Səməni, saxla məni

Novruzun əsas atributlarından, simvollarından biri səmənidir. Novruzu səmənisiz təsəvvür etmək qeyri-mümkündür. Bəs evdə səməni necə qoyulur? 

Bəzi müəlliflər öz əsərlərində «səməni» sözünü "çəmən" və «saman» sözüylə bağlayırlar. Bu qəbildən olan sözlərə hindlilərin «sumani»- buğda sözünü, rusların «semena» — toxum sözlərini də aid etmək olar. Avestanın və Riqvedanın diqqətlə təhqiqi səməni anlayışını və «soma» (Riqveda) və ya «xaoma» (Avesta) bitkisinin və ilahi içkisinin sirlərini açmağa imkan verir.

Rus və başqa xalqlar üçün «yolka» necə əzizdirsə, səməni bizim üçün ondan da əzizdir. Səməni nəinki bizim süfrəmizin, evimizin bəzəyidir, eyni zamanda Novruz bayramının simvoludur.
Davamı →

Səməni suyu

Tərkibində 100-dən artıq vitaminlər olan xüsusi yerlərdə yetişdirilmiş buğda cücərtisinin suyu qanı yeniləyir, toksinləri təmizləyir, dişləri və imminiteti gücləndirir, ürək xəsətliklərinin müalicəsində istifadə edilir.

Təbii enerji verir
Buğda cücərtisinin suyu tərkibindəki zəngin qidalandırıcı maddələr sayəsində bədəni təbii enerji ilə təmin edir. Eyni zamanda zülalları əmələ gətirən amin turşuları üçün yaxşı mənbədir. Yumurta və ət kimi qidaları yeyərkən orqanizminiz onları zülala çevirməzdən əvvəl turşulara parçalamaq üçün enerji sərf edir. Buğda suyu isə amin turşuları baxımından zəngin olduğu üçün əlavə enerji sərf etməyə ehtiyac qalmır.

2-4 xörək qaşığı buğda suyu ilə sevdiyiniz təzə meyvə və ya tərəvəz suyunu qarışdırın. Daha fəal olmaq üçün hər gün için.
Davamı →

Səməni qoymağın qaydası

Novruz bayramının ən maraqlı simvollarından biri yəqin ki, səmənidir. Yazın ilk müjdəçisi səməni bir növ təbiətin yenidən canlanmasını göstərir.

Əvvəllər səmənini yazda səpiləcək toxumun yaxşı olub-olmadığını yoxlamaq üçün göyərdirlərmiş. İnanırdılar ki, səməni yaxşı cücərsə, məhsul bol olacaq. 

İndiki dövrdə isə əksəriyyətimiz tənbəllik edib, evə səməni cücərtmir, satın almağa üstünlük veririk. Ancaq evdə səməni cücərtmək elə də çətin deyil.

Səməni ilk iki çərşənbədən sonra, Novruz bayramına 10 gün qalmış cücərdilməyə qoyulur. Yəni elə indi səməni qoymağın tam vaxtıdır.

Səməni əsasən, buğdadan (və ya arpadan) qoyulur.
Səməni qoymaq üçün istədiyiniz miqdarda buğda götürün.


Ardı →