Gənc yaşlarda saç ağarması

Saç ağarmasının insan yaşının irəlilədikcə ortaya çıxması son dərəcə normal bir haldır ancaq gənc yaşda ağaran saçların çox müxtəlif səbəbləri ola biləcəyi kimi adətən irsi olur.

Ana ya atadan gələn quruluş ilə irsi olaraq gənc yaşda saç ağarması tez-tez görünür.
Üzüntüdən saç ağarar mı, saç ağarmasının səbəbləri, saçlar niyə ağarır? Gənc yaşda ağaran saçlar, saç boyaları və boyalar haqqında məlumatlar hər kəs üçün maraqlıdır.

Saç ağarmasının səbəbləri nələrdir?
Saç ağarması bir gecədə ortaya çıxmayacağı kimi, bütün saçın ağarması isə dibdən uca gələnə qədər bir müddət sonra görünəcək. Bəzi saçlar tez ağara bilər, bu əsasən genetik bir vəziyyət olaraq qiymətləndirilməkdədir. Qan şəkəri azlığı, gizli şəkər saçların erkən ağarmasına səbəb ola bilər. Əgər ailənizdə şəkər xəstəliyi geniş yayılmış isə saçlarınız ağarmamış, periodik olaraq yükləmə testini etdirməyiniz və bu xəstəliyə yoluxma risklərini azaltmanız lazımdır.


Davamı →

Saçlar niyə vaxtından tez ağarır?

Bir çox xanımlar saçların ağarmasını qocalma prosesinin bir siqnalı kimi qəbul edirlər.

Bu həqiqətən belədirmi? Bu təbii proses olduğundan, gec və ya tez hər bir insanda baş verir. Adətən tək-tək ağ saçların peyda olması 30-35 yaşlara, 50-55 yaşlarda isə bu prosesin tezləşməsi müşahidə olunur. Bəs  bu prosesin cavan yaşlarda əmələ gəlməsini necə qəbul etmək lazımdır? Tibb sahəsində vaxtından əvvəl saçların ağarması, yalnız saçların 50% -nin 40 yaşa qədər ağarması  və ya ağ saçların 30 yaşdan əvvəl əmələ gəlməsi hallarında qəbul edilir.

Saçın rəngi onun mərkəz hissəsi olan- beyin maddəsi ilə təyin olunur. Beyin maddəsinin tərkibi, melanisidlər- saç soğanaqlarında yaranan xüsusi hüceyrə olan az saylı piqment və qaz qabarcıqlarından ibarətdir.Piqmentin sayından asılı olaraq saçlar müxtəlif rəngdə olur: açıq, şabalıdı, kürən və qara. Ağarmış saçlarda piqment olmur, onlar yalnız hava qabarıcıqlarından ibarət olurlar.


Ardı →

Saçlarımız haqda bilmədiklərimiz

Saçlar- kişi və ya qadın olmağından asılı olmayaraq, hər birimiz üçün çox vacib bir faktor olaraq, onların daimi olaraq sağlam, parlaq və möhkəm olması hər birimiz üçün çox önəmli bir məsələlərdən biridir.

Bu məqalədə sizə saçlar haqda bəzi maraqlı faktları təqdim edirik:

Möhkəmliyinə görə saçları alümini metalı ilə müqayisə etmək olar, belə onlar 100-200 qr yüklənməyə davam gətirə bilirlər.

Saçlar hidroskopikliyə malikdirlər(onlar nəmi özünə hopdururlar), bu isə saç strukturuna əsaslanır.

Saçlar onları identifikator kimi istifadə edə biləcək bəzi maddələri qoruyub saxlaya bilirlər.

Saçların yaşama müddəti fərlidir: kişilərdə 2 il, qadınlarda 3-4 ilə qədər.

Kürən saçlar sayına görə az, lakin ən qalın saçlardır.

Ən çox saç sarı saçları olan insanlardadır.

İlk saçlar ana bətnindı olarkən yaranır, təxmini hamiləliyin 4-5 həftələrinə təsadüf edir.

Saçların uzanma sürəti orta hesabla gündə 0.4 mm təşkil edir.

Gündəlik olaraq insan 200 saç itirir.
Ardı →

Saçın sehirli gücü

Qədim Misirdə, Qədim Çində, skiflərdə, hunlarda açıq rəngli saç – bir növ İlahiyə “yaxınlıq” əlaməti sayılırdı.

Xristofor Kolumbun Amerikanı kəşf edənədək Hopi adlı hindu xalqında belə inanc vardı ki, guya, bu xalq arasında “ağbaşlılar” (açıq rəngli saçı olanlar) peyda olarkən, onların “qızıl erası” başlayacaq.

Şərq xalqlarından (Şərqdə açıq rəngli saçlar) fərqli olaraq, ingilissakson ölkələrində tünd qara saçlar İlahiyə “yaxınlıq” əlaməti hesab olunurdu. Onlara görə, qara saçlılar atlantlar sivilizasiyasının yoxa çıxmış Lemuriya kontinentinin nümayəndələridirlər və bu mifik xalqlar Qərbi Avropanın, Qədim Misirin və Qədim Şumerin əsasını qoyanlardır.

Bədənin dərisində olan saçların çoxluğu isə istər Qədim Şərqdə, istərsə də Qədim Avropada günah, günahkarlıq əlaməti sayılırdı.

Orta əsrlərdə Avropada belə hesab edirdilər ki, sarışın, kürən kəkilli insanlar iblis xislətli olurlar. Bunu da belə izah edirdilər, guya, sarı kəkillilərin əcdadları nə vaxtsa şeytana uymuş, günah işlətmiş və bu da sonrakı nəsillərdə şeytanın bir möhürü kimi kəkil formasında özünü biruzə vermişdir. Tarixçilərin məlumatlarına görə, inkvizisiya dövründə odda yandırılan qadınların əksəriyyəti sarı – kürən kəkillilər olmuşdur.
Ardı →

Yayda saçlara qulluq

Bəzən yay saçlarımızın düşməninə çevrilir. Günəş, ultrabənövşəyi şüalar, külək, dəniz suyu, hovuz — əladır, amma saçları qorumasaq, problemlər yarana bilər.

Quruluq
Yayda dəri qurulaşır, qoruyucu qatının təsiri aşağı düşdüyündən qaşıntı və həssaslıq əmələ gəlir. Bu zaman xüsusi qidalandırıcı və nəmləndirici maskalardan istifadə edin. Nəmləndiricidən hər gün yararlanmaq olar. O, saçı ultrabənövşəyi şüaların təsirindən qoruyur. Qidalandırıcı isə daha dərindən təsir göstərir: maddələr saçın kökünə daxil olaraq daxildən hidrobalansı bərabərləşdirir. Ondan həftədə 2-3 dəfə istifadə edin.


Davamı →