, Hara gedirik?”, 1897-1898

Gogen bu məşhur əsərini Taitidə, aclıq və kasıblıqdan əzab çəkdiyi vaxtlarda çəkib. Rəssamın planına görə, sözügedən əsər onun „vəsiyyətnamə”si olmalı idi. Rəssam əsəri bitirdikdən sonra mərgümüş içir, amma zəhərlənmək əvəzinə, sadəcə bir müddətlik huşunu itirir. Ölmək üçün yetərsiz olan dozaya görə həyatda qalmış rəssamın bu “son əsər”i ona qəfildən uğur gətirir və beləliklə, Gogenin yaradıcılığında yeni mərhələ başlayır.
 
 mənbə:klut.az
 
Davamı →

Albrext Dürer (1471-1528)

Albrecht Dürer - Avtoportret      Dövrünü 600 il qabaqlayan Albrext Dürer, məni rəssamlar arasında ən çox təəccübləndirənlərdən biridir. XXI əsrdə yaşasaydı, hələ də qəribə bir rəssam kimi tanınardı. Michelangelo Sistine Şapel`i, Leonardo Mona Liza`ni boyayarkən, o, heç görmədiyi bir kərkədanın təsvirlərindən yola çıxaraq qravürasını çəkmişdi.
    Alman rəssamı Dürer hələ 13 yaşındaykən avto-portretini çəkdi. Beləliklə, atası onun rəssamlığa, rəsmə olan marağını hiss edib onu ailə sənəti olan zərgərlikdə saxlamaq yerinəç bir rəssamın yanına köməkçi verdi. Dürer bu gün dini təbliğ edən rəsimləriylə İntibah dövründə tanınsa da, onu daha çox qravüraları, taxta boyaçılığı və ən əsas da suluboyalı işləri ile məşhurdur. Hətta kərkədan və dovşan şəkilləri belə, Məryam şəkillərindən daha populyardır. Belinə qədər uzun dalğalı saçları və ağır cizgiləri ilə, 90-cı illərdə görünən, volkmənlə metal musiqi dinləyərkən dəftərinə qorxunc fiqurlar qaralayan o qəribə gəncləri xatırladır.
Davamı →

Ruben Belloso yaradıcılığı

Bəzi rəssamların çəkdikləri rəsm əsərləri fotoşəkillərdən fərqlənməməyi ilə seçilir. İlk baxışdan mükəmməl fotoşəkillərə bənzəyən bu hiperrealistik əsərlər reallığı, tam anlamında, olduğu kimi əks etdirir.

Hipperrealizmin nümayəndələrindən biri olan dünyaca məşhur rəssam Ruben Belloso insanları olduğu kimi, bütün çatışmazlıqları və qüsurları ilə birlikdə təsvir edir. O heç bir ştrixi ötürmür, hər qırışı, hər qatı, üzdəki hər nöqtəni, başdakı hər tükü bir-bir çəkir. Onun rəsm əsərlərindən sanki canlı insanlar boylanır. Onlar tamaşaçı ilə ünsiyyətə girməyə, tamaşaçının hər bir baxışını izləyə və hər bir emosiyasına göz qoymağa qadirdirlər.

Ardı →

Rauf Canıbəyov firçası

Rauf Canıbəyov özü haqqında çox danışmağı sevmir, əsərlərinin onun haqqında danışmasını və onu tanıtmasını daha məqsədəuyğun hesab edir.

Rauf Canıbəyov 19 dekabr 1956-cı ildə Bakıda anadan olub. Azərbaycan Tibb Universitetinin məzunu olan Rauf bəy ixtisasca cərrahdır. 1984-1993-cü illərdə Bakı Dəmiryol Xəstəxanası, 1993-2003-cü illərdə Mərkəzi Kliniki Xəstəxanada plastik cərrah kimi çalışıb. 2004-cü ildən Azərbaycan səhiyyə sistemini tərk edib.
Ardı →